Ermənistan büdcəsindən Paşinyanın həyat yoldaşının bərbərinə külli miqdarda vəsait sərf edilib - ARAŞDIRMA

2019/11/768-1575017453.jpg
Oxunub: 689     16:50     02 Dekabr 2019    
Ermənistan Baş naziri Nikol Paşinyanın hakimiyyəti dövründə ən qalmaqallı hadisələrdən biri onun həyat yoldaşı Anna Hakopyanın bərbəri olan Sofya Navasrdyanın Paşinyanın köməkçisi vəzifəsinə təyin olunması haqqında 6 sentyabr 2018-ci il tarixli qərarı olub.

Qeyd olunur ki, təyinatın məqsədi xarici səfərlər zamanı Hakopyanın saçlarına qulluq edilməsi ilə bağlı onun rəsmi səfərlərə aparılmasının daha da asanlaşdırılması idi. Məsələ ilə bağlı həmin dövrdə Baş nazirin mətbuat katibi olan Armen Yeğoyan açıqlama verərək, Navasrdyanın Hakopyanın stilisti olduğunu təsdiqləyib. O qeyd edib ki, Navasardyan həmin işlə məşğul olub və indi artıq Baş nazirin köməkçisi olaraq həmin işlə məşğul olmağa davam edəcək.

“Heç bir şey dəyişməyib, sadəcə o, köməkçi statusunda həmin işi həyata keçirəcək”, - deyə mətbuat katibi qeyd edib.

Yaranan qalmaqaldan qısa vaxt sonra Navasrdyanın Paşinyanın köməkçisi təyin olunması haqqında qərar hökumətin rəsmi saytından, adı isə saytın administrasiya bölümündən silinib. Məsələ burasındadır ki, Paşinyanın köməkçisi üçün nəzərdə tutulan fəaliyyətlər içərisində stilist fəaliyyətinin həyata keçirilməsi nəzərdə tutulmayıb. Buna görə də Navasardyanın bu cür fəaliyyət göstərməsi üçün təyinatı qanuni deyildi.

Hakopyan və Navasardyan ətrafında qaldırılan hay-küy bununla bitməyib. Daha sonra yayılan məlumatlara əsasən, Navasrdyanın Hakopyanla birlikdə xarici ezamiyyətlərə yola düşdüyü və onun bərbərlik saç düzümü məsələləri ilə məşğul olduğu və sözsüz ki, bu məqsədlə dövlət büdcəsindən böyük həcmdə vəsait sərf edildiyi bildirilib.

Bu və ya digər məsələlərlə bağlı erməni jurnalistlər Ermənistan baş nazirinin aparat rəhbəri Eduard Ağacanyana Navarsdyan haqqında məlumatlar əldə etməsi üçün sorğu göndərib.

Sorğuya verilən cavab və əlavə sənədlər bir sıra sürprizləri üzə çıxarıb.

Artıq qeyd etdiyimiz kimi, Navasardyan haqqında erməni ictimaiyyəti onun baş nazirin köməkçisi vəzifəsində təyin olunmasından sonra məlumat alıb. O vaxtadək sorğuya verilən cavaba əsasən Navasardyanın baş nazirin köməkçisi vəzifəsinə təyinatı haqqında heç bir şey yazılmayıb. Bundan əlavə məlum olur ki, Navasardyan baş nazirin administrasiyasında 4 iyul 218-ci il tarixdən vəzifə tutur. O, baş nazirin administrasiya tərkibində protokol qaydaları şöbəsinin mərasim tədbirlərinə xidmət edən kimi vəzifə tutub. Artıq qalmaqallı hadisədən sonra, yəni 20 sentyabr 2018-ci ildə sorğuya verilən cavaba əsasən Sofya Navasardyan baş nazirin administrasiya rəhbərinin əmri ilə öncəki vəzifədən azad edilib və digər vəzifəyə yəni baş nazirin administrasiyasının protokol şöbəsinin müşaviri, struktur şöbələrində əlahiddə fəaliyyətlərin koordinatoru təyin edilib. Beləliklə, 2018-ci ilin 6 sentyabr tarixində Navasardyanın baş nazirin köməkçisi vəzifəsinə təyin edilməsi haqqında qərarının hara yoxa çıxdığı anlaşılmaz olaraq qalır. Navasardyanın baş nazirin köməkçisi vəzifəsindən azad edilmədən 20 sentyabr 2018-ci il tarixdə digər vəzifəyə necə təyin edildiyi və həmin dövrdə baş nazirin mətbuat katibi Yeğoyanın açıqlamalarının taleyinin necə olması qeyri-müəyyən qalır. Bu ən azı baş nazirin administrasiyasında baş verən qanun pozuntusu daha dəqiq desək, indiyə qədər izlərini yox etməyə çalışdıqları vəzifə saxtakarlığından xəbər verir.

