“Joğovurd”: Hansı fərari deputat bu qanun layihəsini sifariş edib?

2019/11/ԱԺ--1575012799.jpg
Oxunub: 583     10:54     02 Dekabr 2019    
Ermənistan parlamentinin hakim fraksiyasını təmsil edən deputat Hayk Sarkisyan tezləşdirilmiş şəkildə hərbi xidmət haqqında qanun qəbul edilməsini təklif edib. Bu qanun layihəsi 27 yaşınadək olan sıravi heyətin məcburi hərbi xidmət keçməyə tabe Ermənistan vətəndaşlarının sürətləndirilmiş qaydada hərbi xidmət keçmə ilə bağlı münasibətlərini tənzimləyəcək.

Yəni sürətləndirilmiş qaydada hərbi xidmət keçən şəxs Ermənistanın dövlət büdcəsinə 10 milyon dram ödəməlidir. Həmin şəxs 1 ay müddətində xüsusi sürətləndirilmiş qaydada hərbi xidmət keçəcək və həmin 1 ay müddətində Ermənistan SQ-də xidmət etmək üçün tələb olunan bütün nizamnamələri mənimsəyəcək, bəzi silah növlərindən istifadəni öyrənəcək, konkret hərbi hissədə qeydiyyata alınacaq, hərbi and içəcək və səfərbərlikdə hərbi hissəyə gəlməsinə dair öhdəlik götürəcək.

Bu 1 aylıq müddət ərzində hərbi qulluqçu xidmətini davam etdirmək arzusunda olduğunu bildirərsə, ödədiyi 10 milyon dramı geri ala və əlavə olaraq 23 ay müddətinə xidmətini davam etdirə bilər.

Ən azı xidmət etmiş hərbi iş haqqında ən zəif təsəvvürlərə malik insan başa düşə bilər ki, bu simvolik bir ay ərzində silahdan istifadə etmə qaydasının öyrənilməsi 24 aylıq xidmət müddəti boyunca əldə edilən hərbi biliklərin 1 ay ərzində əldə olnumasına nail olmaq qeyri-mümkündür. Bu, hərbi hissədə yatıb qalxmaqdan, sıra yerişi yeriməkdən ibarət deyil. Əslində bu hərbi işin öyrənilməsindən ibarətdir.

“Ermənistan Müdafiə Nazirliyi niyə səssiz qalır. Hərbi xidmət vətən və sərhədlərin toxunulmazlığını təbliğ etmək əvəzinə, zənginlərin hərbi xidmətdəki elit bir aylığına Müdafiə Nazirliyi əl çalır. Qoşundan və əsgər həyatından qaçan hansı yumşaq fərari bu elit hərbi bal ayını sifariş verib”, - deyə Ermənistanın “Joğovurd” qəzeti qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Fərarilik  

“Joğovurd”: Hansı fərari deputat bu qanun layihəsini sifariş edib?

2019/11/ԱԺ--1575012799.jpg
Oxunub: 586     10:54     02 Dekabr 2019    