Ordumuzun zirehli atəş gücünün əsasını təşkil edən T- 90 tankları - HƏRBİ EKSPERT (ARAŞDIRMA) - II YAZI

2019/12/T-90--1575890607.jpg
Oxunub: 2778     15:54     09 Dekabr 2019    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Tankın mühafizəsi

T-90 güclü zirehə malikdir. Zirehindən əlavə tankın mühafizəsinə əsasən “Ştora-1” infraqırmızı və lazer şüalarını basdıran elektro-optik sistem və “Kontakt-5” reaktiv zireh sistemi daxildir. Əgər düşmən tankın yerini lazer şüalanması ilə aşkar etsə, bu zaman erkən xəbərdarlıq sistemi işə düşür və ekipaja bununla bağlı səsli siqnal verir. Eyni zamanda avtomatik olaraq mühafizə sistemi işə düşür, tankın ətrafında tüstü buludu yaratmaq üçün aerozol qumbaraları atılır.

T-90-da quraşdırılan mühafizə vasitələri onu ən çox tank əleyhinə silahlardan qoruyur və nəqliyyat vasitəsinin döyüş bölgəsində yüksək davamlılığını təmin edir.

Bu vasitələrə aşağıdakılar daxildir:

- birləşdirilən zirehli və quraşdırılan dinamik mühafizə;
- çıxarıla bilən yan ekranlar;
- “Ştora-1” optik elektron bastırma kompleksi;
- tankın minaya düşdüyü zaman ekipajın xəsarət riskini azaldan xüsusi dizayn tədbirləri;
- tankda meydana gələn yanğın mənbələrini tez bir zamanda söndürmək üçün tankın bütün - bölmələrində sensorları olan avtomatik yanğınsöndürmə vasitələri;
- tankın aşkarlanma ehtimalını azaldan boya ilə rənglənməsi, digər dizayn və texnoloji tədbirlər kompleksi;
- germetik korpus;
- bakterioloji və radioaktiv maddələrin tanka daxil olmasının qarşısını alan havalandırma filtiri;
- ekipaja nüvə radiasiyasının təsirini azaldan anti-radioaktiv material.

T-90 tankının qülləsini zirehlənməsi yarı-aktiv tiplidir. Qüllənin ön hissəsində silahın uzunlamasına oxuna nisbətdə 55 dərəcə bucaq altına yerləşən iki boşluq var, bunlara “yarı-aktiv” tipli xüsusi zirehləmə paketləri yerləşdirilir. Əksetdirmə təbəqəsi ilə zirehin quruluşu 3 qatdan ibarət olan bir maneədir: plitə, yastıq və nazik lövhə. Əksetdirmə təbəqəsindən istifadə effekti, eyni kütlənin monolit zirehləri ilə müqayisədə 40% daha yüksəkdir. Sonralar isə modernləşdirilən T-90-da, tökmə qüllə yerinə təkmilləşdirilən qaynaqlı qüllələr quraşdırılmağa başlandı. Zirehlənən həcm isə 100 litr artdı.

Quraşdırılan dinamik mühafizə

EDZ 4S22 elementlərinə malik “Kontakt-5” dinamik mühafizə tankın mərmi müqavimətinin əhəmiyyətli dərəcədə artırılmasını təmin edir. Quraşdırılan dinamik mühafizə gövdə və qüllənin, yanların və damın ön hissələrinin xarici səthinin 50% -dən çoxunu əhatə edir. Dinamik mühafizə əsas zireh ilə əlaqəyə girməzdən əvvəl sursat nüvəsini dağıtmağa və ya məhv etməyə imkan verən güclü yan impuls yaratması səbəbindən kümülativ döyüş sursatının zireh nüfuzetməsinin 50-60%, zirehdələn kalibraltı döyüş sursatlarının nüfuzetməsinin isə 20% azalmasını təmin edir.

Quraşdırılan dinamik mühafizənin qüllədə 8, üst ön tərəfdə 12 və yan ekranlarda 6 seksiyası mövcuddur.

