ABŞ Senatı: Müdafiə xərclərini bölüşdürmə danışıqlarında Seulun qatqısı nəzərə alınmalıdır

2019/12/gggg-1575275974.jpg
Oxunub: 396     15:57     02 Dekabr 2019    
Tramp administrasiyasının Cənubi Koreyanın müdafiə xərclərinə töhfələrini beş dəfə artırmaq tələbinə qarşı ABŞ daxilində tənqidlər artır.

ABŞ Konqresi Cənubi Koreyanın 2020-ci maliyyə ili üçün əhəmiyyətli töhfələr verdiyini və bunun danışıqlar zamanı nəzərə alınmalı olduğunu bildirib.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi apardığı araşdırma zamanı hazırladığı hesabatda Cənubi Koreya və Yaponiya tərəfindən müdafiə xərclərini bölüşdürmə bölməsində Seulun müdafiə xərclərinə verdiyi əhəmiyyətli töhfələr təqdir edilib.

Hesabata görə, Cənubi Koreyanın ümumi daxili məhsulun 2,5 faizini təşkil edən milli müdafiə xərcləri ABŞ müttəfiqləri arasında ən yüksək nisbətdədir.

Senat ABŞ və Cənubi Koreya arasında 2020-ci ildən sonrakı dövr üçün Xüsusi Tədbirlər Sazişi ilə bağlı danışıqların ortaq maraqlar, qarşılıqlı hörmət və Cənubi Koreyanın əhəmiyyətli töhfələri nəzərə alınmaqla aparılmasının vacib olduğuna inandıqlarını qeyd edib. Senat Koreyanın Yarımadasında yerləşdirilən qoşunların Şimali Koreyanın təcavüzünü qarşısını almaq üçün lazım olduğunu və ehtiyac olduqda onun işğalına qarşı durduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Senat   Cənubi-Koreya  

ABŞ Senatı: Müdafiə xərclərini bölüşdürmə danışıqlarında Seulun qatqısı nəzərə alınmalıdır

2019/12/gggg-1575275974.jpg
Oxunub: 397     15:57     02 Dekabr 2019    