Aprel döyüşlərinin iştirakçısı: “Paşinyan bizim bütün suallarımızın cavablarını xalq qarşısında canlı yayımda verməlidir”

2019/12/Manue-1575273535.jpg
Oxunub: 439     12:58     02 Dekabr 2019    
“Ermənistanın “Dirkapah” Aprel döyüşlərinin iştirakçıları birliyi ictimai təşkilatının nümayəndələri hökumət tərəfindən hələki heç bir cavab almayıb, buna görə də Baş nazir həmin qovluğu şəxsən almaq və mətbuat nümayəndələrinin iştirakı ilə bütün suallara cavab vermək istəyini bildirməyincə onlar əllərində olan qovluğun məzmununu açıqlamayacaqlar”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu qeyd edilən ictimai təşkilatın rəhbəri, Aprel döyüşlərinin iştirakçısı Manuel Manukyan bildirib.

Manukyanın sözlərinə görə, onlarda olan sənədlər ölkə üçün çox vacibdir, bu gün ölkənin təhlükəsizliyi qarşısında duran bir nömrəli problemlə əlaqəlidir.

“Biz bu qovluğu yalnız Baş nazirə təhvil vermək istəyirik ki, həmin andan istifadə edək və bu müddət ərzində sahib olduğumuz suallarımızı səsləndirək. Baş nazir bizim bütün suallarımızın cavablarını xalq qarşısında canlı yayımda verməlidir. Sizi əmin edə bilərəm ki, bu qovluq uzun müddət qapalı qalmayacaq, biz bununla bağlı proseslərimizi həyata keçiririk ki, gördüyümüz və hiss etdiyimiz bütün şeylərin qarşısını alaq. Bir fürsət tapacağıq və hamının gözü qarşısında Baş nazirə verəcəyik”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Dirkapah   Aprel-döyüşləri  

Aprel döyüşlərinin iştirakçısı: “Paşinyan bizim bütün suallarımızın cavablarını xalq qarşısında canlı yayımda verməlidir”

2019/12/Manue-1575273535.jpg
Oxunub: 442     12:58     02 Dekabr 2019    