Ermənistanda ordudan yayınmağa görə cəriməni 2 dəfə artırmaq istəyirlər - ƏTRAFLI

2019/02/97039-1551178844.jpg
Oxunub: 724     15:48     30 Noyabr 2019    
Hərbi çağırışdan yayınmaq illərdir Ermənistan üçün gəlir mənbəyinə çevrilib. Dövlət büdcəsi hərbi xidmətdən yayınaraq, xaricə qaçan ödəniş qabiliyyətli gənclərin vəsaiti hesabına doldurulur.

“Müəyyən edilmiş qaydaların pozulması ilə məcburi hərbi xidmət keçməyən vətəndaşlar haqqında” Ermənistan qanunu 2004-cü ildə yeni qəbul edilərkən mənfi qarşılanırdı. Hesab olunurdu ki, bu yolla zənginlərin övladlarının hərbi xidmətdən yayınması qanuniləşdirilir. İstənilən halda hərbi xidmətdən yayınan çoxsaylı gənclərin cinayət təqibindən azad edilməsi və Ermənistana qayıtması üçün bir vasitə idi. Gələcəkdə bu keçid hesab edilən müvəqqəti həll yolu daimi xarakter almağa başladı. Hər il qanunun qüvvədə olma müddəti uzadılırdı.

Bu gün qüvvədə olan qanunla ordudan yayınmış və axtarışda olan Ermənistan gənclərinin 27 yaşı 2017-ci ilin 1 dekabr tarixinədək tamamlanırdı. Onlar hər buraxılan çağırışa görə 200 min dram ödəməklə cinayət təqibindən azad olmaq və maneəsiz Ermənistana qayıda bilər.

2015-ci ilədək bir çağırış müddətindən yayınmağa görə Ermənistan vətəndaşları minimum əmək haqqının 100 misli həcmində ödəniş edirdi. Bu gün isə qüvvədə olan qanuna görə müddətli hərbi xidmətin 2 illi dövrünə görə onlar ümumi olaraq, 3 milyon 600 min dram həcmində vəsait ödəməlidirlər. Bu qanun cari ilin 31 dekabr tarixinədək qüvvədədir.

Ənənəvi olaraq, Ermənistan Müdafiə Nazirliyi bu qanunun əleyhinə çıxış edirdi. Müdafiə Nazirliyi hesab edirdi ki, ödəniş qabiliyyəti olan gənclərin ordudan yayınmasına və ya bunun üçün yüksək məbləğdə vəsait ödəməsinə yol vermək olmaz. 2017-ci ildə Müdafiə Nazirliyi tələb etdi ki, məsələn orduda xidmət etməmək üçün buraxılan hər bir çağırışa görə 500 min dram ödənilsin.

Hazırda isə müəllifləri parlamentin deputatları Arman Babacanyan, Andranik Köçəryan və Mxitar Hanrapetyan olan daha yüksək ödənişləri nəzərdə tutan yeni qanun layihəsi hazırlanıb. Qanun layihəsinin müəlliflərindən ikisi, yəni Arman Babacanyan və Mxitar Hanrapetyan ümumiyyətlə orduda xidmət etməyib.

Qanun layihəsinə görə, ödənişin buraxılan çağırışların sayına görə deyil, sərhəddi qoruyan müqaviləli hərbi qulluqçunun əmək haqqının həcmi ilə hesablanması nəzərdə tutulur. Bununla da təklif olunur ki, 27 yaşı tamam olan Ermənistan vətəndaşı və ordudan yayındığına görə cinayət təqibinə məruz qalan şəxs ən yüksək əmək haqqı alan müqaviləli hərbi qulluqçunun 2 illik əmək haqqı əlavə ödənişləri daxil olmaqla hərbi xidmətdən yayınmasına görə ödəniş etməsi tələb olunur. Bununla da o, qanunla nəzərdə tutulan haqq hesabını ödəmiş və Ermənistana qayıtmaq hüququ əldə etmiş hesab olunur.

Yeni qanun 27 yaşı tamam olduqdan sonra belə hərbi xidmətə getməyə imkan verir. Lakin hazırda qüvvədə olan qanunvericilik bunu qadağan edir.

