İrəvanın sabiq polis rəisinin ölümü təsadüfdür, yoxsa “1 Mart” işi ilə əlaqəsi var?

2019/11/567-(-1575107720.jpg
Oxunub: 526     16:00     02 Dekabr 2019    
Noyabrın 28-də Rusiyada ölmüş İrəvanın sabiq polis rəisi Aşot Karapetyan “1 Mart” işi çərçivəsində şahid qismində dindirilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistanın Baş prokuroru Artur Davtyan bildirib.

Jurnalistlərdən biri Aşot Karapetyanın iştirakını və “1 Mart” cinayət işi üzrə statusunu nəzərə alaraq Karapetyanın ölümünün qeyd edilən iş üzrə əlaqəli olub-olmadığı barədə sual verib, həmçinin sabiq polis rəisi Hayk Harutyunyanın ölümü haqqında xatırlatma verib.

“İstənilən hadisə ilə bağlı istənilən dərrakəli şəxs, üstəlik müəyyən ictimai əksəriyyət şübhələr ifadə etdikdə, bunlar cinayət işində, hüquq-mühafizə dilində desək, versiyalar adlanır. Bu cür versiyalar hər zaman irəli sürülür və həmin versiyalar istiqamətində məcburi yoxlamalar həyata keçirilir. Lakin qeyd edilən şəxslər haqqında paylaşa biləcəyim ən azı bir faktiki məlumatımız belə yoxdur”,- deyə Davtyan bildirib.

Yuxarıda adları çəkilən şəxslərin “1 Mart” işi üzrə vacib şahidlər olması məsələsinə Baş prokuror bu cür münasibət bildirib ki, bunun yoxlanması istiqamətində görülən tədbirlərlə hələki faktiki məlumat yoxdur.

Davtyanın sözlərinə görə, Karapetyanın ölümü texniki problem, təsadüf və ya haqqında danışlan versiya ilə əlaqəli ola bilər.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İrəvan   1-Mart  

İrəvanın sabiq polis rəisinin ölümü təsadüfdür, yoxsa “1 Mart” işi ilə əlaqəsi var?

2019/11/567-(-1575107720.jpg
Oxunub: 527     16:00     02 Dekabr 2019    