Tibb xidməti polkovnik-leytenantı: "Yeniliklər hərbi tibb sahəsinin inkişafına uğur qazandırır"

2019/12/c0cb5-3150544306.jpg
Oxunub: 637     15:33     02 Dekabr 2019    
Cəmiyyətdə insanların sağlam və normal yaşayışının, həyat tərzinin təmin edilməsi ölkənin səhiyyə sahəsinin hansı səviyyədə olmasından birbaşa asılıdır. Dünya tibb elmində baş verən son yeniliklər ölkəmizin də səhiyyə sisteminin inkişafını irəli aparır, daha da müasirləşməsinə stimul olur. Son yeniliklər səhiyyəmizdə geniş tətbiq olunur və bu proses uğurla həyata keçirilir. Bu gün respublikamızın bütün tibb müəssisələrində müxtəlif profilli, ən son texnoloji tələblərə cavab verən avadanlıqlarla təmin edilmiş palatalar, kabinetlər, bölmələr, şöbələr, mərkəzlər fəaliyyət göstərir.

Ölkəmizin səhiyyəsinin dünya standartlarına uyğun qurulması hərbi tibb sahəsinin də inkişafında mühüm rol oynayır. Müharibə şəraitində olan Azərbaycan hərbi tibb elmində dünyəvi yeniliklərə nail olur. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının maddi-texniki təminatı dünyanın ən yeni tibbi avadanlıqları, texnoloji sistemləri və qurğuları ilə təchiz edilir, hərbi həkim kadrlarının peşəkarlığının artırılması istiqamətində mühüm işlər görülür. Azərbaycanın hərbi tibb sahəsində yüksək peşəkarlığı ilə fərqlənən savadlı, müasir tibb elminin incəliklərinə yiyələnən hərbi həkim kontingenti - zabitlər xidmət edirlər.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalın endoskopiya bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Vüsal Musazadə daim yenilik axtarışında olan, peşəkarlıq səviyyəsini artıran, öz üzərində ciddi çalışan vətənpərvər bir zabit kimi tanınır.

Tibb xidməti polkovnik-leytenantı Vüsal Musazadə hərbi həkim peşəsini qəlbinin səsiylə seçib. Seçib ki, o da Vətənimizin müdafiəsinə hazır olan Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının keşiyində dayansın. Həkim olmaqla bərabər, həm də hərbçi olmaq istəyib.

O, 1981-ci il avqustun 1-də Sumqayıt şəhərində əslən Qubadlı rayon Fərcan kəndindən olan Qüdrət müəllimin ailəsində anadan olub. Oğula Qüdrət müəllimlə Gülayə xanım Vüsal adını verdilər. Vüsal Vətənə, elinə, obasına bağlı övlad kimi böyüyüb. Yay tətillərində Qubadlının Fərcan kəndinə gedərdi. O günləri ən əziz xatirə kimi yaşadır: "Qubadlı işğal olunanda 7-ci sinifdə oxuyurdum. Həmişə olduğu kimi, yay tətilimi ata-babamın, dayımın Fərcan kəndindəki evlərində keçirirdim. Fərcan düşmənlə sərhəddə yerləşir. Ağır müharibə gedirdi. Qubadlı işğal olunanda mən orada idim... Valideynlərimlə, qohum-əqrəbamla o çətin günləri birlikdə yaşadıq."

Vüsal həkim ilk hərbi xidmətə təmas xəttinə çox yaxın "N" hərbi hissəsində hərbi həkim kimi başlayıb. Zabit və əsgərlərimizin sağlamlığının keşiyində dayanıb. Yeni-yeni axtarışlarla təcrübəsini artırır, tibbi ədəbiyyatları mütaliə etməklə, nəzəri biliklərini daim təkmilləşdirməkdə davam edir.

