“Yaxşı komandir öz əsgərini sevməlidir”

2019/12/8ef27-1575271294.jpg
Oxunub: 487     14:38     03 Dekabr 2019    
Ön xətdə yerləşən hərbi hissədə torpaqlarımızın bütövlüyü uğrunda öz borcunu layiqincə yerinə yetirən hərbi qulluqçulardan biri ilə - baş gizir Teymur Ələkbərovla görüşdük. Görüşümüz də səbəbsiz deyildi. Hərbi hissənin zabiti Firudin Əzizov Teymur Ələkbərovu geniş hərbi biliyə malik, tabeliyində olan şəxsi heyətə qayğıkeş bir hərbi qulluqçu kimi dəyərləndirdi.

Qeyd etdi ki, onun şəkli hərbi hissənin "Şərəf lövhəsi"ndən təsadüfən asılmayıb: "Hərb aləmini cazibədar bir vadi hesab etsək, bu vadinin sakinləri onun təravətini və cazibədarlığını qorumaq üçün daima axtarmalı və işləməlidirlər. Ona görə də bu vadiyə qədəm basanların müəyyən bir qismi buranın daimi sakini ola bilmir. Gələnlərin bəziləri gəlişləri ilə göz qamaşdırır, amma tez sönür. Digərləri tədricən közərir, ancaq işığı və istisi daimi olur. Baş gizir Teymur Ələkbərov da, sözün həqiqi mənasında, tabeliyində olan şəxsi heyətin və rəhbərliyin hörmətini qazanan işıqlı hərbi qulluqçulardandır.”

Söhbət əsnasında baş gizir Teymur Ələkbərovun ömür yollarının səhifələrini vərəqləyərkən öyrənirik ki, 11 iyul 1980-ci ildə Füzuli rayonunun Üçbulaq kəndində anadan olub. Uzun müddətdir həyatını hərbi peşə ilə bağlayıb. Həmsöhbətim bildirdi ki, xidmət etdiyi hərbi hissədə çox gözəl bir mühit formalaşıb. "Ön xətdə bir şeyi nəzərdən qaçırmaq lazım deyil ki, məqamında əsgərlə çiyin-çiyinə düşmənə sən də güllə atmalısan. Bizim hərbi hissəmizdə münasibətlər mehriban ünsiyyət üzərində qurulub.”

Hərbi qulluqçu olmaqdan şərəf duyduğunu deyən baş gizir hesab edir ki, yaxşı hərbçi gərək bu peşənin içində olsun və bu peşənin sirlərini öyrənsin: "Fəxr edirəm ki, hərbçiyəm. Onu da qeyd edim ki, hərbçi olmaq hələ şərt deyil. Yaxşı hərbçi öz peşəsini, işini sevməlidir. Əgər hərbi qulluqçu öz peşəsini sevmirsə, ondan yaxşı hərbçi ola bilməz. Bir sözlə, Vətənə xidmət sevgidən güc alır. Buna görə də hər bir hərbi qulluqçu sözlərinə və hərəkətlərinə məsuliyyətlə yanaşmalı, hərbçi nüfuzunun keşiyində dayanmalıdır. Yaxşı komandir öz əsgərini sevməlidir. Komandir öz əsgərini sevmirsə, qayğı göstərmirsə, əsas məqsədi kimi onun layiqli formalaşmasını, hərbi təcrübəsini, təhsilini artırmasını görmürsə, hər bir əsgərə öz övladı kimi qayğı göstərməyə çalışmırsa, öyrətmək üçün öz potensialını gen-bol xərcləmirsə, o, yaxşı komandir ola bilməz. Mən əsgərlərimlə fəxr edirəm və böyük həvəslə onlara hərbi bilikləri öyrədirəm".

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində yeni açılmış hərbi hissədə əsgər və zabitlər üçün istənilən şəraitin yaradıldığını vurğulayan baş gizir Teymur Ələkbərov bu şəraitin qarşısında nümunəvi xidmət etməməyin mümkün olmadığını qeyd etdi: "İndi əsgər və zabitlərimiz yaxşı başa düşürlər ki, hərbi formanı geyiniblərsə, dövlət rəhbərliyinin diqqət və qayğısından kənarda qalmırlarsa, hər an torpaqlarımızı işğaldan azad etməyə hazır olmalıdırlar və hazırdırlar. Azərbaycan Ordusunun şəxsi heyəti Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməyə qadirdir".

Məhəmməd Əliyev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   Əsgər  

“Yaxşı komandir öz əsgərini sevməlidir”

2019/12/8ef27-1575271294.jpg
Oxunub: 490     14:38     03 Dekabr 2019    