DSX-nin Yevlaxdakı hərbi hissəsində andiçmə mərasimi keçirilib - FOTOLAR

2019/12/photo-3150551492.jpg
Oxunub: 1057     12:34     02 Dekabr 2019    
Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Dövlət himninin səslənməsi ilə başlayan mərasimdə gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra tədbir iştirak­çılarına Dövlət Sərhəd Xidmətinin rəisi gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki çatdırılıb.

DSX-nin Mətbuat Mərkəzindən Ordu.az-a verilən məlumata görə, mərasimdə Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı isti­qamə­tindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləş­dirdiyi milli sərhəd strate­giyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd müha­fi­zəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl­ması xüsusi qeyd edilib. Çıxış еdənlər Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhəd­lərimizi şərəflə qorumaq məsuliy­yətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına əminliklərini bildirərək onlara müvəffəqiyyətlər arzulayıblar.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin ölkəmizin ərazi bütöv­lü­yü­nünün bərpası, işğal altında olan torpaqlarımızda Azərbaycanın suveren hü­quqlarının təmin edilməsi və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminlik ifadə edilib. Eyni zamanda Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin mühafizəsinin Dövlət Sərhəd Xidmətinə həvalə olunması şərəf və qürur olmaqla yanaşı Ali Baş Komandanın Azərbaycan sərhədçisinə olan etimad və etibarının ifadəsi kimi dəyərləndirilib.

Çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərli­yinə min­nət­dar­lıqlarını bildirib, övladlarını təbrik edərək Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DSX   Andiçmə  

DSX-nin Yevlaxdakı hərbi hissəsində andiçmə mərasimi keçirilib - FOTOLAR

2019/12/photo-3150551492.jpg
Oxunub: 1060     12:34     02 Dekabr 2019    