Rusiyalı ekspert: “Dağlıq Qarabağ münaqişəsinin tərəfləri müharibəyə hazırlaşır”

2019/01/5ded5-1546519374.jpg
Oxunub: 1758     16:03     28 Noyabr 2019    
“Dağlıq Qarabağ münaqişəsininin həll olunmaması məqamından asılı olmayaraq, xalqlar arasında belə görüşlər, ziyarətlər, müzakirələr, fəaliyyətlər təşkil edilə bilər. Bu kimi razılaşma nəticəsində bir neçə ay əvvəl girov mübadiləsi aparıldı, bu müsbət hal idi”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus analitiki Aleksandr Xramçixin jurnalistlərin səfərlərinə toxunarkən deyib.

Onun sözlərinə görə, bu xətt üzrə fəaliyyət müəyyən mübadiləni təmin etməyə imkan verir ki, bu da bəzi insanların həyatında müsbət dəyişiklik yaradır.

“İnsanların həyatındakı kiçik məsələlərdə vəziyyəti dəyişdirmək üçün bir fürsət varsa, bu baş verə bilər”, - deyə analitik bildirib.

Xramçixinin fikrincə, bunun bölgədəki daha böyük sülhə nə dərəcədə töhfə verdiyi başqa bir məsələdir.

“Bu baxımdan bir şey dəyişəcəyini düşünmürəm, çünki əminəm ki, tərəflər bu münaqişəni danışıqlar yolu ilə həll etməyəcəklər. Keçmişdə xalq diplomatiyasının niyə dayandırıldığını bilmirəm, amma vətəndaş cəmiyyətinin fəal nümayəndələri vasitəsi ilə təmas və səfər təcrübəsi olub, amma bu konkret nəticə gətirib çıxarmadı.

Güzəştə getməyin istənilməməsi, tərəflərin danışıqlar aparmaqla yanaşı müharibəyə hazırlaşmaları, ən yeni hərbi texnikalar almağa davam etmələri və daha zəif, lakin hərbi ritorikanın davam etməsi bunun əyani sübutudur. Bundan əlavə, bu razılaşmalardan başqa danışıqlarda irəliləyiş yoxdur. Alternativ isə, gec-tez proqnozlaşdırdığım hərbi ssenaridir. Danışıqlar bu mərhələni sadəcə uzadır”, - deyə Xramçıxin bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Xramçixin   Müharibə  

Rusiyalı ekspert: “Dağlıq Qarabağ münaqişəsinin tərəfləri müharibəyə hazırlaşır”

2019/01/5ded5-1546519374.jpg
Oxunub: 1759     16:03     28 Noyabr 2019    