Paşinyan ölən erməni hərbi qulluqçuların valideynlərini gözardına vurmaqda davam edir

2019/03/14973-1552558161.jpg
Oxunub: 433     17:35     02 Dekabr 2019    
Ermənistan Baş naziri Paşinyanın silahdaşları günbəgün daha zənginləşirlər. Həyatın yeni sahiblərinin gündən-günə artan zənginliyi onlara qarşı nifrəti də artırmaqdadır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hakimiyyətin nəzarəti altında olan çox saylı feyk istifadəçilər son zamanlar “Zinvor” ictimai təşkilatının koordinatoru Marqarita Xaçatryanı hədəf alıblar.

Xaçatryanın əri və oğlu Qarabağdakı təxribatçı əməliyyatlar zamanı ölüb.

Aksiyalar zamanı ölən erməni hərbi qulluqçuların valideynlərinin yanına bir təxribatçı göndərərək, Paşinyana işləməsi üçün mane olmamağa çağırış etməklə onları utandırıblar. Daha sonra isə feyk istifadəçilər vasitəsilə hərbi qulluqçuların valideynlərini təqib etməyə başlayıblar.

“Parlament spikeri 1 dəfə restorana gedərkən 290 min dram sərf edirsə, belə parlamentdən nə gözləmək olar”, - deyə erməni hərbi qulluqçuların yaxınları Paşinyanın onlar üçün pul tapa bilməməsini qınayıblar.

Artıq 3 aydır ki, ölən erməni hərbi qulluqçuların valideynləri və yaxınları hökumət başçısının cavabını gözləyir və onun köməkçisi Suren Dambaryanla danışıqlar aparırlar. Hərbi xidməti yerinə yetirərkən ölən hərbçilərin yaxınları onların hüquqlarının 30 milyon dram yardım ödənilən 2008-ci ilin “1 Mart” hadisələrində həlak olanların hüquqları ilə bərabərləşdirməyi tələb edirlər.

“İndiki hakimiyyət qış qabağı bir dövrdə 4 internat məktəbi və körpələr evini bağlayaraq, onları istilik təminatından kənar qoyub və ərzaq təminatından mərhum edib. Ancaq bu heç kimi narahat etmədi, heç kim küçələrə çıxmadı. Bu dəfə Paşinyanın ölən hərbi qulluqçuların analarının aksiyalarını necə gözardına vurduğunu səssiz izləyərdim.

Bunun əvəzinə 2008-ci il “1 Mart” hadisələrinin qurbanlarının yaxınları 2-ci prezidentin məhkəməsində çıxışlar edir. Koçaryanın ölən 10 nəfərlə heç bir əlaqəsinin olmadığını görüncə, onu Konstitusiya quruluşunun dəyişdirilməsində ittiham etməyə başladılar.

Niyə “1 Mart” hadisələrinin qurbanları 30 milyon həcmində birdəfəlik yardım alıblar, ancaq vəzifə borcunu yerinə yetirərkən ölən hərbçilərin anaları artıq 3 aydır baş nazirin cavabını hələ də gözləyirlər. 30 milyon dramı, vergi ödəyicilərinin pulunu Paşinyan küçə iğtişaşaları zamanı ölənlərin yaxınlarına paylayıb. Niyə baş nazir kompensasiyaların ödənilməsi zamanı ayrıseçkiliyə yol verib, bəlkə onların əzabı, ağrısı digərlərinin acısından daha artıqdır? Cəmiyyət sonsuz dərəcədə deqradasiya edilə bilməz, haradasa bir sərhəd olmalıdır, daha bundan o tərəfə yer yoxdur”, - deyə “Qolos Armeni” nəşri yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Ermənistan-ordusu   Ölüm   Cinayət  

Paşinyan ölən erməni hərbi qulluqçuların valideynlərini gözardına vurmaqda davam edir

2019/03/14973-1552558161.jpg
Oxunub: 436     17:35     02 Dekabr 2019    