Onlar yüksək döyüş və əməliyyat xüsusiyyətlərinə malikdir. Onların:

- 12.7 mm çaplı silahların və 30 mm-ə qədər kiçik çaplı top mərmilərindən təhlükəsizliyi;
- detonasiyanı bir seksiyadan digərinə ötürülməsinə imkan vermir;
- “napalm” və digər yanan mayelərin təsirinə məruz qaldıqda partlamaya səbəb olmur;
- -50 ilə +50° C arasındakı temperatur aralığında istifadəyə yararlıdır;
- zəmanətli xidmət müddəti - ən azı 10 ildir;
- ekipaj tərəfindən quraşdırıla və təmir edilə bilir;
- elektrik qaz qaynağı istifadə edildikdə belə tankın istismarı və təmiri təhlükəsiz təmin edilir;
- ekipaj tərəfindən tanka dinamik mühafizə elementlərinin tam quraşdırılmasına 3.5 saat tələb olunur.

T-90A modellərində isə 4C23 dinamik mühafizə elementlərinə malik 3-cü nəsil “Relikt” kompleksindən istifadə edilir. Onların tandem TƏİRK, zirehdələn kalibraltı və nüvə əsaslı sursatlara qarşı daha səmərəli olduğu iddia edilir.

T-90 zirehinin qiymətləndirilməsi

Kinetik mərmilərə qarşı:
qüllə - 800-830 mm;
korpus (yuxarı ön hissəsi) - 830 mm.
Kumulyativ sursatlara qarşı:
qüllə - 1150-1350 mm;
korpus (yuxarı ön hissəsi) - 1350 mm.

TŞU-1 “Ştora-1”

TŞU-1 “Ştora-1” optik elektron basdırma kompleksi tankı TƏİRK-lə məhv edilməsindən qorumaq, lazer qurğuları və sursat tuşlama sistemləri ilə tank əleyhinə silahlara müdaxilə etmək üçün hazırlanıb. Kompleks optik elektron basdırma stansiyasından, “pərdə” yaradan sistemdən və kompleksin idarəetmə sistemindən ibarətdir.

Optik elektron basdırma stansiyası tankın TOW, HOT, “Milan”, “Dragon” kimi yarı avtomatik tuşlama sisteminə malik TƏİR-lərdən qorunmasını təmin edir. TƏİR izləyicisinin və optik elektron basdırma stansiyasının işıqlandırıcısının eyni anda müşahidə zonasında olduqda, koordinator raketə nişanalma xəttinin əsl yayınmasına uyğun olmayan idarəetmə siqnalı göndərir, bu isə onun hədəfdən yayınmasına səbəb olur.

Optik elektron basdırma stansiyası iki ədəd OTŞU-1-7 işıqlandırıcısından, iki ədəd modulyatordan və idarəetmə panelindən ibarətdir.

“Pərdə” yaradan sistem isə hədəfdən əks olunan lazer şüasına əsalanan, lazer hədəf göstəricilərində və atıcı qurğularında istifadə olunan yarı aktiv lazer tuşlama başlığına malik TƏİR-lərə (məsələn, “Maverick”, “Helfire” və s.) müdaxilə etmək, həmçinin tankın maskalanması üçün aerozol “pərdəsi” yaratmaq üçün təyin edilib.

Bu sistem:

- tankın lazer vasitələrlə şüalanmasının istiqamətini səs siqnalı ilə təmin edir;
- tankı düşməndən gizlətmək üçün şüalanma istiqamətində avtomatik aerozol “pərdəsi” yaradan qumbara atmaqla lazer şüalanmasını zəiflədir və tuşlama başlığının işini çətinləşdirir;
- fövqəladə hallarda əl rejimində qumbara atmağa imkan verir;
- daxili sistemə nəzarət edir.