Jurnalistlər “Ordudan yayınan və axtarışda olan şəxslər üçün həddindən artıq yüksək məbləğ olduğunu hesab etmirsiniz? Sizin təklif etdiyiniz dəyişikliyə əsasən 5-6 milyon dram ödəniş tələb olunur. Bu halda ölkəni tərk etməyi təşviq edə və ən zəngin şəxslərin övladlarına yardım etmiş olacağınızdan ehtiyat etmirsiniz”, deyə Ermənistan parlamentinin deputatı Arman Babacanyana sual ünvanlayıblar.

“Tam əksinə bu layihənin əsas məqsədi ondan ibarətdir ki, ölkəni tərk etmənin qarşısı alınsın. Sizin dediyiniz problemə əks tərəfdən yanaşmaq lazımdır. Adam bilir ki, ölkəni tərk edə bilər və illər sonra daha az vəsaitlə övladının ordudan yayınmaqla bağlı problemlərini həll edə bilər. Bu halda həmin ödəniş məbləği hiss ediləcək dərəcədə artırılırsa, həmin şəxs ölkəni bu məqsədlə tərk edib-etməməyi fikirləşməli olacaq. Bu və ya digər sosial təbəqəyə dəstək verilməsinə gəldikdə isə bu qanunun belə bir məqsədi yoxdur. Bu qanunla qazanacaq yeganə tərəf Silahlı Qüvvələrdir. Əslində bu yüksək ödəniş məhz bu məqsədlə ortaya çıxıb. Biz ön xəttə xidmət edən hərbi qulluqçunun 2 illik əmək haqqını və əlavə ödənişlərini hesablamışıq və bunun nəticəsində qeyd edilən məbləğ ortaya çıxıb. Mən əmin edirəm ki, bu vəsaitin tutulması birbaşa büdcənin doldurulması məqsədini yox, həmin vəsait hesabına daha çox müqaviləli hərbi qulluqçunu ön xəttdə hərbi xidmətə cəlb etmək məqsədi daşıyır. Bu yolla cəbhə xəttini mümkün qədər müddətli xidmət hərbi qulluqçularından azad etmək imkanı əldə ediləcək”, - deyə Babacanyan qeyd edib.

Onun sözlərinə görə, qanun ordunun peşəkarlığını artırmaq məqsədilə parlamentə təqdim edilib.

“Yəni bu qanunla biz birbaşa ordunun peşəkarlığı məsələsini həll etmiş oluruq. Bu yolla sözsüz ki, nəzərəçarpan nəticələr əldə ediləcək. Qanun layihəsinin əsasını təşkil edən fəlsəfənin çox böyük əhəmiyyəti var. Ödəniləcək vəsait yalnız bunun maddi ifadəsidir. Onun fəlsəfəsi isə hər bir vətəndaşın dövlət, vətən qarşısında sosial məsuliyyətidir. Bəli, bu yüksək ödənişi də nəzərdə tutur. Ona görə ki, könüllü hərbi qulluqçu hərbi xidmətdən yayınarkən onun əvəzinə onun həmyaşıdı və yaxud müqaviləli hərbi qulluqçu bizim sərhədləri qoruyur. Yəni burada vətəndaşların bərabərliyi, məsuliyyət bərabərliyinin bölüşdürülməsi prinsipləri pozulur. Bizim təqdim etdiyimiz qanun layihəsi, məhz pozulmuş tarazlığın bərpası məqsədi və missiyasını daşıyır”, - deyə erməni deputat bildirib.

Ermənistan parlaementinin “Mənim addımım” fraksiyasının deputatı Mxitar Hayrapetyan suallardan yayınıb. O qeyd edib ki, parlamentdə qanun layihəsi detallı şəkildə müzakirə ediləcək və həmin vaxt jurnalistləri maraqlandıran suallara cavab veriləcək.

Ermənistan Müdafiə nazirinin sabiq müavinin general-leytenant Qaqik Melkonyan hesab edir ki, bu qanun layihəsi ilə nə büdcə doldurulacaq, nə də Ermənistana geri qayıdanlar təşviq ediləcək.