Sorğuya verilən cavabdan həmçinin məlum olur ki, Navasardyan 10 iyul 2019-cu il tarixindən tutduğu vəzifədən azad edilib. Bununla da baş nazir administrasiyasında 1 illik dəbdəbəli fəaliyyəti olub. Navasardyanın əmək haqqı, mükafatları, ezamiyyət ödənişləri, yol xərcləri, gündəlik tələbatının həcminə dair sorğu da göndərilib. Beləliklə baş nazirin administrasiyasından sorğuya verilən cavabda bildirilir ki, Navasardyanın tutduğu vəzifənin vəzifə əmək haqqı 314,165 dram olub. Yəni Navasardyanın 1 illik əmək haqqının həcmi 3 milyon 769 min 980 dram təşkil edib. Əmək haqqından başqa tutduğu vəzifədən azad olunanadək 1 milyon 285 min 986 dram mükafat alıb.

Vəzifədə olduğu 1 il ərzində Navasardyan 13 dəfə ezamiyyətdə olub və bunun üçün dövlət büdcəsindən 5 milyon 299 min 209 dram ayrılıb.

Bununla da 1 il ərzində Hakopyanın bərbəri dövlət büdcəsinə 22 min ABŞ dollarına başa gəlib. Navasardyan Hakopyanın əvəzolunmaz bərbəri, hətta xarici ölkələrdə belə onu müşayiət edən şəxs olub. Baş nazirin adminsitrasiyası isə bəzi hallarda qanun pozuntusuna yol verərək bunu təmin edib.

Artıq qeyd etdiyimiz kimi Navasardyan vəzifədə olduğu 1 il müddətində 13 dəfə xarici ezamiyyətdə olub. Bu ezamiyyətlərdən 6-sı baş nazirin qərarı ilə hökumət nümayəndə heyətinin tərkibində, 7 ezamiyyət halı isə baş nazirin administrasiya rəhbərinin əmri ilə müxtəlif məqsədlərlə və yaxud məqsəd olmadan baş tutub. Navasardyanın ezamiyyətlərinin tarixçəsinin araşdırılması göstərdi ki, o, əsasən Hakopyanın da olduğu xarici səfərlər zamanı ezam edilib. Maraqlı olan budur ki, bu ezamiyyətlərin bəzilərində Hakopyan hökumət nümayəndə heyətinin tərkibində deyil, sadəcə baş naziri müşayiət edib. Məsələn, “Mənim addımım” yaxud “City of Smile” fondunun fəaliyyəti çərçivəsində xarici ölkələrdə olarkən də onu müşayiət edib.

