Gəzən sursatlar: axtarış, ələkeçirmə və məhvetmə

2019/11/15742-20475152139.jpg
Oxunub: 1192     11:21     29 Noyabr 2019    
Azərbaycanın İsrail və Türkiyə ilə müasir texnologiyalar sahəsində əməkdaşlıq etməsi, bu ölkələrin istehsal etdiyi məhsulların Silahlı Qüvvələrimizin silahlanlanmasında yer alması, bəzi sistemlərin ilk müştərisi, bəzən isə ilk döyüş istifadəçisi olmağımız, bu ölkələrin məhsulları, xüsusilə də arsenalımızda mövcud olanlar barədə xarici KİV-lərdə dərc edilən məqalələrə laqeyd qalmağımıza imkan vermir.

İsrailin "Elbit Systems" müdafiə sənaye kompaniyasının "Harop" və "SkyStriker", eləcə də Türkiyənin STM şirkətinin "Alpagu" və "Kargu" zərbə PUA-ları barədə əvvəllər də ətraflı məlumatlar verilib. Lakin bu dəfə təqdim edilən məqalədə tam fərqli detallara, indiyə qədər səsləndirilməyən yeni məlumatlara yer verilib, odur ki, sözügedən məqaləni təqdim edirik.

İsrail Aerokosmik Sənayesi tərəfindən düşmənin HHM vasitələrini məhv etmək üçün hazırlanan Harpy/Harop, ən geniş yayılan PUA ailələrindən biri hesab edilir.

Küncdən baxmaq hər bir döyüşçünün daim xəyalı olub, çünki bu ona potensial təhlükə haqqında daha çox məlumat əldə etməyə imkan verir. "Bucaq" yaxın və ya uzaq ola bilər, təhlükə isə çox fərqli, məsələn, ən azı sabit və ya hərəkətli ola bilər. Bu gün həm də dron adlandırılan pilotsuz uçuş aparatları üfüqdən kənara baxmaq üçün adi bir vasitəyə çevrilib. Bəziləri isə hətta qanad altına quraşdırılan silahlar, məsələn, müxtəlif növ və ölçülü raketlər sayəsində zərbələr endirməyə də qadirdirlər.

Hücumdan əvvəl uzun müddət hədəf üzərində uçuşa qadir olan vasitəyə döyüş başlığının birləşdirilməsi əslində uzunmüddətli müşahidə aparan və sözdə "Gəzən sursat"ın meydana gəlməsinə səbəb oldu. Onların hərəkətli hədəflərə hücumlarının effektivliyi olduqca yüksəkdir, çünki operator uzaqdan hücumun hansı hədəfə və nə vaxt keçirəcəyinə özü qərar verə bilər və bununla da demək olar ki, obyektin tam məğlubiyyətinə nail olur.

Paris aviasərgisində "Harpy" gəzən sursatı

İsrail Aerokosmik Sənayesi tərəfindən 80-ci illərin ortalarında inkişaf etdirilən ilk sistemlərdən biri "Harpy" adlandırıldı. Düşmən hava müdafiəsini basdırmaq üçün hazırlanan bu silah sistemi SEAD (Suppression of Enemy Air Defences - Düşmənin Hava Hücumundan Müdafiəsi) adlandırıldı. SEAD bu tapşırıqları yerinə yetirən döyüş təyyarələrinin sayını və nəticədə onların düşmənin yerdən atılan "yer-hava" raketləri ilə vurulma riskini də azaltdı. 2,7 metr uzunluğunda və 2,1 metrlik qanad açılımına malik aparat 38 at gücünə malik WELCEL UEL AR731 mühərrikinə malikdir. Fırlanan pər arxa hissədə, 32 kq partlayıcı isə ön hissədə yerləşir. Konteynerdən buraxılan aparat kreyser sürətində (maksimum sürət 185 km/saatdır) hədəf bölgəsinə uçur, hədəfi seçdikdən sonra isə burada bir neçə saat dövrə vura bilir. Maksimum uçuş məsafəsi 400-500 km-dir.