“Mənə elə gəlir ki, heç kim 5-6 milyon dram verib geri qayıtmayacaq. Bir çoxları hər hansı şəkildə həmin 3,5 milyon dramı ödəməklə geri qayıtmağa razı idi. Lakin bu qanun qəbul edilərsə, demək olar ki, onlardan 50 %-i artıq geri qayıtmaq niyyətində olmayacaq. Bu qədər vəsaiti o, toplaya da bilməz. O, bunu tapa bilməyəcək və heç gəlməyəcək, büdcə də doldurulmayacaq”, - deyə o bildirib.

Melkonyanı, həmçinin qanun layihəsinin 27 yaş tamam olduqdan sonra arzu edənlərin hərbi xidmət edə biləcəkləri ilə bağlı müddəası da təəccübləndirir.

“30 yaşında əsgər gəlib 18 yaşında olan əsgərlə bir yerdə xidmət edəcək? Aradakı fərq çox böyükdür. Bu xidmət alınmayacaq. Əgər bu şəxslər üçün alternativ hər hansı bir xidmət növü fikirləşərlərsə, bu başqa bir məsələdir. Lakin onun gəlib 18 yaşlılarla birlikdə xidmət etməsi özü üçün həll edilməz bir çox problemlərə səbəb olacaq”, - deyə sabiq müavin bildirib.

Melkonyan hesab edir ki, qanunun qüvvədə olma müddətini 1 il daha artırmaq doğru olardı.

“Əgər insanlar bilsə ki, belə bir qanun layihəsi hazırlanacaq, qalan bu 1 il ərzində çoxları geri qayıdar”, - deyə Melkonyan qeyd edib.

Keçmiş qanunun qüvvədə olma müddətinin uzadılması ilə bağlı alternativ qanun layihəsi ilə parlamentin “İşıqlı Ermənistan” fraksiyası çıxış edib. Fraksiyanın rəhbəri Edmon Marukyanın sözlərinə görə, onların təqdim etdiyi qanun layihəsi daha çox həyat qabiliyyətlidir.

“Bu qanun layihəsinin əleyhinəyik. Köhnə qanun layihəsinin düzəlişlərlə daha 1 il müddətinə uzadılmasına dair bizim qanun layihəsi dövriyyədədir. Xatırladım ki, bu il bizim təqdim etdiyimiz qanun layihəsi ilə qüvvədə olan qanunun müddəti 1 il uzadılıb”, - deyə Marukyan bildirib.

Onun sözlərinə görə, bütün diaspora, xaricdə yaşayan ermənilər bu qanun layihəsinin əleyhinədir.

“Ona görə ki, heç kim yaxşı güzəranının ucbatından xaricə getməyib, yaxşı günün ucbatından axtarış verilməyib və bu təklif edilən qanun layihəsi məsələnin həlli deyil. Daha ətraflı qanun layihəsi müzakirə edilərkən bildirəcəyik”, - deyə Marukyan vurğulayıb.

Yeni qanun layihəsi artıq sosial şəbəkədə də mənfi rəy toplamağa başlayıb.

“Onsuzda keçmiş qanun layihəsinə görə, cərimə olduqca çox idi və bir çoxları bunu ödəmə qabiliyyətində deyildi. Buna görə də Ermənistana qayıda bilmirdilər. Təsəvvür edirsiniz, bunu ağızları köpük dolu hər gün vətənə qayıdış və vətənin abadlaşdırılması haqqında danışan insanlar edirlər. Bu çox vacib məsələ sanki cəmiyyətdə heç kimi narahat etmir. Yüzlərlə erməni gənc daimi olaraq xaricdə, ölkə sahillərində qərib qalacaqlar”, - deyə erməni mədəniyyətşünas Toros Aleksanyanın öz sosial şəbəkə səhifəsində qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Fərarilik  

Ermənistanda ordudan yayınmağa görə cəriməni 2 dəfə artırmaq istəyirlər - ƏTRAFLI

2019/02/97039-1551178844.jpg
Oxunub: 725     15:48     30 Noyabr 2019    