Ordumuzun silahlanmasında mövcud olan tank əleyhinə D-44 topu - HƏRBİ EKSPERT (ARAŞDIRMA)

2019/12/13829-9462499728.jpg
Oxunub: 3212     11:37     09 Yanvar 2020    
85 mm-lik tank əleyhinə D-44 topu 1944-cü ilin ikinci yarısında baş konstrktor F.F. Petrovun rəhbərliyi altında “Uralmaş” dizayn bürosunda hazırlanıb. 1946-cı ildə silahlanmaya qəbul edilən toplardan 1954-cü ilə qədər 10918 ədəd istehsal edilib.

Bu top tankları, zirehli personal daşıyıcılarını, özüyeriyən artilleriya silahlarını, eləcə də düşmənin digər zirehli texnikalarını məhv edə bilir. Bundan əlavə ondan düşmənin zirehli qapaqlarına, uzunmüddətli atəş nöqtələrinə atəş açmaq, yüngül sığınacaqlarda və ondan kənarda yerləşən canlı qüvvəsini və atəş vasitələrini məhv etmək üçün istifadə edilə bilər. Silahların dizayn planı klassik sxemə malikdir: lülə və çaxmaq təkərli lafet üzərində yerləşdirilib.

85 mm D-44

Lülə - iki kameralı ağız əyləcinə və biləşdirici muftaya malik monoblok borudan ibarətdir. Top lafetinə aşağıdakılar daxildir:

- geri təpmə qurğusu;
- tarazlaşdırma mexanizmi;
- beşik;
- tuşlama mexanizmləri;
- üst dəzgah;
- alt dəzgah.

Alt dəzgahın özü ressorlar üzərində quraşdırılır, onun təkərləri, nişangah avadanlıqları, yataq qolları və qalxan örtüyü mövcuddur.

İri boşluğa malik aktiv lülə əyləci lülənin ağız hissəsinə bağlanılır. Onun formalaşmasında pəncərə tipli dəliklərdən istifadə olunur.

Yarımavtomatik çaxmaq qapağı atəş açarkən lülə kanalını bağlamaq üçün nəzərdə tutulur. İlk atəşi açmaq üçün çaxmaq əllə açılır, gələcəkdə isə hər atəşdən sonra çaxmaq avtomatik olaraq açılır. Beşik silindrikdir, tökmə tiplidir, mərmi qəfəsləri də mövcuddur, geri təpmə və yerinə qayıtma zamanı o, lüləni istiqamətləndirir.
Geri təpmə qurğusuna pnevmatik qaytarıcı və hidravlik təpmə əyləci daxildir. Üst dəzgah ilə birləşməni təmin edən və mərmi yuvaları olan xəzinə qəfəsi qaynaq yolu ilə beşiyə bərkidilir.

Çərçivə (üst dəzgah) topun yellənən (beşik) hissəsi üçün baza rolunu oynayır. Balans mexanizminə azot və ya hava vurulur. Balans mexanizmindəki azotun (havanın) normal təzyiqi yellənən hissənin səfər vəziyyətində 54-dən 64 kqf/sm2-ə qədər; ən yüksək qalxma bucağında 50 ilə 60 kqf/sm2 arasında dəyişir.

Hidravlik tıxac yaratmaq üçün balans mexanizminə 0.5 litr AU markalı hidravlik sənaye yağı tökülür. Havanın temperaturu -20 ° ilə + 20 ° C arasında dəyişdikdə balans mexanizminin təzyiqi kompensator tərəfindən tənzimlənir. Kompensator ilə balans mexanizmi birlikdə 0.6 litr AU markalı hidravlik sənaye yağı ilə doldurulur.

Yellənən beşikdən sol tərəfdə topun fırlanan və qaldırıcı tuşlama mexanizmləri, qalxan örtüyü və balans mexanizmi yerləşir. Açılan arxa və ön zireh plitələri olan çərçivəyə sərt şəkildə bərkidilən dəstəkləyici qalxanda isə silahın fırlanan hissəsi yer alır.

Qalxan ressorlu asqı sisteminə birləşdirilir. Döyüş xətti iki düz yarım oxdan ibarətdir. QAZ-AA tipli gücləndirilən təkərlərə QK markalı şinlər taxılır. Topun SD-44 özüyeriyən versiyasında aşağı gücə malik mühərrikdən istifadə edilib, açıla bilən yataq ayaqlarının sonluğunda fərqli başmaqlar yerləşdirilib və dəstəkləyici qalxan korpusa şarnir vasitəsilə birləşdirilib. SD-44 özüyeriyən topunun hərəkət xüsusiyyətlərindən başqa əsaslı fərq diqqəti cəlb etmir.

Normal geri təpmə uzunluğu:

- tam döyüş yükü ilə 580-dən 660 millimetrədək;
- azaldılmış yük ilə 515-dən 610 millimetrədək;
- geri təpmənin maksimal uzunluğu isə 675 millimetrdir ("Stop" yazısı ilə işarələnir).

