KXDR raket buraxılış platformalarının yaradılması üçün beton özüllər qurur

2019/12/40560-1575269951.jpg
Oxunub: 476     17:01     03 Dekabr 2019    
Şimali Koreya qitələrarası ballistik raket və digər böyük kalibrli mərmilərin atılması üçün nəzərdə tutulan kifayət qədər geniş platformalar yaradır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunun üçün yaydan etibarən çox yerdə beton özüllər qurulub.

Qeyd edək ki, Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti Şimali Koreyanın ilin sonuna qədər daha bir orta və ya uzun mənzilli ballistik raket atması ehtimalı olduğunu düşünür.

Bildirilir ki, Seul və Tokio Şimali Koreyanın yeni təxribatlarına qarşı yüksək hazırlıq tədbirləri görür. Məlumata görə, Yaponiya, həmçinin əlavə ehtiyat tədbir olaraq Şərq dənizində “Aegis” esmineslərini yerləşdirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: KXDR   Raket-buraxılışı  

KXDR raket buraxılış platformalarının yaradılması üçün beton özüllər qurur

2019/12/40560-1575269951.jpg
Oxunub: 477     17:01     03 Dekabr 2019    