Tüstü sisteminin tərkibinə aşağıdakılar daxildir:

- istiqaməti dəqiq müəyyənləşdirmək üçün iki və istiqaməti kobud müəyyənləşdirmək üçün iki başlıqdan ibarət olan lazer şüalanma indikatoru;
- idarəetmə blokundan və idarəetmə panelindən ibarət idarəetmə sistemi;
- nəzarət paneli və 12 aerozol qumbaraatan qurğudan ibarət tüstü sistemi.

“Pərdə” yaradan sistemin iş rejimi avtomatik və yarıavtomatikdir. Tüstü “pərdəsi”nin qoyulması barədə son qərarı komandir verir. 3D17 qumbara ilə aerosol “pərdəsi”nin qoyulma məsafəsi 50-80 m, bir qumbaranın atılandan 3 saniyə sonra yaratdığı tüstü “pərdəsi”nin hündürlüyü 15 m, eni isə 10 m-dir. Kütləsi təxminən 400 kq olan TŞU-1 “Ştora-1” özünün idarəetmə və nəzarət sistemlərinə malikdir.

T-90 tankını optik elektron basdırma kompleksi ilə təchiz edilməsi, ona düşmən tankları ilə qarşılaşmada üstünlük verir, həmçinin rəqibin müasir tank əleyhinə silahlardan istifadəsinin səmərəliliyini xeyli azaldır.

Yanğınsöndürmə vasitələri

T-90 tankının yanğınsöndürmə texnikası avtomatik 2 mərhələli bir sistemdir. Yanğınların söndürülməsi üçün tankda “xladon 114B2” və “xladon 13B1” söndürmə qarışığı olan 4 balon mövcuddur. 10 optik və 5 temperatur sensoru yanğın mənbəyinin yarandığı andan 150 millisaniyə sonra 90% söndürmə vasitəsinin buraxılmasını təmin edir. Sistemin prinsipi haloid karbonların yanğın söndürmə effektinə əsaslanır, yəni alov zonasında karbohidrogenlərin oksidləşməsinə mənfi təsir göstərən katalizator daxil etməklə əks effekt əldə edilir.

Sistem avtomatik və ya maşının daxilindəki ekipajin idarəetmə panellərindəki düymələr vasitəsilə aktivləşdirilə bilər. Bundan əlavə, maşın iki karbon qazı ilə doldurulan əl yanğınsöndürmə balonu ilə təchiz edilir.

Minaya qarşı müqavimət

Xüsusi dizayn tədbirləri tankın minada partladığı zaman ekipajın yaralanma riskini azaldır. Bu cür tədbirlərə maşının alt hissəsinin sərtliyinin artırılması, idarəetmə bölməsinə dayaqların (pillers) qoyulması, sürücünün oturacağının korpusun damına bərkidilməsi daxildir.

Mina sahələrini keçmək və onlarda keçid açmaq üçün tanklara KMT-6M2, KMT-8 və ya KMT-7 mina tralları asıla bilər. Trallar elektromaqnit mühafizə sistemi ilə birlikdə quraşdırılaraq radio və maqnitometrik minaların zərərsizləşdirilməsinə (vaxtından əvvəl partladılmasına) səbəb ola bilər.

Kütləvi qırğın silahlarından mühafizə sistemi

ZET13-1 kollektiv mühafizə sistemi ekipajın və tankın daxili avadanlıqlarının düşmən tərəfindən kütləvi qırğın silahlarının istifadəsinin nəticələrindən qorunmasını təmin edir.

Buna daxili həcmdə germetikləşdirmə ilə bərabər FVU filtrasiya və havalandırma qurğusunun təmizlədiyi hava ilə artıq təzyiq yaratmaqla nail olunur.

Kütləvi qırğın silahlarından mühafizə sisteminin quruluşuna aşağıdakılar daxildir:

- sistem sensoru - QO-27 radiasiya və kimyəvi kəşfiyyat cihazı;
- cihazların idarəetmə vasitələri;
- icracı qurğular;
- FVU filtrasiya və havalandırma qurğusu.
- ZET13-1 sistemi avtomatik və ya əl ilə aktivləşdirilə bilər.