Birbaşa və qapalı mövqelərdən atəş üçün D-44 tank əleyhinə topu S71-7 nişangahı, OP1-7, OP2-7, OP4-7, OP4M-7 optik nişangahı ilə təchiz olunur. Ayrıca, APN3-7 və ya APN-2 gecə görməli yerlərindən istifadə edilə bilər. Mexaniki C71-7 nişangahı topa daim quraşdırılmış vəziyyətdə olmalıdır, çıxarıldıqda isə öz qutusunda saxlanılmalıdır.

Tank əleyhinə D-44 topunun +20 dərəcə bucaq altında atəş tempi dəqiqədə 15 ədəd təşkil edir; 0 dərəcədə isə bu dəqiqədə 11-13 dəfəyə qədər azalır. Atəşin maksimum tezliyi dəqiqədə 20 - 22 dəfəyə qədər ola bilər.

Atəş üçün müxtəlif təyinatlı artilleriya mərmilərindən: zirehli-kalibraltı, kumulyativ-qəlpəli və qəlpəli-fuqas mərmilərindən istifadə olunur.

D-44 tank əleyhinə silah üçün sursatlar

UO-367 və UO-365K sursatları 0-365K polad qəlpəli mərmisindən, başlıq partladıcısından, latun gilizdən, arxa hissəsinə bağlanan KV-4 kapsulundan və barıt tutumlu döyüş yükündən ibarətdir. UO-365K tam, UO-367 isə azaldılmış döyüş yükünə malikdir.

UBR-365K sursatları isə BR-365K itiuclu zirehdələn-trasser mərmisindən, gilizin arxa hissəyə bərkidilən MD-8 trasserə malik partladıcıdan və KV-4 kapsulundan, polad və ya latun gilizdən, tam barıt tutumlu döyüş yükündən ibarətdir.

UBR-365 sursatı küt və ballistik sonluğa malik BR-365 zirehdələn-trasser mərmisindən, arxa hissəyə bərkidilən MD-7 trasserinə malik partladıcıdan, polad və ya latun gilizdən, KV-4 kapsulundan və tam barıt tutumlu döyüş yükündən ibarətdir.

UBR-367P sursatı ballistik ucluğa malik BR-367P kalibraltı zirehdələn-trasser mərmisindən, gilizin arxa hissəsinə bərkidilən trasser və KV-4 kapsulundan, polad (latun) gilizdən və tam barıt tutumlu döyüş yükündən ibarətdir.

UBR-365P və UBR-367PK sursatları BR-365P kalibraltı trasser mərmisindən, gilizin arxa hissəsinə bərkidilən trasserdən və KV-4 kapsulundan, polad (latun) gilizdən və barıt tutumlu döyüş yükündən ibarətdir.

UBR-367P sursatları UBR-365PK-dən yalnız barıt yükünün formasına görə fərqlənir.

UBK1 sursatı fırlanmayan BK2 kumulyativ mərmisinə, trasserə, QPV-1 başlıq partladıcısına, polad və ya latundan hazırlanan gilizə, gilizin arxa hissəsinə bərkidilən KV-4 kapsuluna və alışdırıcıya malikdir.

UBK1M sursatı BK2M-dən fərqi, kumulyativ hissənin polad örtüyünün mis ilə əvəz edilməsi ilə fərqlənir.

UD-367 sursatı isə D-367 tüstü mərmisinə, KTM başlıq partladıcısına, polad (latun) gilizə, KV-4 kapsuluna və azaldılan barıt tutumlu döyüş yükünə malikdir.

Tam barıt yüklü ZUD1 və azaldılan barıt yüklü ZUD2 sursatları, UD-367-dən fərqli olaraq KTM-1-U partlayıcısı ilə təchiz edilir.

PBR-367 sursatıları zirehdələn mərmilər ilə eyni quruluşa malikdir. PBR-367 partlayıcıya malik deyil və partlayıcı maddə ilə təchiz olunmur.

Sursatların əsas xüsusiyyətləri:

Qəlpəli mərminin ilkin sürəti (azaldılmış yüklə) - 655 m/s;
Qəlpəli mərminin ilkin sürəti (tam yüklə) - 793 m/s;
Zirehdələn-trasser mərmisinin ilkin sürəti - 800 m/s;
Kalibraltı zirehdələn-trasser mərmisinin ilkin sürəti - 1050 m/s;
Tam barıt yükünün kütləsi - 2.6 kiloqram;
Azaldılmış barıt yükünün kütləsi - 1.5 kiloqram;
Qəlpəli mərminin kütləsi - 9.54 kiloqram;
Zirehdələn-trasser mərminin kütləsi - 9.2 və ya 9.34 kiloqram;
Kalibraltı zirehdələn-trasser mərminin kütləsi - 4.99 kiloqram;
Qəlpəli fuqas mərmiyə malik sursatın kütləsi - 16.3 kiloqram;
Zirehdələn-trasser mərmiyə malik sursatın kütləsi - 15.68 kiloqram;
Kalibraltı zirehdələn-trasser mərmiyə malik sursatın kütləsi - 15.68 kiloqram;
Barıt qazlarının maksimal təzyiqi - 2550 kqf/sm;
Maksimum atəş məsafəsi - 15820 metr.
Sursatlar SD-44 topu ilə istifadəyə uyğunlaşdırılıb.