Belə ki, Navasardyanın hökumət nümayəndə heyətinin tərkibində Paşinyanın qərarları ilə ezam olunduğu yerlər və xərclər;

4-6 oktyabr 2018-ci il, Fransa respublikası Paris şəhəri, ayrılan vəsait 1 milyon 217 min 511 dram;
20-21 oktyabr 2018-ci il, Livan respublikası, Beyrut şəhəri, ayrılan vəsait 1 milyon 209 min 950 dram;
10-11 noyabr 2018-ci il Fransa respublikası, Paris şəhəri, ayrılan vəsait 145 min 675 dram;
30 yanvar-1 fevral 2019-cu il Almaniya respublikası, Köln və Berlin şəhərləri, ayrılan vəsait 1 milyon 558 min 862 dram;
27-28 fevral 2019-cu il, İran İslam Respublikası Tehran şəhəri, ayrılan vəsait 75 min 417 dram;
12 may 2019-cu il Lüksemburq böyük krallığı, Lüksemburq şəhəri,
13 may Belçika krallığı, Brüssel şəhəri;
14-16 may Çin Xalq Respublikası, Pekin şəhəri, ayrılan vəsait 278 min 835 dram.

Yuxarıda qeyd edilən bütün hallarda Ermənistan hökumətinin nümayəndə heyəti ilə birlikdə həmin ölkələrə Hakopyan da səfər edib.

Lakin artıq qeyd etdiyimiz kimi, Navasardyan hökumət tərkibində xaricə ezam edilməkdən əlavə həmçinin baş nazirin administrasiya rəhbərinin əmrləri ilə də 7 dəfə ezamiyyətdə olub. Maraqlıdır ki, bütün bu ezamlar Hakopyanın xaricdə olduğu müddətlərlə eyni vaxta düşür. Belə ki, baş nazirin administrasiya rəhbərinin əmrləri ilə Navasardyan aşağıdakı ölkələr ezam edilib:

23-25 iyul 2018-ci il Rusiya Federasiyası, Moskva şəhəri, ayrılan vəsait 267 min 224 dram. Ezam məqsədi təcrübə mübadiləsidir. Eyni dövrdə Hakopyan da Rusiya Federasiyanın Moskva şəhərində olub, Dövlət Tretyakov sərgi salonuna səfər edib, müxtəlif rus dairələrinin bir sıra qadın xadimləri ilə görüş keçirib, “Sülh naminə qadınlar” yürüşünə start verib. O, böyük Moskva teatrına səfər edib, “Qayane” baletini izləyib. “Ekspress qazeta” jurnalına müsahibə verib.

19-22 sentyabr 2018-ci il, Rusiya Federasiyası Sankt-Peterburq şəhəri, ayrılan vəsait 398 min 982 dram. Ezamiyyətin məqsədi əmrdə qeyd edilməyib. Eyni dövrdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Hakopyan Qadınların İkinci Avrasiya forumunda iştirak edib.

29 sentyabr- 3 oktyabr 2018-ci il, Malayziya Kuala-Lampur şəhəri, ayrılan vəsait 523 min 184 dram. Ezamiyyətin məqsədi yenə də qeyd edilməyib. Həmin dövrdə Hakopyan da Malayziyanın Kuala-Lumpur şəhərində olub. O,”City of smile” xeyriyyə fondunun himayədarları şurasının sədri kimi Dünya Xərçəng liderləri zirvə sammitində iştirak edib və sammitin açılışında çıxış edib.

12-17 dekabr İsveçrə Konfederasiyası, Cenevrə şəhəri, ayrılan vəsait 1 milyon 64 min 591 dram, səfərin məqsədi xidməti zərurət olaraq göstərilib. Eyni dövrdə Hakopyan da İsveçrənin Cenevrə şəhərində olub. Onun səfəri 12 dekabr tarixində Cenevrə müqəddəs Hakop kilsəsindən başlayıb. Daha sonra Cenevrənin erməni mərkəzində erməni icmasının 100-dən artıq nümayəndəsi ilə görüşü baş tutub.

