Erməni siyasi xadim: “Cəmiyyətin indiki vəziyyəti mənə Serj dövrünün son illərinin vəziyyətini xatırladır”

2019/10/SJme3-1571640897.jpg
Oxunub: 478     16:39     02 Dekabr 2019    
“Cəmiyyətin indiki vəziyyəti mənə Serj dövrünün son illərinin vəziyyətini xatırladır. Məndə belə bir təəssürat var idi ki, cəmiyyət Tomas Hobsun təsvir etdiyi “dövlətdən əvvəlki” vəziyyətdə idi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Vətəndaş qərarı” partiyasının icra orqanının katibi Suren Sahakyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Hobbs bu vəziyyəti “hamının hamıya qarşı müharibəsi” adlandırırdı.

“Yəni, insanlar elə bir ərazidə yaşayırlar ki, onların bir-biri ilə heç bir şəkildə əlaqəsi yoxdur və günəş altında öz payına düşən yer üçün digər bütün iddiaçılara qarşı qaydalarsız mübarizə aparırlar.

Hobsun fikrincə, bu, cəmiyyətin təbii vəziyyətidir. Bu cür vəziyyətin məntiqi sonluğu oyun qaydalarında razılığa gəlmək, onları konstitusiyada möhkəmləndirmək və oyun qaydaları ilə varlığı davam edən dövlətin doğuluşudur.

Hakim qüvvə bildirir ki, 2020-ci ilin fevralından sonra konstitusiya dəyişiklikləri ilə məşğul olan komissiya yaradılacaq. Bu komissiyanın tərkibi, onun qarşısına qoyulan məqsədlər cəmiyyətimizin üzləşdiyi problemləri yeni konstitusiya ilə həll etmək üçün heç bir ilkin şərt yaratmır”, - deyə Sarkisyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Sarkisyan   Paşinyan  

Erməni siyasi xadim: “Cəmiyyətin indiki vəziyyəti mənə Serj dövrünün son illərinin vəziyyətini xatırladır”

2019/10/SJme3-1571640897.jpg
Oxunub: 481     16:39     02 Dekabr 2019    