Tamamilə avtonom olan aparatın qəbulediciləri, idarəetmə məntəqəsinin siqnallarını tutmağa və onları hədəfə yönəltməyə imkan verir. Özütuşlanan sistemə yüksək səviyyəli avtonomluq təmin edən qabaqcıl alqoritmlər inteqrasiya olunub. 2000-ci illərin sonlarında IAI "Harpy" layihəsindəki təcrübəsinə əsaslanaraq, optik elektron hədəf yükü və məlumat ötürmə kanalının birləşdirilməsi hesabına, idarəetmə konturuna operatorun əlavə edilməsinə imkan verən "Harop" aparatını inkişaf etdirdi. Bu aparatın da əsas məqsədi - digər məqsədlər üçün istifadə edilə bilər - SEAD olaraq qalır. Qanad açılımı 3 metrə, uzunluğu 2,5 metrə, fəaliyyət radiusu 1000 km-ə çatdırıldı, döyüş başlığının kütləsi isə 23 kq-ya endirildi.

Ailənin ən yeni üzvü "Harop" korpusu bazasında hazırlanan "Harpy" NG sistemi oldu. Son NG əvvəlki modellərin özütuşlanan rəqəmsal başlığının 2-18 GHz tezlik diapazonu ilə müqayisədə daha geniş, 0.8-18 GHz-lik diapazona malik başlıq ilə təchiz edildi. Onun kütləsi 160 kq, uçuş müddəti təxminən 10 saatdır. "Harpy/Harop" ailəsi İsrail ordusu və təxminən 8 digər ölkənin silahlanmasında mövcuddur.

Orta ölçülü elektrik mühərrikli "Green Dragon" ME, SEAD vəzifələrini yerinə yetirməyə və digər hədəflərə hücum etməyə imkan verən radiotezlik və optik elektron tuşlama başlığı ilə təchiz edilir

Yalnız optik elektron özütuşlanan başlıq ilə təchiz edilmiş "Green Dragon" döyüş sursatları həm ME seçimindən daha kiçikdir, həm də tək dəniz konfiqurasiyasında mövcuddur

2000-ci illərin sonlarında IAI diqqəti taktiki sahəyə, həmçinin daha kiçik hərəkət radiusuna və kiçik ölçüyə malik olan gəzən sursatlara yönəltdi.

"Green Dragon" ME (Yaşıl Əjdaha, M - orta ölçülü, E - elektrik), 1-4 GHz radiotezlikli özütuşlanan optik elektron başlıq və rabitə kanalı sayəsində SEAD vəzifələrini yerinə yetirməyə qadirdir. Aparat tərsinə çevrilən V şəkilli quyruğu ilə ənənəvi dizayna malikdir; füzelyajın quyruğunun aşağı hissəsində kəşfiyyat müşahidə stansiyası quraşdırılır. Maksimum uçuş kütləsi təxminən 40 kq olan döyüş texnikasının 7-8 kq-lıq hissəsi onun döyüş yükünə ayrılır. "Green Dragon" ME-nin fəaliyyət radiusu təqribən 50 km, havada qalma müddəti isə 90 dəqiqədir. PUA, yalnız optik elektron özütuşlanan başlığa malikdir. Atəş konteyneri olmayan aparatın kütləsi 15 kq, uzunluğu 1,6 metrdir, yerləşdirildikdə qanad açılımı 1,7 metrdir; o, 200 km/saat maksimum sürət, 120 km/saat kreyser sürəti, 75 dəqiqə uçuş müddəti və 40 km uçuş məsafəsi əldə edə bilir.

Aparat 2,5 kq ağırlığında universal döyüş başlığı ilə təchiz edilir, bu da canlı qüvvə və zirehli texnikaya qarşı təsirli olur. Ailənin bütün aparatları 2 metr uzunluğunda, 0,3 metr diametrdə və 25 kq kütləyə malik konteynerdə yerləşdirilir. PUA konteyneri impulslu mühərriki sayəsində tərk edir, sonra elektrik mühərriki işə düşür və o, müstəqil olaraq hədəf bölgəsinə uçur. Bir operatorun mövcudluğu tapşırığın icrasını dayandırmaq və ya yenidən hücum etməyə başlamaq üçün imkan verir; hücum üsulları isə kiçikdən şaquli bucaqlara qədər dəyişir. "Yaşıl Əjdaha"nın hər iki versiyası tam hazırdır, hətta müqaviləri də imzalanıb.

