ABŞ Şimali Makedoniyanın NATO-ya üzv olması ilə bağlı Şimali Atlantika Müqaviləsinə dair protokolu ratifikasiya edib.
Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo özünün "Twitter" səhifəsində yazıb.
“Şimali Makedoniyanın NATO-ya daxil olması ilə bağlı protokolun Birləşmiş Ştatlar tərəfindən təsdiqlənməsini məmnuniyyətlə elan edirəm. Şimali Makedoniya NATO-nun 30-cu üzvü olmağa bir addım daha yaxınlaşdı!”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ABŞ
Makedoniya
NATO