11-13 noyabr 2018-ci ildə Sofya Navasardyanın Rusiya Federasiyasının Moskva şəhərinə ezam edilməsi xüsusilə diqqət çəkir. Bu ezam barədə baş nazirin administrasiya rəhbərinin əmri ezamiyyətdən 40 gün sonra tərtib edilib. Yəni baş nazirin administrasiya rəhbəri Ağacanyan 20 dekabr 2018-ci ildə imzaladığı əmrlə Navasardyanı 2018-ci ilin 11-13 noyabr tarixlərində Rusiya Federasiyasına ezam edib. Bu, xidməti saxtakarlıqdır və Navasardyanın digər ezamiyyətləri barədə əmrlərinin qanuniliyini şübhə altına alır. Bu ezamiyyət məqsədi ilə Navasardyana 312 min 196 dram vəsait ayrılıb. Həmin dövrdə Hakopyan da Moskva şəhərində olub və Ermənistan səfirliyində təşkil olunan Rusiyadakı bir sıra səfirlərin xanımları işgüzar dairələrin nümayəndələri ilə rəsmi görüşlər keçirib. Hakopyan Moskvada olarkən aktyor, rejissor Armen Cigerxanyana da baş çəkib.

1-15 aprel 2019-cu il, Amerika Birləşmiş Ştatlarının Vaşinqton, Boston, Los-Anceles, Memfis, Nyu-York şəhərləri , ayrılan vəsait 1 milyon 853 min 953 dram. Ezamiyyət məqsədi xidməti zərurətlə əlaqədar olduğu göstərilib. Eyni dövrdə Hakopyan da ABŞ-da olub. O, Harvard və Masaçusetsi texnologiya universitetlərində təhsil alan erməni tələbələrlə və Bostonda erməni icmasının nümayəndələri, Los Anceles şəhər rəhbəri Erik Qarsetlə görüş keçirib, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib. Həmçinin Los-Ancelesin erməni icması ilə görüşüb, Müqəddəs Hüda körpələrin araşdırma xəstəxanasına səfər edib, Nyu-Yorkun erməni icmasının nümayəndələri ilə görüş keçirib.

23-25 may 2019-cu ildə Qazaxıstan respublikasının Almata şəhəri, ayrılan vəsait 84 min 847 dram, ezamiyyətin məqsədi yenə də qeyd edilməyib. Qeyd edilən dövrdə Hakopyan da Qazaxıstanda olub və yerli icması ilə görüş keçirib.

Maraqlıdır ki, Hakopyan hökumət nümayəndə heyəti tərkibində olmadığı dövrlərdə Navasardyan da həmçinin nümayəndə heyətinin tərkibində təmsil olunmayıb. Beləliklə, Fransa, Belarus, Avstriya, Rusiya, Qazaxıstana ezam edilən hökumətin nümayəndə heyəti tərkibində Hakopyan olmayıb. Buna görə də Navasardyan da nümayəndə heyətinin tərkibində təmsil olunmayıb.

Faktiki olaraq, yuxarıda qeyd edilənlərdən birmənalı şəkildə iddia etmək olar ki, Hakopyan Ermənistandan xaricə getməyi planlaşdırdığı bütün hallarda baş nazirin administrasiyası Navasardyan üçün ezamiyyət təşkil edib. Bəzi hallarda ezamiyyətin məqsədini təcrübə mübadiləsi, bir çox hallarda isə xidməti zərurət və bəzən də ezamiyyətin məqsədi olmadan bunu yerinə yetirib. Bir çox hallarda qanun kobud şəkildə pozularaq, dövlət vəsaiti hesabına Anna Hakopyanın fərdi bərbər xidmətlərinin müxtəlif ölkələrdə yerinə yetirilməsini təmin edib.

Buna görə də Navasardyanın ilk öncə administrasiyanın tərkibində vəzifə ilə təmin edilməsinin şəxsən Hakopyana xidmətlər göstərməsi məqsədini daşıdığı birmənalı olaraq öz təsdiqini tapır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hakopyan   Navasardyan  

Ermənistan büdcəsindən Paşinyanın həyat yoldaşının bərbərinə külli miqdarda vəsait sərf edilib - ARAŞDIRMA

2019/11/768-1575017453.jpg
Oxunub: 690     16:50     02 Dekabr 2019    