"Rotem 1200" modeli, "Israel Aerospace Industries" tərəfindən taktiki istifadə üçün hazırlanan fırlanan qanadlı gəzən döyüş sursatları ailəsinin ilk nümayəndəsidir

Daşınan HERO-30 sursatı "UVision" inkişafıdır. Bu İsrail şirkəti tamamilə bu tip silah sistemlərini inkişaf etdirməyə yönəlib

Məhsullarının çəkisini daha da azaltmaq üçün IAI "Rotem 1200" modelini hazırladı, burada 1200 rəqəmi iki ədəd M-67 əl qumbarasının döyüş yükünün qram ilə kütləsini göstərir. Kvadrokopterin kütləsi 5,8 kq-dır, optik elektron yüklər üçoxlu girostabil asqı üzərində, füzelyajın ön hissəsinə quraşdırılır. Bütün kompleks iki hissədən - PUA və rabitə mərkəzi quraşdırılan planşet tipli yerüstü idarəetmə stansiyasından ibarətdir. Bütün dəstin kütləsi 16,7 kq-dır. "Rotem 1200"də döyüş avadanlıqları olan konteynerin əvəzinə, sifarişə bağlı olaraq müşahidə kəşfiyyatı mikrostansiyasına malik digər bir konteyner, radiokəşfiyyat avadanlığı və ya atəş aşkarlama sensorları da quraşdırıla bilər. Uçuş məsafəsi 10 km, uçuş hündürlüyü 300 metr, uçuş müddəti döyüş yükü ilə 30 dəqiqə, müşahidə kəşfiyyat avadanlıqı ilə 45 dəqiqədir.

Hücum dəqiqliyi bir metrdən azdır. "Rotem 500" kimi tanınan daha kiçik sistem bir əl qumbarası daşıya bilər. Hər iki "Rotem" variantı, IAI-nin gəzən döyüş sursatları arasındakı yeganə geri dönən cihazlardır. "Rotem 1200" artıq istismar edilir, "Rotem 500" isə satışa hazırdır. Bu cihazların "sürü imkanları" barədə soruşduqda, IAI nümayəndəsi bu barədə açıqlama verməyəcəyini söyləyib.

HERO-30 sursatının trayektoriyasının son hissəsində fəaliyyəti; hücum metodu hədəf növünə görə seçilir

İsrailin "UVision" şirkəti, bəlkə də yalnız döyüş sursatı ilə məşğul olan yeganə şirkətdir. Şirkət taktiki, operativ və strateji modellərə aid HERO sistemləri ailəsini inkişaf etdirir. Onun kataloqunda 7 sistem mövcuddur, onların bəziləri hələ də seriya istehsalındadır. "Bu anda üç məhsulun - HERO-30, HERO-120 və HERO-400-ün satışlarının üzərində dayanırıq" deyən şirkət nümayəndəsi, HERO-900 variantının bu günə qədər yalnız kağız üzərində olduğunu vurğulayıb. Bu seçim, "UVision"a xas olan kəsişən qanad konfiqurasiyasına malik olmayan yeganə nümunədir.

Şirkət artan qalxma qüvvəsinin uçuş zamanı optimal uçuş müddətini əldə etməyə imkan verəcəyinə, sabit və hərəkətli hədəfləri yüksək dəqiqliklə vurmaq üçün yaxşı manevr təmin edəcəyinə inanır. Buraxılma konteynerindən ayrıldıqdan sonra, HERO hava pərləri ilə birlikdə iki cüt çarpaz qanadlarını da açır.

Pərlər və elektrik mühərriki cihazın arxa hissəsində, gündüz və termal kameralı sensor stansiyası isə üçoxlu girrosabit asqıya quraşdırılaraq aparatın ön hissəsində yerləşir. Bundan əlavə döyüş başlığı məsafə, zərbə və ləngimə kimi 3 rejimə malik lazer qoruyucu ilə təchiz edilir.

"UVision", cihazın ölçüsü ilə müqayisədə döyüş yükünü maksimum dərəcədə artırmaq üçün HERO sistemlərini optimallaşdırır. Şirkət HERO-nu öz dizaynında standart universal döyüş başlığı ilə təklif edir. Lakin təmsilçisinin sözlərinə görə, onlar üçüncü tərəf istehsalçılarının döyüş yükünü də PUA-ya yerləşdirməyə hazırdır: "Artıq ortaq bir inkişaf proqramına başladıq, müştəri isə başqa bir şirkət seçib".

