“Erməni əsgərinin ləyaqətini alçaltmağa cəhd ediblər, ona telefonda ailə üzvü ilə bağlı bir kadr göstəriblər”

2019/03/465_1-1553694067.jpg
Oxunub: 772     11:42     02 Dekabr 2019    
Ermənistan parlamentinin dövlət-hüquq komissiyası hərbi qulluqçunun intihar həddinə çatdırılması üçün nəzərdə tutulmuş cəzanın sərtləşdirilməsi qanun lahiyəsini yekdilliklə qəbul edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qanun lahiyəsi ilə Ermənistan Cinayət Məcəlləsində iki maddə - “Ehtiyatszılıqla hərbi qulluqçunu intihar həddinə çatdırmaq” və “Dolayı yolla hərbi qulluqçunu intihar həddinə çatdırmaq” müəyyənləşdirilməsi təklif olunur.

Qanunvericilik dəyişikliyinin müəllifi, Ermənistan parlamentinin insan hüquqları üzrə komissiyasının sədri Naira Zohrabyanın sözlərinə görə, qanun lahiyəsi intihar hallarının sayının azalmasına kömək edəcək.

“Bu gün orduda kifayət qədər kədərli statistikamız var. Qeyri-qanuni münasibətlərə görə baş vermiş intiharların sayı atəşkəsin pozulması nəticəsində ölənlərin sayından daha çoxdur. İclas bağlansaydı, halları sizə təqdim edərdim. Erməni əsgərinin ləyaqətini alçaltmağa cəhd ediblər, ona telefonda ailə üzvü ilə bağlı bir kadr göstəriblər. İndi bu, nə döyülmə, nə də zorakılıqdır, lakin əsgər gedib və intihar edib”, - deyə Zohrabyan bildirib.

Kanaz hərbi hospitalına səfər etmiş deputat həmçinin bildirib ki, psixoloji problemləri olan onlarla əsgərdən bir çoxu alçalmaya məruz qaldığını etiraf edib. Hospitalda müxtəlif psixoloji pozuntuları olan 56 əsgər var.

Zohrabyan sözlərinə görə, əsgərlərdən bir çoxu bildirib ki, onlara qarşı alçaltma baş verib.

“Psixi problemləri olan əsgərlərdən bir çoxu alçalma haqqında açıq danışıb”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   İntihar   Zorakılıq  

“Erməni əsgərinin ləyaqətini alçaltmağa cəhd ediblər, ona telefonda ailə üzvü ilə bağlı bir kadr göstəriblər”

2019/03/465_1-1553694067.jpg
Oxunub: 775     11:42     02 Dekabr 2019    