Ermənistanın hərbi prokuror müavini “1 Mart” işində sabiq baş prokuroru müdafiə edib

2019/11/3cc2a-1574930886.jpg
Oxunub: 448     16:55     30 Noyabr 2019    
“Kostanyana qarşı “1 Mart” hadisələri üzrə təqsirləndirilən şəxs kimi qərar verilməsinə görə təəssüf edirəm”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın hərbi prokurorunun müavini, “1 Mart” cinayət işi üzrə prokurorluq heyətinin rəhbəri Vahaqn Muradyan deyib.

Muradyanın sözlərinə görə, Kostanyan Ermənistanın baş prokuroru kimi işlədiyi qısa müddət ərzində öz peşə bacarığı və prinsipiallığı ilə seçilib.

“O, prokurorluqda korrupsiya sisteminə qarşı mübarizənin əsasını qoydu və lazımi nəticələr əldə etdi. Kostanyana qarşı “1 Mart” hadisələri üzrə təqsirləndirilən şəxs kimi qərar verilməsinə görə təəssüf edirəm. 2008-ci ilin 1 mart tarixindən indiyədək Ermənistanda 3 baş prokuror işləyib. Kostanyan qeyd edilən cinayət işi üzrə 10 nəfər həlak olanların qətlə yetirilmə təfərrüatlarını tanıyan və cinayətin üstünü açan baş prokuror olub. Bu məqsədlə ibtidai istintaq orqanına zəruri istintaq və məhkəmə proseslərinin həyata keçirilməsinə dair göstəriş verib. Onun göstərişi əsasında hadisələrin detallı araşdırılması üzrə tədbirlər görülüb. Həlak olan 10 nəfərdən hər birinin qətlə yetirilmə detalları barədə ayrı-ayrılıqda müzakirələr keçirib, - deyə Muradyan bildirib.

Onun sözlərinə görə, dəfələrlə zərərçəkənlərin varisləri baş prokurorluğa dəvət edilib, onların təqdim etdiyi faktlar yoxlanılıb və dinlənilib.

“Hansı faktlar əsasında cənab Kostanyana qarşı təqsirləndirilən şəxs kimi qərar verildiyini anlamıram. Lakin əminəm ki, Kostanyan istintaqı maraqlandıran suallara cavab verəcək. Düşünürəm ki, illərdir “1 Mart” cinayətinə laqeyd yanaşan vəzifəli şəxslər buna cavab verməlidirlər”, - deyə hərbi prokurorun müavini qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Kostanyan   1-Mart  

Ermənistanın hərbi prokuror müavini “1 Mart” işində sabiq baş prokuroru müdafiə edib

2019/11/3cc2a-1574930886.jpg
Oxunub: 449     16:55     30 Noyabr 2019    