HERO sistemləri tapşırığın tələblərindən asılı olaraq avtonom, yarı-avtonom və mexaniki rejimlərində işləməyi bacarsa da, bəlli olur ki, operator seçiminə, xüsusilə də Qərb ölkələrində, üstünlük verilir.

HERO-120-nin çarpaz formalı konfiqurasiyası, ən çox "UVision" gəzən döyüş sursatlarına xasdır

HERO-400EC sursatının əsas döyüş tankına hücumu. Sistem tankın daha az qorunan yuxarı hissəsini hədəf alaraq dik trayektoriya boyunca hücum edə bilir

HERO-30 ön xətt bölmələri üçün yüngül və qısa mənzilli bir seçimdir. Rabitə kanalı onun bazadan 5 və ya 10 km aralanmasına imkan verir, uçuş müddəti 30 dəqiqədir, sürət isə 90 ilə 180 km/saat arasındadır. Hədəf bölgəsi üzərindəki gəzmə müddəti 20 dəqiqədir. PUA aşağı istilik görüntülənməsinə malik və aşağı səs-küylü pnevmatik sistem vasitəsilə uzunluğu 0,95 metr olan buraxılış borusundan buraxılır.

Dəstin kütləsi 7,5 kq , aparat 3,5 kq, uzunluğu 780 mm və qanad açılımı 800 mm-dir, uçuş yüksəkliyi isə 180 ilə 450 metr arasında dəyişir. Hücum dik trayektoriya boyunca aparılır, 500 qram ağırlığında döyüş başlığının gücünə kinetik enerji də əlavə olunur.

"HERO-30 istismara tam hazır vəziyyətdədir. Biz bəzi NATO ölkələri ilə müqavilələr bağlamışıq və bu sistemin ilk istifadəçiləri xüsusi qüvvələr olacaq", - deyə şirkət nümayəndəsi bildirir.

PUA inkişafında təcrübəsindən istifadə edən "Elbit Systems" şirkəti "SkyStryker" aparatlarını inkişaf etdirdi; fotoda cihaz öz katapultuna quraşdırılıb

Ənənəvi təyyarə dizaynına uyğun istehsal olunan "Elbit Systems" şirkətinin "SkyStriker" döyüş sursatı, iki standart ölçüdə - daha böyük və daha kiçik döyüş yükü daşıya bilər, bu isə təbii ki, PUA-nın uçuş müddətinə təsirsiz ötüşmür

NATO ölkəsi tərəfindən sifariş edilən başqa bir məhsul isə ilk dəfə 2019-cu ildə Paris aviasərgisində nümayiş olundu. Daha böyük HERO-120 sisteminin uzunluğu 1340 mm, qanad açılımı 1410 mm, kütləsi 12 kq, döyüş başlığı 4,5 kq, uçuş məsafəsi 40 km-ə qədər, uçuş müddəti isə 60 dəqiqədir. HERO-120 gəzən sursatı relsli istiqamətləndiricidən və ya birdəfəlik konteynerdən buraxılır. Konteynerdən buraxılış yüksək təzyiqli pnevmatik sistemdən istifadə etməklə həyata keçirilir, tapşırıq dayandırıldığı təqdirdə cihaz paraşütlə geri qaytarılır.

HERO-400EC modeli də eyni şəkildə işə salınır (EC versiyası benzin mühərrikinə və düz qanadlara malik HERO-400 aparatından fərqli olaraq, elektrik mühərriki və çarpaz qanadlar ilə təmin edilir). Bu qurğunun uzunluğu 2100 mm, qanad açılımı 2400 mm, kütləsi 40 kq, uçuş müddəti isə 2 saatdır. PUA-nın fəaliyyət radiusu isə quraşdırılan məlumat kanalından asılı olaraq 40 və ya 150 km təşkil edə bilər. 10 kq döyüş yükü daşıyan HERO-400EC hədəf üzərində 70 dəqiqədən çox uça bilər.

"Bu gün iki müştərimiz var, biri NATO-dan, ikincisi isə əsas müttəfiqlərimizdən olan qlobal bir gücdür. Hər ikisi də əməliyyat qiymətləndirməsi üçün məhdud sayda sistem sifariş edib", - deyə şirkətin nümayəndəsi bildirib.

