Cənubi Koreyanın ABŞ-la müdafiə xərclərinin bölüşdürülməsi üzrə danışıqlar aparan əsas diplomatı Yonq Eonbu amerikalı həmkarı Ceyms Dehartla görüşmək üçün dünən Vaşinqtona yola düşüb.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Cənubi Koreyalı diplomat danışıqların dördüncü raundunda iştirak edəcək.
O qeyd edib ki, Cənubi Koreya-ABŞ arasında hərbi ittifaq və ortaq müdafiəni gücləndirməyə kömək edən bir razılaşma əldə edilməsinə çalışacaq.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Cənubi-Koreya
ABŞ
Müdafiə-xərcləri