Erməni hərbi ekspert: "Ordu haqqında yeni qanun lahiyəsi ciddi mənfi nəticələrə səbəb olacaq və reallıq olmayacaq"

2019/11/hgh-1575110420.jpg
Oxunub: 439     15:21     02 Dekabr 2019    
“10 milyon dram qarşılığında hərbi xidmətdən azad olunma haqqında qanun lahiyəsi ciddi nəticələrə səbəb olacaq və real olmayacaq”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni hərbi ekspert Davit Harutyunov “Mənim Addımım” fraksiyasının deputatı Hayk Sarkisyan tərəfindən təqdim olunan “Sürətləndirilmiş hərbi xidmət haqqında” qanun lahiyəsinə toxunarkən deyib.

Qeyd edək ki, qanun lahiyəsi ilə 10 milyon dram ödəmək və bir ay xidmət etmək təklif olunur.

Hərbi ekspertin sözlərinə görə, qanun lahiyəsində bir neçə səbəbi birləşdirməyə cəhd edilib.

“Birincisi budur ki, xidmətdən yayınmasınlar. İkincisi isə, bu variantla faktiki olaraq rezervist xidmət tətbiq etməyə cəhd edilir. Sürətləndirilmiş prosedur bir ay xidmət etdikdən sonra hərbi qulluqçuların toplanışlarda iştirak etməli olduğunu ehtimal edir. Burada peşəkar bir ordunun yaradılması haqqında danışılır və həmçinin diaspor amili var. Problem ondadır ki, rezervist və profesional orduya keçid silahlı qüvvələrdə olduqca ciddi yenidənqurmanı ehtimal edir. Praktik olaraq bir qanun lahiyəsində bütün bunları həyata keçirmək mümkünsüzdür və ya olduqca çətin olacaq”, - deyə Harutyunov bildirib.

Erməni hərbi ekspert qeyd edib ki, Ermənistanın rezervist xidmət və profesional ordunu reallığa çervirə bilməməsini bir sıra səbəbləri var.

“Müəyyən ideoloji elementlər də var. Reallıqda olan bəzi şeylərin qanuniləşdirilməsinə cəhd edilir. Bilirik ki, Ermənistan cəmiyyəti qütbləşdirilib və əhalinin bir hissəsi maliyyə vasitələrindən istifadə edərək yaxud ümumiyyətlə xidmət etməyərək ya da daha asan xidmət edərək bir çox formaya malikdir. Bu qanun lahiyəsi ciddi mənfi nəticələrə səbəb olacaq. Bunun reallaşacağına ciddi şübhə edirəm. Mən hüquqşünas deyiləm, lakin mənə elə gəlir ki, bəzi müddəalarda Konstitusiya da vətəndaşların hüquq və vəzifələrinə zidd gəlir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Fərarilik  

Erməni hərbi ekspert: "Ordu haqqında yeni qanun lahiyəsi ciddi mənfi nəticələrə səbəb olacaq və reallıq olmayacaq"

2019/11/hgh-1575110420.jpg
Oxunub: 442     15:21     02 Dekabr 2019    