Parisdəki aviasərgidə "UVision" minik avtomobil üzərində altı ədəd HERO-30 və HERO-120 aparatlarını buraxa bilən konteyner qurğularını nümayiş etdirdi; HERO-400 modeli isə daha böyük maşınlara - JLTV sinifli zirehli vasitələrə quraşdırılır. HERO-400 modeli üçün başqa bir həll variantı da mövcuddur - iki ədəd HERO-400ES döyüş sursatı yerləşən MLRS YARS-ın standart atıcı konteynerindən də buraxıla bilər.

PUA-nın özünə əlavə olaraq, UVision operatorun idarəetmə blokunu və rabitə avadanlığı dəstini də hazırlayıb. Kompleksin maşın üzərində quraşdırılmasını tələb edən müştəri, idarəetmə sisteminin atıcı qurğunun yanında qalması və ya daşına bilən olması barədə qərar verməkdə sərbəstdir. Təlim sistemləri və inteqrasiya olunan stimulyasiya proqramı da müştərilər üçün əlçatandır.

"UVision" uçuş müddətini artıracaq batareya texnologiyasında hər hansı bir irəliləyişə maraqla yanaşır.

"Bizim HERO sistemlərimiz modul tiplidir, yəni enerjinin saxlanılması məsələsində hər hansı bir yaxşılaşdırma asanlıqla bunlara inteqrasiya edilə bilər", - deyə şirkət nümayəndəsi bildirir.

Mühəndislər bəzi müştərilərin tələblərinə cavab vermək üçün digər növ sensorların istifadəsini də nəzərdən keçirirlər, lakin bu günə qədər bunlar gizli saxlanılır.

Mini PUA sahəsində böyük təcrübəyə sahib olan İsrailin "Elbit Systems" şirkəti struktur olaraq uzadılan qanadlara və ənənəvi quruluşa malik "SkyStriker" döyüş sursatını hazırlayaraq Parisdəki aviaşouda təqdim etdi. Maksimum uçuş kütləsi 40 kq olan PUA 40 km məsafədə 5 və ya 10 kq döyüş yükü götürə bilər, bu zaman uçuş müddəti müvafiq olaraq iki və ya bir saat olur. Kumulyativ-qəlpəli döyüş başlığının partlayıcısı ləngimə rejimində çalışır.

Aerodinamik xüsusiyyətlər "Skylark" PUA-larının xüsusiyyətlərindən tamamilə fərqlidir, çünki "SkyStriker"ə aşağı sürətlə uçmaq və hücum zamanı maksimum sürətlə şığımaq lazımdır. Bununla birlikdə, "Elbit Systems" bəzi komponentləri, məsələn, məlumat ötürmə kanalını və katapultu "Skylark"dan götürüb. Uçuş zamanı döyüş başlığı döyüş vəziyyətində olmur, onu bu vəziyyətə operator PUA hücuma hazır olduqdan sonra keçirir.

Tam döyüş vəziyyəti, PUA-nın hücuma keçərkən müəyyən bir sürət və yüksəklik əldə etməsindən sonra mümkün olur. Bu funksiya həm tapşırıq ləğv olunduqda PUA-nı geri qaytarmağa, həm vizual göstəriciyə axtarış qrupuna döyüş sursatının hansı vəziyyətdə olduğunu nümayiş etdirməyə, həm də bu şəraitə uyğun davranmağa imkan verir.

Türkiyənin STM şirkəti də iki qatil dron hazırlayıb: təyyarə tipli "Alpagu" və helikopter tipli "Kargu". "Alpagu" modeli pnevmatik qurğu sayəsində kvadrat konteynerdən buraxılır. Əsas qanadlar və quyruq pərləri buraxılışdan sonra açılır, elektrik mühərriki isə quyruq hissəsində quraşdırılan itələyici mexanizmi hərəkətə gətirir.