Hərəkətlilik

Mühərrik və onun fəaliyyətini təmin edən sistemlər

T-90 tanklarında 4 taktlı, 12 silindrli, V şəkilli, maye soyutmalı, birbaşa yanacaq püskürtməli, yüksək sürətli V-84MS dizel mühərrikindən istifadə edilir. Dizel yanacağı ilə işləyən mühərrik dəqiqədə 2000 dövr sayında maksimum 840 at gücü inkişaf etdirir. Dizel mühərrik bir sıra yeni dizayn həllərindən istifadə edilərək V-46 mühərriki əsasında hazırlanıb.

Eyni mühərrik T-72 tanklarının son modifikasiyalarında da istifadə edilib. İki xarici çəni ilə yanacaq sistemin tutumu 1600 litr, daxili yanacaq çənlərinin tutumu isə 705 litrdir. Erkən T-90-larda yanacaq sistemi T-72 tankları ilə eynidir.

T-90A-da yanğın təhlükəsini azaltmaq üçün bəzi tədbirlər görülüb: yanacaq çənləri fərqli quruluşda hazırlanır və qismən qorunur.

Hava təchizatı sistemində birləşdirilən iki mərhələli hava təmizləyicidən istifadə olunur. Birinci mərhələdə mühərrikə daxil olan hava əks cərəyandan istifadə edilərək təmizlənir. Təmizliyin ikinci mərhələsi yağla əlaqəli məftilli qablaşdırılması olan üç kasetdə (ikisi yağla hopdurulur) baş verir. Təmizləmə zamanı toplanan toz, boşalma üsulu ilə toz kollektorundan xarc edilir. Havanın təmizlənmə dərəcəsi 0.98-ə bərabərdir.

Mühərrikin yağlama sistemi kombinə edilib, məcburi və “quru karter” tiplidir.

Yağlama sisteminin həcmi 76 litrdir, yağ çənlərinin həcmi isə belədir:

- əsas çən 27 litr;
- əlavə çən 38 litr;
- ehtiyat xarici çən 35 litr.

Yağlama sistemində hər mövsümə uyğun M-16IXP3 markalı yağdan istifadə olunur.

Hər hansı bir iqlim şəraitində mühərrikin normal istilikdə fəaliyyəti, soyuducunun məcburi dövriyyəsinə malik qapalı maye soyutma sistemi təmin edir. Hava radiatorlardan keçən maye mərkəzdənqaçma prinsipli pər tərəfindən soyudulur. Soyutma sisteminin tutumu 90 litrdir.

Mühərrikin qış şəraitində işə salınmasını asanlaşdırmaq üçün, tankda mühərrikin soyutma və yağlama sistemlərindəki maye və yağın isidilməsini təmin edən sistem mövcuddur.

İstilik sistemində forsunka qızdırıcısı və soyuducu üçün məcburi dövriyyə nasosu da mövcuddur. Bu sistem sayəsində qızdırılan soyuducu sistemdən keçərək mühərrikin özünün istiləşməsini təmin edir və bununla da onun asanlıqla işə salınması üçün normal şərait yaradır. Qızdırıcının maksimum yanacaq sərfi saatda 7.5 litrdir.

Mühərrikin işə salınması 5 litr tutuma malik iki hava balonundakı sıxılmış hava ilə həyata keçirilir. Bundan əlavə, mühərrik SQ-18-1S start generatoru və ya hava və start generatorundan birgə istifadə etməklə işə salına bilər.

Mühərrikin işə salınması sisteminin hava balonlarının və bəzi digər sistemlərin (məsələn, müşahidə cihazları üçün hidropnevmatik təmizləmə sistemləri) fəaliyyətini təmin etmək üçün onların hava ilə doldurulması mühərrikin hava sistemi tərəfindən həyata keçirilir. Bu sistemə 3 pilləli, 2 silindrli və hava ilə soyudulan AK-150СВ3 kompressoru, nəm-yağ ayırıcı filtrdən, hava toplama kranı və yüksək təzyiq boru kəmərləri daxildir. Sistemin işçi təzyiqi 120 ... 160 kq/sm2-dir.

