Əsgərlərin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində asudə vaxtın təşkili

2019/12/12a58-1575271406.jpg
Oxunub: 478     11:00     03 Dekabr 2019    
Ordu sıralarında xidmət edən gənclərin döyüş hazırlığı ilə yanaşı, mənəvi-psixoloji hazırlıqlarının da yüksək olması əsas şərtdir. Hər bir komandir çalışır ki, şəxsi heyət yüksək döyüş ruhunda, heç bir çətinlik çəkmədən uğurla xidmət etsin. Bunun üçün də komandir heyəti tabeliyində olan əsgərlərə daim diqqət və qayğı göstərir, onlara doğma münasibət bəsləyir, xidmətləri ilə yaxından maraqlanır.

Əsgərlərin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində asudə vaxtın düzgün təşkili də mühüm yer tutur. Ümumiyyətlə, asudə vaxt şəxsiyyətin hərtərəfli inkişafı, fiziki, mənəvi və estetik mədəniyyətini yüksəltmək üçün ən gözəl vasitədir. Ona görə də ordu sıralarında xidmət edən gənclərin asudə vaxtlarının düzgün təşkili komandirlər qarşısında dayanan mühüm vəzifələrdən biridir. İstirahətin mənalı və səmərəli keçməsi əsgərin döyüş ruhuna müsbət təsir edən əsas amillərdəndir. Asudə vaxt zamanı əsgərlər mütaliə edir, tariximizdən bəhs edən filmlər izləyir, dama, şahmat kimi stolüstü idman oyunları oynayırlar.

"N" hərbi hissəsində yataqxanaya gəlişimiz asudə vaxt saatına təsadüf etmişdi. Bizi müşayiət edən zabit şəxsi heyətin sinif otağında olduğunu bildirdi. Otağa daxil oluruq. Burada asudə vaxtın səmərəli təşkilinin şahidi oluruq. "Azərbaycan Ordusu" qəzetini maraqla oxuyan əsgər Nihal Talıblı gözünü yazıdan ayırıb əməkdaşımızın döyüş postlarının birindən yazdığı reportajı oxuduğunu dedi. "Asudə vaxtlarımda ən sevdiyim məşğuliyyətlərdən biri də qəzet oxumaqdı. "Azərbaycan Ordusu" qəzetində digər bölmələrdə xidmət edən silahdaşlarımın şəklini görmək, fikirlərini oxumaq mənə xoş hisslər aşılayır. Bundan başqa silahlar, texnikalar və döyüş maşınları haqqında məlumatları, həmçinin bədii kitabları da oxumağı sevirəm. Ümumiyyətlə, hərbi hissəmizdə yaradılan şəraitdən çox razıyıq. Yeməkxanamız, yataqxanamız, məişət otaqlarımız hamısı yüksək standartlara cavab verir. Hər cür avadanlıqlarla təmin olunub. Bacarıqlı və savadlı komandirlərimiz bizə hərbi sirləri dərindən öyrədirlər. Keçirilən bütün məşğələlərimiz çox səmərəli təşkil olunur. Həmçinin asudə vaxtlarımız və istirahətimiz də daim diqqət mərkəzində saxlanılır. Bizlər də komandirlərimizin tapşırıqlarını dəqiqliklə icra edir, üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Bir sözlə, xidmətimiz uğurla davam edir."

Nihala xidmətində uğurlar arzulayıb şahmat oynayan əsgərlərə yaxınlaşdım. Maraqlı oyun gedirdi. Oyun başa çatanda qələbə hissi yaşayan əsgər Fərid Hüseynovla həmsöhbət oldum. "Digər fəaliyyətlərimiz kimi, asudə vaxtımız da səmərəli təşkil olunur. Bəzən şahmat, dama oynayır, bəzən də tariximizdən, vətənpərvərlikdən bəhs edən filmləri izləyir, həmçinin qəzet və jurnallardan maraqlı məqalələr oxuyub dünya görüşümüzü artırırıq. Bir sözlə, hərbi xidmətdə həm döyüş vərdişlərinə yiyələnirik, həm də biliyimizi artırır, mənəviyyatımızı zənginləşdiririk. Şəraitimizdən və komandirlərimizdən də çox razıyıq. Bütün təminatlarımız qaydasındadır. Hərbi hissədə qidalanmağımız, istirahətimiz və digər ehtiyaclarımız yüksək səviyyədə təmin olunub. Şəxsi heyət arasında mehribançılıq və səmimiyyət var. Fəxr edirəm ki, Azərbaycan Ordusunun əsgəriyəm."

Qalib gələn əsgər yoldaşının əlini sıxıb təbrik edən əsgər İsrafil Alızadə dedi ki, tezliklə Ali Baş Komandanın əmri ilə biz Qarabağda da Böyük Qələbəmizi qeyd edəcəyik. Əsgərlər Rəmzi, Ramil, Azər, Elçin, Nurəhməd, Tahir və Vüsal da xidmətlərinin uğurla keçdiyini bidirirlər. Qeyd etdilər ki, hərbi xidmət onlara bir çox üstün keyfiyyətləri formalaşdırır, silah və texnikalardan istifadə bacarığı aşılayır. Həmçinin onu da vurğuladılar ki, döyüş hazırlığının artırılması ilə bərabər, asudə vaxtları da səmərəli təşkil olunur. "Heç bir çətinlik çəkmədən xidmətimizi uğurla davam etdiririk. Yaradılan müasir şərait və komandirlərin doğma münasibəti də buna zəmin yaradır. Keçirilən bütün dərslərə və verilən tapşırıqlara həvəslə yanaşırıq. Vətənə övladlıq borcunun öhdəsindən layiqincə gəlməyi özümüzə mənəvi borc bilirik.

Mahmud Möhbalıyev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   Əsgər  

Əsgərlərin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində asudə vaxtın təşkili

2019/12/12a58-1575271406.jpg
Oxunub: 481     11:00     03 Dekabr 2019    