Təyyarə tipli "Alpagu" gəzən sursatı; Türkiyənin STM şirkəti 2019-cu ilin sonunda hazır bir sistem təqdim etmək niyyətindədir

STM-dən "Alpagu" və onun atıcı konteyneri. Bütün sistemin kütləsi 3 kq-dan azdır və buraxılışa hazırlığı bir dəqiqədən az zaman tələb edir

Operator PUA-nı video kanal vasitəsilə idarə edir. "Alpagu" özü görüntü emalı alqoritmləri sayəsində avtomobillər və insanlar kimi hərəkətsiz və hərəkət edən hədəfləri aşkar və təsnif edə bilir. Burada STM süni zəka sahəsindəki zəngin təcrübəsini tətbiq edib. Aparat gecə-gündüz optik kameralarla təchiz edilir. Qanad açılımı 1250 mm və füzelyaj uzunluğu 700 mm olan "Alpagu" 1,9 kq ağırlığında və MKEK tərəfindən istehsal olunan əl qumbarası şəklində 500-600 qram döyüş yükü daşıya bilir, eyni zamanda onu digər istehsalçıların döyüş sursatları ilə təchiz etmək də mümkündür. 45 saniyədən az bir müddətdə buraxılmağa hazır olan sistemin ümumi kütləsi 2,9 kq, kreyser sürəti 90 km/saat, maksimal sürət isə 120 km/saatdır.

Aparatın fəaliyyət radiusu 5 km, uçuş müddəti 10 dəqiqə, uçuşun maksimal hündürlüyü 400 metr, optimal uçuş hündürlüyü isə 150 metrdir.

Bir hədəfə hücum edərkən "Alpagu" maksimum sürətlə aşağı şığıyır və bununla da hədəfə təsir göstərdiyi partlayıcı enerjiyə kinetik enerji də əlavə olunur. STM-ə görə, orijinal prototiplə müqayisədə kütləsi əhəmiyyətli dərəcədə azaldılan "Alpagu" döyüş sursatı hələ də sınaqdan keçirilir və 2019-cu ilin sonunda tam hazır olacaq. STM "Alpagu" bazasında gəzən sursatların artan kütlə, daha çox daşınan faydalı yük, habelə maksimum əməliyyat rahatlığını təmin etmək üçün universal döyüş başlığını inkişaf etdirmək niyyətindədir.

Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil olan ilk gəzən döyüş sursatı "Kargu" oldu. Türkiyənin STM şirkəti tərəfindən hazırlanan, TSQ və xüsusi polis bölmələrində yerləşdirilən yüngül kvadrokopter tipli "Kargu" gəzən döyüş sursatları

"Kargu" helikopter tipli döyüş sursatları Türkiyə ordusu və xüsusi polis bölmələri tərəfindən istifadə olunur. Kvadrokopterin uçuş kütləsi 7,06 kq-dır, elektrik mühərrikləri litium-polimer batareyalarla təchiz edilir, havada 25 dəqiqə qala bilir. Maksimum uçuş yüksəkliyi 2800 metr, optimal yüksəkliyi isə dəniz səviyyəsindən 500 metr yüksəkdir, fəaliyət radiusu 5 km, maksimal sürəti 72 km/saatdır, lakin hücum zamanı şığıma sürəti 120 km/saata çatır. "Kargu Bloku II" adlanan digər variantda isə onun faydalı yükü və uçuş müddəti qorunub, lakin kütlə 5 kq-ya endirilib. PUA-nın ən fərqli xüsusiyyəti odur ki, 20-dən çox aparatla birgə "sürüdə" fəaliyyət göstərə bilir və uçuş proqramına uyğun olaraq hədəfə müstəqil hücum edə bilir.

STM hesab edir ki, bu əsl "sürü" əməliyyatları yolundakı ilk addımdır, ikincisi isə operatorun yükünü azaltmaq üçün PUA-ya süni zəkanın inteqrasiyası olacaq, üçüncü və son addım isə GPS siqnalı və rabitə kanalı olmadan aparatın idarə olunmasından ibarət olacaq.

STM şirkəti "Kargu" üçün kütləsi 1,3 kq olan piyada əleyhinə/qəlpəli döyüş başlıqlı hədəf yükü də hazırlayıb, eyni kütlədə olan termobarik döyüş başlığına malik zirehdələn sursat isə təsnifatlandırmanın son mərhələsindədir.

