Almaniyanın hərbi büdcəsini artırılmasında səbəb nədir?

2019/12/576a6-1575276188.jpg
Oxunub: 693     10:31     04 Dekabr 2019    
Almaniya Müdafiə Nazirliyinin mətbuat katibi Frank Finriç mətbuat konfransında qeyd edib ki, ölkənin 2019-cu ildə hərbi xərcləri 47.9 milyard avrodur və bu, ÜDM-in 1.39 faizini təşkil edir.

O bildirib ki, Almaniya hərbi büdcəsini 2020-ci ildə təxminən 50.3 milyard avroya və ya ÜDM-in təxminən 1.42 faizinə çatdırmağı planlaşdırır ki, bu da son illərdə ən böyük hərbi büdcə artımı olacaq.

Bəziləri hesab edirdi ki, hərbi büdcəsini artırmaqla Almaniya Avropanın “strateji müstəqilliyini” təsdiqləməyi hədəfləyir, digərləri isə Amerikanın Avropa müttəfiqlərinə daha çox hərbi xərc tələb etməsinə cavab verdiyini düşünür.

Qeyd etmək lazımdır ki, Almaniya iqtisadiyyatı aşağı sürətlə böyüyür və maliyyə çatışmazlığı ola bilər. Buna görə hərbi xərclərin artırılmasının səbəbləri bir çoxları üçün müəmmadır.

Almaniya iki səbəbə görə milli müdafiə və təhlükəsizlik siyasətini dəyişdirmək istəyir. Birincisi, özünü böyük bir ölkə kimi yenidən qurmaq istəyir. İkinci Dünya müharibəsindən sonra Almaniya beynəlxalq arenada zəif mövqe tutur və artan milli güc beynəlxalq arenada “marjinal iştirakçı” olmaqdan məmnun qalmır. İkincisi, silahlı qüvvələrin qurulması və istifadəsini gücləndirmək istəyir. Avadanlıqlarının çoxu köhnəlib və xidmətə yaramır.

Ekspertlər Almaniyanın hərbi büdcəsinin kəskin artırılmasına səbəb kimi aşağıdakıları göstərir:

- NATO və Aİ arasında balansı qorumağa çalışır;
- Ordunun qabiliyyətini artırmağa çalışır;
- ABŞ-ın xərcləri artırmaqla bağlı təzyiqləri.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Almaniya   Hərbi-büdcə  

Almaniyanın hərbi büdcəsini artırılmasında səbəb nədir?

2019/12/576a6-1575276188.jpg
Oxunub: 694     10:31     04 Dekabr 2019    