Erməni deputat: “Ən ağır statistikalardan biri orduda baş verən intihar hallarının sayıdır”

2019/11/Untit-1573720305.jpg
Oxunub: 556     17:57     30 Noyabr 2019    
“Ən ağır statistikalardan biri hərbi xidmət zamanı xidmət yerində törədilən intihar hallarının sayıdır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin dövlət hüquq məsələləri daimi komissiyasının iclasında “Çiçəklənən Ermənistan” partiyasının nümayəndəsi Naira Zöhrabyan deyib.

Zöhrabyan qeyd edib ki, hərbi qulluqçu xidmət müddəti ərzində evə məzuniyyətə gələ bilər, çayxanaya gedə bilər, çayxanada hər hansı bir hadisə və ya həmin hadisə nəticəsində intihar baş verə bilər, amma burda söhbət hərbi xidmət qaydalarına qarşı yönəlmiş cinayətlərdən və xidmət yerində hərbi xidmət zamanı əsgərin mütəmadi olaraq alçaldılmasından gedir.

Onun sözlərinə görə, elə hadisələr olur ki, baş verən qətl hadisəsi intihar kimi qələmə verilir.

“Buna görə də yeni tərtib olunmuş qanun layihəsi bu hadisələrin mümkün qədər sıxışdırılmasına da yönlənib. Bu məsələ həll olunmalıdır”, - deyə Zöhrabyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   İntihar  

Erməni deputat: “Ən ağır statistikalardan biri orduda baş verən intihar hallarının sayıdır”

2019/11/Untit-1573720305.jpg
Oxunub: 559     17:57     30 Noyabr 2019    