Paşinyan şüuraltı olaraq özünü İsa üçün, rəsmilərini də həvarilərin rolu üçün saxlayır

2019/12/76-1575274483.jpg
Oxunub: 406     14:46     02 Dekabr 2019    
Noyabrın 29-da Ermənistan Xüsusi İstintaq Xidməti işçisi gününə həsr olunmuş tədbir zamanı etdiyi çıxışında Paşinyan bir daha İncildən kəlmələr işlədib.

O, əvvəlcə müstəntiqlərin iş çətinlikləri və qeyri-insani şərtlər haqqlnda danışaraq qeyd edib ki, bu yol keçilməli olan spesifik Qoğqotadır (Qoğqota Qüds yaxınlığında İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdir-red.).

Dövlət qulluqçularının roluna toxunarkən Paşinyan bildirib ki, bir çox rəsmilər vəzifəyə təyin olunarkən şahzadə, konsul kompleksindən əziyyət çəkir.

Onun sözlərinə görə, bu kompleksi İsa kompleksi ilə əvəz etmək lazımdır. Paşinyan qeyd edib ki, bu, eyni zamanda həm sahib, həm də xidmətçi olmaq deməkdir.

Son iki həftədə artıq ikinci hadisədir ki, Paşinyan özü, hakimiyyəti və İsa peyğəmbər arasında paralellər çəkir.

Xatırladaq ki, İtaliyanın erməni cəmiyyətinin nümayəndələri ilə görüşü zamanı Paşinyan özünü İsa peyğəmbər ilə müqayisə edərək qeyd edib ki, o, İsa kimi sevgini təbliğ edir.

Belə bir təəssürat yaranır ki, Paşinyan özünü Xristosla müqayisə edərək, şahzadə kompeksini İsus kompeksi ilə əvəz etməyi rəsmilərinə tapşıraraq şüuraltı olaraq özünü İsa üçün, rəsmilərini də həvarilərin rolu üçün saxlayır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   İsa-peyğəmbər  

Paşinyan şüuraltı olaraq özünü İsa üçün, rəsmilərini də həvarilərin rolu üçün saxlayır

2019/12/76-1575274483.jpg
Oxunub: 409     14:46     02 Dekabr 2019    