Mübarizlərin döyüş yolunu Çingizlər davam etdirdi, Çingizlərin döyüş yolunu siz davam etdirəcəksiniz

2019/12/9b5ef-1575271973.jpg
Oxunub: 1455     16:31     02 Dekabr 2019    
Payızın son ayının son günləri göz küsdürür. Könülə xoş gəlməyən ayamdı - sulu qar yağır, çiskindi, duman gah xırda dərələri doldurur, gah da çəkilir. Torpağa qar dənəsi düşmür, düşürsə görünmür. Bir qədər aralıda kol-kosun "əlləri-qolları" ağarışdanıb. Görənə elə gəlir ki, kol-kosu qar basıb. Qar deyil, görünüşündən qırova bənzəyir...

Qırovun qara bu bənzəyişini 1993-cü ilin dekabrın ortalarında Zəligöldə görmüşdüm. Onda da belə bir ayamıydı, onda da sulu qar yağırdı, onda da bir qədər aralıda qalan meşə zolağında ağaclar bu görkəmdəydi. Hərbi hissənin zabiti Sahib Aslanov Murovdağa sarı baxıb sezilməsi çətin olmayan bir qəhərlə demişdi:

- Görəsən, atasının kölgəsinə sığınanlar yaşıdlarının bu alaçalpay ayamda döyüş növbətçiliyi apardığını bilirmi? Əlbəttə, bilir. Nə düşünür görəsən?

- Onlar say artıranlardı, qardaş. Onları bu oğullarla, bu igidlərlə müqayisə etmək günahdı. Müqayisəni şəhidlərin ruhu da bəyənməz, - demişdim. Dolaşan baxışlarımız Murovdağın o üzünə meyillənmişdi...

Üç il əvvəl bu vaxtlar ayamın necəliyini xatırlaya bilmirəm. Onu bilirəm ki, üç il əvvəl noyabrın 24-də komandiri hərbi hissənin nümunəvi əsgərlərindən biri olan Çingiz Qurbanovu ad günü münasibətilə təbrik etmişdi. Az sonra əsgər yoldaşları onu bayraq əvəzi göyə dikəltmişdilər; hamısı Çingizin xətrini çox istəyirdi. Bu istək əsgər dostluğunun başlanğıcıydı...

Üç il əvvəl dekabrın 26-da ayam belə olmayıb. Təbiət qarıyla, yağışıyla, çən-çisəyiylə dikələn qəhrəmanlığı yolundan eləməyib, onun ayaqlarına dolaşmayıb, onu ləngitməyib. Həmin gün çən-çisək olsaydı, bu dönməz qəhrəmanlıq səhərisi gün, o birisi gün tarixləşərdi; həmin gün bu qəhrəmanlığı təbiətin xoş ayamı uğurlayıb...

Çən-çisəkdi, narın çisəyə kimsə ovuc açmır...

"N" hərbi hissəsində qürura qarışan kövrəklik hiss olunur. Addımları yeniləyən əsgərlərin baxışlarında qədərsiz ehtiram görünür. Görünür və doğmalıqla görənlərin düşüncələrinə sarılır. O baxışlar ehtiramdı; bir əsgər ürəyindən şəhid ömürlərə mənəvi-ruhi yoldu. Bu yol görənlərin də ürəyindən keçir; bu yolun başlanğıcı əsgər ürəyidi, sonu - əbədiyyət.

Belə dönməz ehtiram görənləri həmişə düşündürüb; bu ehtiramı zamanında bu hərbi hissədə xidmət etmiş üç Milli Qəhrəmanın döyüş yolunu davam etdirməyə içilən and bilirəm. Bu qəhrəmanların 3-ü də 22 yaşında şəhid olub. Bu rəqəm ürəyimi titrədir. 22 rəqəmi təsadüfdümü? Belə də təsadüf olarmı? Mübariz İbrahimov da 22 yaşında şəhid olmuşdu. Bu qəhrəmanlar həmişə 22 yaşında olacaq, tarix onları əbədiyyən bu yaşda yaşadacaq, onları indi özümüz bu yaşda yaşadacağıq, sonralar ruhumuz. Bu, Vətənin müqəddəsliyinin qüdrətidi; şəhidlik Vətənlə bağlıdı, şəhidlərin yaşı şəhidlik anında tarixləşir, bundan sonrakı illər onun qəhrəmanlığının yaşı olur. Bu gün qəhrəmanlığının 3 yaşının tamam olmasına 36 gün qalmış Çingiz Qurbanovun anım günüdü; qəhrəmanlar həmişə anılır, doğum günlərində tədbir biçimində...

