Azərbaycan Rusiyadan yeni silah-sursat alacaq

2019/02/345-3098567344.jpg
Oxunub: 1951     12:27     30 Noyabr 2019    
Noyabrın 29-da Azərbaycan Respublikası Müdafiə Nazirliyi rus silah-sursatının alınmasına hazırlığı haqqında bəyanat verib.

Bundan öncə prezident İlham Əliyev bildirib ki, Bakı rus silah-sursatının tədarükü üçün yeni müqavilənin imzalanmasında maraqlıdır, müqavilənin detalları isə Müdafiə nazirləri tərəfindən müzakirə olunacaq.

Prezident İlham Əliyevin sözlərinə görə, Rusiya və Azərbaycan arasında artıq həyata keçirilmiş silah tədarükü müqavilələri 5 milyard dollar dəyərindədir.

“Azərbaycan KTMT üzv ölkələri ilə sıx hərbi-siyasi və hərbi-texniki əməkdaşlıqdadır. Azərbaycan və Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlığı xüsusi vurğulamaq istəyirəm”,- deyə Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Leyla Abdullayeva “RİA Novosti”yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev oktyabrın 30-da Rusiya Müdafiə naziri Sergey Şoyqu və noyabrın 26-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov ilə görüşlər zamanı iki ölkənin hərbi əməkdaşlığı məsələsi müzakirə olunub.

Leyla Abdullayeva bildirib ki, zərurət yaranacağı təqdirdə, Azərbaycan Rusiyadan yeni silah-sursat alacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Rusiya   Silah  

Azərbaycan Rusiyadan yeni silah-sursat alacaq

2019/02/345-3098567344.jpg
Oxunub: 1954     12:27     30 Noyabr 2019    