Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Hindistan Xarici İşlər naziri Subrahmanyam Caişankar deyib.
O qeyd edib ki, Hindistan milli təhlükəsizlik və müdafiə ilə bağlı gördüyü işlərdə heç kimdən asılı deyil.
“S-400-lə bağlı razılığa sadiqiksə, digər ölkələr bu qərara hörmətlə yanaşmalıdırlar. Rusiya ilə 5 milyard dollar həcmində S-400 raketlərinin tədarükü haqqında saziş imzalamaqla Hindistan bütün dövlətlərə öz milli maraqlarına əsaslanaraq müstəqil olaraq qərar verdiyini açıqladı”, - deyə nazir bildirib.
Sevinc Əliyeva
Ordu.az