"N" hərbi hissəsində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun anım günü qeyd edilir; Çingiz bu hərbi hissədə xidmət edib. Yox, günah etdim, hər gün səhər düzülüşündə, axşam düzülüşündə digər əsgərlərin ad-soyadıyla yanaşı, Azərbaycanın Milli Qəhrəmanı əsgər Çingiz Qurbanovun da ad-soyadı səslənirsə, o, xidmətdədi. Müdafiə nazirinin əmri ilə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun ad-soyadı hərbi hissənin adlı siyahısına əbədi yazılıb.

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə keçirilən anım günü mənəvi borcödəmədi.

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi "Vətən uğrunda" səyyar-təşviqat qrupunun üzvləri Leyla Həsənova, Turac Yusubova, Əli Məmmədov, hərbi hissənin əsgər və zabitləri hərbi hissənin həyətində qəhrəmanların barelyefləri önünə tər güllər qoyurlar. Bu, ehtiramın təzahürüdü.

O anlarda təbiətin şəhid qəhrəmanların ruhuna sayğısı ürəyimizi telləndirir - çisək bir qədər ara verir, çən-çisək həmin müddətdə dağılır...

Polkovnik-leytenant Rüstəm Məmmədovun dedikləri həmişə yadda qalacaq:

- Əsgər Çingiz Qurbanov hərbi xidmətdə olanda komandirləri onun haqqında işıqlı fikirləri deyirdilər - nümunəvi əsgərdi, vətənsevərdi, cəsarətlidi. Onun xətrini əsgər yoldaşları da çox istəyirdi. Asudə vaxtlarda tarixi qəhrəmanlarımız haqqında danışmağı da, dinləməyi də çox sevərmiş. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında danışılanları daha həssaslıqla dinləyərmiş. Həmin vaxtlarda bunu Azərbaycan əsgərinin Azərbaycan əsgərinə qədərsiz ehtiramı bilib hamı... Qəhrəmanlıq Vətən naminə göstərilən fədakarlıqdır. Çingiz Qurbanovun da qəhrəmanlığı tarixləşdi. 30 gündən sonra o tarixin üç ili olacaq...

Anım günündə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanova həsr edilmiş "Çin olmuş yuxu" sənədli filminin nümayişindən əvvəl "Vətən uğrunda" səyyar-təşviqat qrupunun üzvü Turac Yusubova qəhrəmanın ömür yolundan söz açır, tarix yaradan, tarixə dönən döyüşündən danışaraq fikrini əsgərlərə xitabən hamısını duyğulandıran bir məqamla tamamlayır:

- Mübarizlərin döyüş yolunu Çingizlər davam etdirdi, Çingizlərin döyüş yolunu siz davam etdirəcəksiniz. Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızı işğaldan siz azad edəcəksiniz.

Əsgərlər sənədli filmi Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun özüylə kəlmələşirmişlər kimi izləyirlər. Qəhrəmanın xidmət yoldaşlarını dinlədikcə hamısının baxışları tündləşir, hamısının barmaqları yumruqlaşır. Mənə elə gəlir ki, indi, elə bu an buradan döyüşə getməyə nəinki hazırdırlar, bəlkə də bu döyüşü arzulayırlar...

Əsgər Əhməd Kazımzadə "Çin olmuş yuxu"ya baxışdan sonra deyir:

- Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov bizim sıramızdadı, bizdən sonra xidmət edəcək əsgərlərin sırasında olacaq, onlar tərxis edildikdən sonra da xidmətdə olacaq. Hər düzülüşdə ad-soyadı səslənir: Azərbaycanın Milli Qəhrəmanı əsgər Çingiz Qurbanov. Onda "Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla şəhid olub", - deyilir. Hərbi xidmət yoldaşımız əsgər Çingiz Qurbanovun hərbi xidməti yaşayan, həmişə yaşayacaq hərbi xidmətdi, ömrü həmişə yaşayacaq ömürdü...

Xatırlayıram ki, Texniki Universitetdə "Çin olmuş yuxu" sənədli filminin təqdimatında tələbələrdən biri demişdi ki, biz də yuxarı kursda oxuyan tələbələri tanıyırdıq. Çingizlə də salam əleykimiz vardı. Heç kimin ağlına da gəlməzdi ki, bu münasibətcil tələbə hamımızdan, minlərlə yaşıdından fərqlənəcək, hamı görəcək ki, Çingiz Vətəni onların sevdiyindən daha çox sevirmiş...