MBDA şirkəti isə Böyük Britaniya Ordusunun ehtiyaclarına əsaslanaraq "Fire Shadow" (Atəş Kölgəsi) layihəsini inkişaf etdirməyə başladı, lakin Müdafiə Nazirliyi sonradan proqramı bağladı

Avropa ümumiyyətlə, gəzən sursat sahəsində o qədər də aktiv deyil. MBDA bir neçə proqramıa start verib, bunlardan ən qabaqcılı "Fire Shadow" layihəsidir. PUA-nın inkişafı 2007-ci ildə başlayıb, ilk sınaqlar 2010-cu ildə keçirlib. Uçuş məsafəsi 100 km, uçuş müddəti 6 saat idi. Layihə Böyük Britaniya Ordusu üçün nəzərdə tutulurdu və 2018-ci ilin ortalarında bağlanan "Indirect Fire Precision Attack" (Birbaşa tuşlama olmadan yeksək dəqiqlikli atəş) proqramının bir hissəsi idi.

"Warmat" PUA-sını asanlıqla tək operator buraxa bilər. Daha böyük "Warmate 2" isə maşından buraxılır

Mərkəzi Avropada isə işlər daha yaxşıdır. Polşanın "WB Group" şirkəti 5.1 kq kütlədə "Warmate" sursatı hazırlayıb. Yüksək qanadlı və V-formalı quyruğu olan ənənəvi aparat elektrik mühərriki vasitəsilə hərəkət edən itələyici pərvanə ilə təchiz edilir.

Aparatın batareyası havada 50 dəqiqə qalmağı təmin edir. Onun qanad açılımı 1590 mm, uzunluğu 1170 mm-dir. Aparat pnevmatik katapultdan buraxılır və 100-500 metr yüksəklikdə uçur, uçuşun maksimal hündürlüyü 3000 metrdir, sürəti isə 50 ilə 150 km/saat arasında dəyişir. Şifrəli ikitərəfli rabitə kanalının əhatə dairəsi 12 km-dir. PUA bir neçə rejimdə işləyə bilər, məsələn, hədəfi təyin etdikdən sonra, "Warmate" avtomatik hücum rejiminə keçir, 1,4 kq döyüş yükü daşıyan başlıq hədəfə yönəldilir və 1,5 metr ehtimal olunan dairəvi yayınma ilə hədəfə çırpılır.

PUA-da 3 növ döyüş başlığı tətbiq edilə bilər:

120 mm zirehə nüfuz edə bilən GO-1-HEAT tank əleyhinə sursatı;
termobarik GO-1-FAE sursatı;
10 metr məhvetmə radiuslu GO-1-HE qəlpəli fuqas sursatı.

"Warmate" variantı xüsusi təyinatlı qüvvələr üçün hazırlanıb və buna görə bir nəfər tərəfindən daşına bilir, uçuş kütləsi 30 kq olan daha böyük "Warmate 2" sistemi isə katapultdan buraxılır. Onun uçuş müddəti 120 dəqiqə, məsafəsi isə 20 km-dir.

Cihaz müxtəlif döyüş başlıqları ilə təchiz edilə bilər: termobarik və qəlpəli-fuqas başlıqlar 40 metr məhvetmə radiusuna malikdir, kumulyativ isə 400 mm zirehə nüfuz edə bilər, onların hamısı üçün dairəvi yayınma 2 metrə qədərdir.

"Warmate 2" PUA-sı BƏƏ-nin "Tawazun" şirkəti ilə birlikdə hazırlanıb. Bu aparat maşın üzərində yerüstü idarəetmə stansiyası ilə birlikdə quraşdırılır. Polşa 1000 ədəd "Warmate" gəzən döyüş sursatı əldə edib, onların ilk partiyası 2017-ci ilin noyabrında xüsusi təyinatlılara təhvil verilməyə başlayıb.

"DB Group" kompaniyası müşahidə və identifikasiya üçün istifadə olunan və əl ilə buraxılan "Flyeye" mini PUA-sının inteqrasiya edildiyi "Swarm" sistemini, həmçinin "Warmate" sursatlarını inkişaf etdirir. "Flyeye" dronlarının ilk partiyası Polşa polisinə 2018-ci ilin dekabrında təslim edilib.

Yazı Nikolay Antonovun məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Gəzən-Sursatlar   Dron   PUA   İsrail  

Gəzən sursatlar: axtarış, ələkeçirmə və məhvetmə

2019/11/15742-20475152139.jpg
Oxunub: 1193     11:21     29 Noyabr 2019    