Tankda qəza hallarının qarşısını almaq üçün mühərriki bloklayan həyəcan sistemi də təqdim olunur. Bu sistem mühərrik yağının aşağı təzyiqində və aşağı temperaturda mühərrikin işə salınmasını bloklayır, soyuducu maye olmadıqda və ya yüksək temperaturda qızdırıcının isə düşməsinə maneə törədir.

Sistemə aşağıdakılar daxildir:

- BAS-6A qəza siqnal bloku;
- TS-6A siqnal lövhəsi;
- mühərrikin yağlama sistemindəki təzyiqi ölçmək üçün PD-1T-15 təzyiq qəbuledicisi;
- mühərrikin əsas yağ çənində yağ temperaturunu ölçmək üçün P-1 termometri;
- kritik soyuducu temperaturunun termometr qəbuledicisi;
- soyuducu mayenin səviyyə sensoru.

Bu sistem sürücü mexanikin işini asanlaşdırır. Mühərrik və digər tank sistemləri yalnız cihaz paneli vasitəsilə deyil, həm də qəza siqnal sisteminin siqnalları tərəfindən də izlənilir.

T-90 tanklarının son modellərində daha güclü V-92C2 turbo mühərrik quraşdırılır. Dizel yanacağı ilə çalışan mühərrik dəqiqədə 2000 dövr sayında maksimum 736 kVt (1000 at gücü) toplaya bilir. Yeni dizel mühərrik bir sıra yeni dizayn həllərindən istifadə edərək V-84 mühərriki əsasında hazırlanıb. Dizayndakı dəyişikliklər mühərriklərin qarşılıqlı dəyişdirilməsinə problem yaratmır.

Transmissiya

Tankın yüksək hərəkətliliyi dişli giriş reduktoru, iki eyni ox üzərindəki yan reduktorlar, iki yan sürətlər qutusuna malik mexaniki transmissiya ilə təmin edilir.

Giriş reduktoru mühərrikdən gələn fırlanma anının yan sürət qutularına ötürülməsini təmin edir. Bu pilləli və dişli reduktorun kompressora, start generatora və soyutma pərinə bağlantısı mövcuddur.

Planetar sürət qutular hidravlikdir, 7 irəli və bir geri pilləyə malikdir.

Maşının dönməsi üçün sürətlər qutusunun ən aşağı pilləsini daxil etmək lazımdır, bu vaxt maşın bloklanan və geri qalan tırtıl istiqamətdə dönməyə başlayır.

Mexanik sürət qutularının idarəetməsi hidravlikdir və yağlama sistemi ilə təmin edilir. Sistemin ümumi tutumu 57 litrdir, çənin tutumu isə 42 litrdir. Əyləc mexanikidir.

T-90 tanklarının ilk buraxılışlarında tamamilə T-72B-dən kopyalanan şassidən istifadə edilirdi. Son buraxılışlarda isə inkişaf etdirilən şassidən istifadə olunur. Arxa təkərləri aparıcı olan tırtıl mühərriki, T-64 və T-80 quraşdırılana bənzər paralel rezin-metal şarnirli və kiçik ölçülü tırtılları hərəkətə gətirir. Tırtıllar asfalt yolda hərəkət üçün başmaqlarla təmin edilir. Dayaq təkərlərinin dinamik hərəkəti 320 mm-dir. Asqı fərdi torsion tiplidir, 1, 2 və 6-cı qovşaqlarda yüksək enerji həcminə malik hidravlik yastıqlı amortizatorlara malikdir.

(Ardı var...)
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: T-90   Azərbaycan   Tank  

Ordumuzun zirehli atəş gücünün əsasını təşkil edən T- 90 tankları - HƏRBİ EKSPERT (ARAŞDIRMA) - II YAZI

2019/12/T-90--1575890607.jpg
Oxunub: 2779     15:54     09 Dekabr 2019    