Əsgər Elman Qafarov deyir ki, orta məktəbdə oxuyanda Çingiz haqqında deyilənləri mən də maraqla dinləyirdim. “Ədəbiyyat müəllimimiz Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla Çingiz Qurbanovun qəhrəmanlığının mahiyyəti arasında yaxınlığı, yəni, hər ikisinin düşmənlə tək döyüşünü ruhla əlaqələndirirdi. Deyirdi ki, hər iki qəhrəman bu ruhun qələbəsini tezləşdirmək, Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu yüksəltmək üçün döyüşüb, sonda şəhid olacağını bilərək döyüşüb. Müəllimimizin dediklərini qürurla dinləyirdik. Onda ağlıma da gəlməzdi ki, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xidmət etdiyi hərbi hissədə xidmət edəcəm. Bu qürur hər birimizin məsuliyyətini də yüksəldir. Qəhrəmanı sıramızda bilib xidmət edirik...”

Müdafiə nazirinin əmri ilə xidmət etdiyi mövqeyə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun adı verilib. Anım tədbiri orda davam edəcək.

Tovuz rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Ağbulaq kəndinin mərkəzi küçəsinə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun adı verilib; Çingiz Qurbanov küçəsi bizi Çingiz Qurbanov adına posta aparır. Yolumuza döşənən çən-çisəyi çığnayıb gedirik...

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun barelyefinin açılışında Salman kişinin dediklərini xatırlayıram: "Mənim oğlum idin, oğul, indi Vətənin oğlusan. Bir qardaşın vardı, indi minlərlə qardaşın var...". Xatırladığımı xatırladıram. Duyğusal anlar yaşanılır.

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin "Vətən uğrunda" səyyar-təşviqat qrupunun əməkdaşı Turac Yusubova əsgərlərə xitabən deyir ki, bu yüksəklik hər birinizi müqəddəsliyə bir qədər də yaxınlaşdırıb. "Hər dəfə döyüş növbətçiliyinə gedəndə sizə elə gəlir ki, Çingizin ruhu da sizin yanınızdadı, tapşırılan ərazini qəhrəmanın ruhuyla birlikdə qoruyacaqsınız. Bu dərk də vətənpərvərlikdi. Siz yüksək döyüş və mənəvi-psixoloji hazırlığa maliksiniz. Siz Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacaqsınız..."

Təşviqat dəstəsinin üzvü Leyla Həsənova deyir ki, qəhrəmanlıq şəraitlə bağlı olsa da, buna ruhuyla hazır olmayanlar heç zaman qəhrəman ola bilməz. Çingiz Qurbanov Azərbaycan Texniki Universitetini bitirəndə müəllimləri ona təhsilini davam etdirməyi tövsiyə ediblər. Çingiz razı olmayıb, "Hərbi xidmətdən sonra oxuyaram. Ruhum məni hərbi xidmətə çəkir", - deyib. Onu hərbi xidmətə çəkən ruh beş aydan sonra döyüşə aparıb. Qəhrəmanlıq döyüşünə, şəhidlik döyüşünə...

Əsgər Əyyub Əliyev deyir ki, döyüş növbətçiliyinə getməzdən əvvəl Çingizin obeliski önündə xəyalən ruhuyla danışırıq: sənin döyüş yolunu davam etdirəcəyik! Döyüş növbətçiliyinə gedəndə elə bilirik ki, bizi Çingizin baxışları uğurlayır.

"Vətən uğrunda” səyyar-təşviqat qrupunun üzvləri, zabitlər, əsgərlər Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun barelyefi önünə tər çiçəklər düzürlər. Ehtiram çiçəkləridi bu.

Bir neçə saat əvvəl müxtəlif vaxtlarda bu hərbi hissədə xidmət etmiş üç Milli Qəhrəmanın obeliski önünə tər güllər düzüləndə çisək bir qədər ara vermişdi. Çən-çisək həmin anlarda çəkilmişdi. Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov adına post xeyli yüksəklikdədi. Bu yüksəklikdə də güllər düzüləndə çisək səngiyir. Hərbi hissədə də, burada da güllər düzüləndə çisəyin səngiməsini rəmz bilirəm: uca ruhlara təbiətin də ehtiramı var...

...Qəhrəmanları həmişə xatırlayırıq...
Anım günlərində qəhrəmanları tədbir formatında xatırlayırıq...
Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun anım günüydü...

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çingiz-Qurbanov   Milli-Qəhrəman  

Mübarizlərin döyüş yolunu Çingizlər davam etdirdi, Çingizlərin döyüş yolunu siz davam etdirəcəksiniz

2019/12/9b5ef-1575271973.jpg
Oxunub: 1456     16:31     02 Dekabr 2019    