“Qürurlanıram ki, həm də hərbi qulluqçuyam”

2019/12/08e22-1575271086.jpg
Oxunub: 518     14:17     02 Dekabr 2019    
Xəyalına da gəlməzdi ki, hərbçi olacaq. Hərbçi peşəsinə böyük ehtiramı olan gənclərdən biri də o idi. Sinif yoldaşlarına deyərdi ki, oğlan olsam, hərbçi peşəsini seçərdim. Bu kəlmələri eşidən sinif yoldaşlarından neçəsi onun fikrini dəyişib hərbçi peşəsini seçdiyini bilmir. Hər halda, bu fikir təsirsiz ötüşə bilməzdi. Müəllimlərindən birinin bir fikri onun həyatının axarını müəyyənləşdirdi: “Hərbçilər Vətənin, həkimlər insan taleyinin keşiyini çəkir. Hər ikisinin məsuliyyəti böyükdür, hər ikisi cəmiyyət üçün çox dəyərlidir.”

Bu söhbəti orta təhsilini başa vuranda daha əhatəli xatırladı. "Hərbçi ola bilməyəcəm, tibb işçisi olacam", - deyə qət etdi. Ata- anası gənc qızın istəyinin əleyhinə getmədi.

Ülviyyə Aslanova 2 saylı tibb texnikumunu bitirdi. Müxtəlif tibb müəssisələrində işlədi. Xəstələrin məmnun baxışlarını əvəzsiz mükafat bildi. Ülviyyə böyük məsuliyyətlə, ehtiramla insanların taleyinin keşiyini çəkirdi.

Günlərin birində "N" hərbi hissəsinin tibb hissəsində işə başladı - əsgər olurdu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə cəlb olunurdu. Onda taleyinə şükürlər oxudu. Xəyalən müəllimiylə kəlmələşdi: mən tibb işçisiydim, müəllim, indi həm də hərbçi oluram. Həm Vətənin, həm də insanların taleyinin keşiyini çəkəcəm. Ülviyyə Aslanova kiçik çavuşdur. Hərbi hissənin şəxsi heyətinin sağlamlığının keşiyini çəkir. O da əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacaq: "Ordumuz güclüdür, torpaqlarımızı işğaldan azad etməyə qadirdi. Qürurlanıram ki, belə bir ordunun hərbi qulluqçusuyam"...

Kiçik çavuş Ülviyyə Aslanova belə deyir...

"Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   Tibb  

“Qürurlanıram ki, həm də hərbi qulluqçuyam”

2019/12/08e22-1575271086.jpg
Oxunub: 519     14:17     02 Dekabr 2019    