Daşnaksütun funksioneri: “Ermənistanda cəmiyyət və siyasi qüvvələr arasında dialoq yoxdur”

2019/11/567-1575103120.jpg
Oxunub: 432     16:38     30 Noyabr 2019    
“Son 1.5 il ərzində bizim ictimai həyatımızda konsepsiya, proqram, strateji sənədlər çatışmazlığı var”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Daşnaksütun partiyasının ali orqan üzvü Lilit Qalstyan deyib.

Onun sözlərinə görə, bu çatışmazlıq şəraitində də ictimaiyyətin geniş qismi arasında narahatlığa səbəb olan ideologiyalar, mövzular, məqsədlər ictimai həyata atılır.

“Bu ümummilli və ümumdövlətçilik miqyaslı mövzularla əlaqədar narahatlıqlar bir tərəfdən Ermənistanın getdiyi aydın yol xəritələrinin olmadığını görəndə, digər tərəfdən siyasət aparanlar arasında dialoqun rədd edilməsi ilə qarşılaşdıqda daha da ağırlaşır”, - deyə Qalstyan bildirib.

O qeyd edib ki, Ermənistanın dövlət quruculuğu, onun taleyinin hansı addımlar ardıcıllığından asılı olduğuna dair cəmiyyətdəki narahatlıqlar artır.

“Bu gün qaçılmaz bir ehtiyac var, ictimaiyyət ziyalıların, akademik dairələrin bir sıra məslələrə cavablarını eşitməsini gözləyir. Bu məsələlər Ermənistanın hara getdiyi, hansı resursları satın aldığı, dəyər sisteminin nə olduğu və beynəlxalq, qlobal və milli dəyərlərin toqquşduğu yerdə durduğumuzu aydınlaşdırmaq üçün kifayət qədər müqavimət, potensialımız olub-olmamasını müəyyən etmək, hara getmə yolumuzu dərk etmək istəyir. Ən vacib olan odur ki, kimliyimizin vacib tərkib hissələrindən olan mədəniyyət, təhsil və dini dəyərlərin nədən ibarət olmasına dair ictimai və siyasi dərketmə anlayışı varmı?”, - deyə Qalstyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Böhran  

Daşnaksütun funksioneri: “Ermənistanda cəmiyyət və siyasi qüvvələr arasında dialoq yoxdur”

2019/11/567-1575103120.jpg
Oxunub: 433     16:38     30 Noyabr 2019    