Ermənistan MN pul qarşılığında xidmətdən azad olunma ilə bağlı qanunun müddətini uzatmaq niyyətində deyil

2018/03/18_03_01_1519896198_151989947124_1520267710.jpg
Oxunub: 654     16:20     30 Noyabr 2019    
Ermənistan Müdafiə Nazirliyi 27 yaşını tamam etmiş və orduda xidmət etməmiş şəxslərin müəyyən məbləğ ödəyərək cinayət məsuliyyətindən azad olunması ilə bağlı qanunun müddətini uzatmaq niyyətində deyil.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri məlumat yayıb.

Qeyd edək ki, noyabrın 15-də müxalif “İşıqlı Ermənistan” fraksiyası “Müəyyən olunmuş qaydanın pozulması ilə məcburi hərbi xidmət keçməmiş vətəndaşlar haqqında” qanun fəaliyyətinin müddətinin uzadılması təşəbbüsünü dövriyyəyə qoyub.

Fraksiya, qanunla nəzərdə tutulmuş imkandan nəinki 2017-ci ilə qədər 27 yaşını tamam etmiş şəxslərin, həmçinin 2019-cu il dekabrın 31-nə qədər 27 yaşını tamam etmiş və orduda xidmət etməmiş şəxslərin yararlanmasını təklif edir.

Lakin Ermənistan Müdafiə nazirinin müavini Qabriel Balayan məsələyə münasibət bildirərkən qeyd edib ki, bu cür qanun lahiyəsinin yenidən dövriyyəyə qoyulmasından asılı olmayaraq Müdafiə Nazirliyi mənfi rəy verəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Fərarilik  

Ermənistan MN pul qarşılığında xidmətdən azad olunma ilə bağlı qanunun müddətini uzatmaq niyyətində deyil

2018/03/18_03_01_1519896198_151989947124_1520267710.jpg
Oxunub: 655     16:20     30 Noyabr 2019    