Erməni politoloq: “KTMT-dən dəstək gözləmək sadəlövhlük olar”

2019/12/00-12-1575282721.jpg
Oxunub: 442     16:18     02 Dekabr 2019    
Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Müqaviləsi Təşkilatının şura iclasında iştirak edib. İclasda, həmçinin təşkilatın digər ölkələrinin - Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan rəhbərləri iştirak edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Erməni Milli və Strateji Araşdırmalar Mərkəzinin direktoru, politoloq Manvel Sarkisyan mövzuya toxunub.

Onun sözlərinə görə, KTMT-dən çox şey gözləməyə ehtiyac yoxdur.

“Hər birimiz bu günə qədər KTMT-nin necə fəaliyyət göstərdiyini bilirik, passiv olub və Ermənistan cəmiyyəti arasında heç bir inanca ilham verməyib, əksinə mənfi münasibət var. Paşinyan nə üçün indi bu məsələni ortaya qoyub? O, vaxtilə deyib ki, KTMT ilə bağlı problemlər var və dəqiqləşdirmələr lazımdır. Fikrimcə, indi yeni imkanlar yaradılıb, yeni katib təyin olunub və bununla yanaşı Ermənistanın mövqeyi açıq şəkildə ortaya qoyulub. Qəbul olunub-olunmayacağını demək çətindir, heç kim deyə bilməz”, - deyə Sarkisyan bildirib.

Politoloqun sözlərinə görə, bu günə qədər ciddi münasibət olmayıb.

“Əksinə, KTMT-yə üzv dövlətlər indiyə qədər Ermənistana qarşı fəaliyyət göstərib və mən hər hansı bir şeyin kəskin şəkildə dəyişəcəyini düşünmürəm”, - deyə o qeyd edib.

Sarkisyanın sözlərinə görə, KTMT 2016-cı ilin aprel döyüşləri zamanı etmədiyi kimi, Dağlıq Qarabağ ətrafında yaranacaq növbəti eskalasiyanın qarşısını almayacaq.

“Əlbəttə, dəstək gözləmək sadəlövhlük olar. Dünya maraqlar üzərində qurulub. KTMT-nin heç vaxt bu cür məqsədləri olmayıb, Rusiya tərəfindən KTMT-nin yaradılması daha çox qonşularla əlaqələrdə təsiri böyütmək mexanizmi idi”, - deyə politoloq bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   KTMT  

Erməni politoloq: “KTMT-dən dəstək gözləmək sadəlövhlük olar”

2019/12/00-12-1575282721.jpg
Oxunub: 445     16:18     02 Dekabr 2019    