Tibb xidməti polkovnik-leytenantı Vüsal Musazadənin xidmət yoluna nəzər salaq:

1998-2002-ci illərdə Azərbaycan Tibb Universitetinin müalicə-işi fakültəsində təhsil alıb. 2002-2004-cü illərdə Hərbi Tibb fakültəsinin ümumqoşun üzrə həkim ixtisasına yiyələnib. 2004-2006-cı illərdə cəbhə xəttində "N" hərbi hissəsinin tibb məntəqəsinin rəisi olub. 2006-2007-ci illərdə Hərbi Tibb fakültəsində terapiya ixtisası üzrə internatura pilləsini əla qiymətlərlə başa vurub. 2007-2008-ci illərdə cəbhə xəttində yerləşən hərbi birləşmənin səyyar tibb qrupunun terapiya bölməsinin rəisi vəzifəsini icra edib. 2008-2012-ci illərdə hərbi hospitallardan birində xidmətini davam etdirib. 2012-2015-ci illərdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında xidmət edib. 2015-2017-ci illərdə isə Gülhanə Tibb Akademiyasında ixtisasartırma kursunu (Qastreontrologiya üzrə) uğurla başa vurub, 2017-ci ildən hospitalın Diaqnostika şöbəsinin endoskopiya bölməsinə rəhbərlik edir. 2018-ci ilin noyabrından 2019-cu ilin noyabrınadək Türkiyə Respublikasında Ankara Sağlıq Bilimləri Universitetinin Gülhanə tibb fakültəsində ERXPQ - endoskopik retroqrad xolanjio pankreotoqrafiya üzrə ixtisasartırma kursunu bitirib.

Keçdiyi son ixtisasartırma kursunun ölkə miqyasında əhəmiyyətindən danışan tibb xidməti polkovnik-leytenantı Vüsal Musazadə bildirdi ki, Azərbaycanda tibb elmində bu sahədə yeniliklər mövcud olsa da, daha müasir diaqnostik metodların tətbiqinə və inkişafına ehtiyac duyulur. "Ölkəmizdə, demək olar ki, 5-6 tibb mərkəzində ERXPQ əməliyyatı keçirilir. Bizim hospitalda ilk dəfədir ki, bu metod vasitəsilə əməliyyat keçiriləcək. Hər xəstənin müayinə və müalicəsində doğru, düzgün təyinatın verilməsi və diaqnoz çox vacibdir. Bizim bölməmiz diaqnostika şöbəsinin endoskopiya bölməsi adlanır. Ölkəmizin tibb elminin inkişafına böyük nailiyyətlər qazandıran endoskopik müayinə üsulu qida borusu, mədə, on iki barmaq bağırsaq xəstəliklərinin müalicəsində uğurla həyata keçirilir. Mədə qanaxmalarının, mədə poliplərinin müalicəsində birbaşa müdaxiləsi ilə öz müsbət nəticələrini verir. Bədxassəli prosesi erkən dövrdə aşkar etməyə imkan yaradır. Erkən diaqnostika isə uğurlu müalicə deməkdir."

Vüsal həkim dedi ki, dünya tibb sahəsində istifadəsi geniş yayılmış, ölkəmizdə isə müasir müalicə metodu kimi tanınan kolonoskopiya müayinəsinin tətbiqi yoğun və incə bağırsağın bir hissəsinin bu alətlə diaqnostikasının qoyulması üsuludur. "Yoğun bağırsağın poliplərində və şiş xəstəliklərinin erkən diaqnostikasında, eyni zamanda, iltihabi bağırsaq xəstəliklərinin də erkən diaqnostikasında tətbiq edilir."

Gələcəkdə müasir müalicə üsullarının və diaqnostik metodların tətbiqinin davam etdiriləcəyini deyən bölmə rəisi onu da bildirdi ki, öd yollarının və mədəaltı vəzidə baş verən dəyişikliklərin endoskopik yolla aradan qaldırılmasına çalışacağıq. "Öd yollarının daş xəstəliklərinin, mədəaltı vəzi axarının darlıqlarında endoskopik yolla (ERXPQ) müdaxilə edərək, müayinəsini keçirəcəyik."

Tibb xidməti polkovnik-leytenantı Vüsal Musazadə Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının keşiyində dayanmaqdan qürur hissi keçirir.

"Müharibə tezliklə qurtarsın, torpaqlarımız azad edilsin. İşğaldan azad edilmiş başqa kəndlərin sakinləri kimi, Fərcan kəndinin əhalisi də öz yurduna qayıtsın", - bu arzuyla yaşayır, xidmət edir Vüsal həkim...

Lalə Hüseynova, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tibb-xidməti  

Tibb xidməti polkovnik-leytenantı: "Yeniliklər hərbi tibb sahəsinin inkişafına uğur qazandırır"

2019/12/c0cb5-3150544306.jpg
Oxunub: 640     15:33     02 Dekabr 2019    