Tank əleyhinə silah üçün standart dartma vasitəsi kimi QAZ-66 və ya QAZ-63 yük maşınlarından istifadə edilib. Qalın qar örtüyündə hərəkət etmək üçün D-44 topları xizək qurğuları ilə təmin edilir.

Əvvəllər motoatıcı və ya tank alayının əlahiddə artilleriya tank əleyhinə divizionlarının tərkibində hər biri 2 atəş taqımından ibarət 2 ədəd tank əleyhinə batareya mövcud idi. Hər taqımın silahlanmasında 3, batareyada 6, divizionda isə 12 ədəd D-44 topundan istifadə edilirdi.

D-44 topları An-12, İl-76, An-22 hərbi nəqliyyat təyyarələrində nəql edilə bilər.

Topun əllə atəş mövqelərinə aparılması üçün, silahın korpusu altında xüsusi bir qurğu mövcuddur.

D-44 topunun əsas texniki xüsusiyyətləri:

Çapı - 85 mm;
Lülə uzunluğu - 4685 mm (55 kalibr);
Lülənin yivli hissəsinin uzunluğu - 3496 millimetr (41 kalibr);
Yiv sayı - 24;
0-365K qəlpəli mərmi ilə doldurulma kamerasının həcmi – 3.94 dm3;
Atəş xəttinin hündürlüyü - 825 mm;
Şaquli tuşlama bucağı - -7 ° + 35 °;
Üfüqi tuşlama bucağı - 54 °;
Sistemin uzunluğu - 8340 mm;
Eni - 1680 mm;
Hündürlüyü - 1420 mm;
Yerdən hündürlüyü - 350 mm;
Təkərlər arası məsafə - 1434 mm;
Döyüş vəziyyətində kütləsi 1725 kq;
Lülə və çaxmağın birgə kütləsi - 718 kq;
Çaxmağın kütləsi - 31.6 kiloqram;
Yellənən hissələrin toplam kütləsi 920 kq;
Geri təpmə qurğusunun lülə ilə kütləsi - 785 kq;
Beşiyin kütləsi - 99 kq;
Təpmə əyləcinin kütləsi - 42 kq;
Qaytarıcının kütləsi - 32 kq;
Balans mexanizminin kütləsi - 13 kq;
Yığılmış üst dəzgahının kütləsi - 71 kq;
Qalxan örtüyünün kütləsi - 83 kq;
Yığılmış alt dəzgah- 133 kq;
Təkər kütləsi - 81 kq;
Hərəkətli hissənin (təkərlər, asqı, ressor və döyüş oxları) kütləsi - 222 kq;
Yığılmış lafetin kütləsi- 972 kq:
Xizək qurğusunun kütləsi - 170 kq;
Döyüş vəziyyətində səfər vəziyyətinə keçid müddəti - 1 dəqiqə;
Silahın effektiv atəş tempi - dəqiqədə 10-15 mərmi;
Silahın maksimal atəş tempi - dəqiqədə 20 mərmi.

Sürəti:

Yolsuzluqda - 15 km/saat.
Kənd arası və daş örtüklü yollarda - 35 km/saat;
Asfalt yollarda - saatda 60 km;
Heyəti - 5 nəfər (bəzi mənbələrdə 6 və ya 7 nəfər).

İstifadəçiləri

70 ildən çox istismar edilən D-44 tank əleyhinə topun istifadəçiləri arasında istehsalçı ölkədən başqa, Azərbaycan, Əlcəzair, Ermənistan, Bolqarıstan, Qvineya, Gürcüstan, Konqo, Çin, Kuba, Mozambik, Monqolustan, Pakistan, Sudan, Tanzaniya, Ukrayna, Şri Lanka, Eritreya və Efiopiya kimi ölkələr yer alır.

Çin, Konqo, Mozambik, Pakistan, Tanzaniya və Şri-Lankanın istifadə etdikləri toplar Çində “Type 56” adı ilə istehsal olunub.

Yəmən və Mali orduları isə bu topları silahlanmasından çıxarıb. Rusiya və Belarusun bir çox şəhərlərinin meydan və parklarında bu topların postamentlərdə quraşdırılan nümunələrinə rast gəlmək olar.

Mənbələr:

https://topwar.ru/17460-85-millimetrovaya-ptp-d-44.html
https://alex-leshy.livejournal.com/1362706.html?fbclid=IwAR30MAQqWpXZhKDAUckAhj14Mb3FTldqh3rXnOcPJW8rcyVs2ziFtS5kQhE
https://warshistory.ru/raznoe-2/pushka-d-44-poslevoennaya-protivotankovaya-artilleriya-85-millimetrovaya-ptp-d-44.html?fbclid=IwAR3ntgaS8g5zxyJkbFzDt6YtUesVEXAo891SkmNV0qW3mCOktS5x_Y6i1zs

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   D-44  

Ordumuzun silahlanmasında mövcud olan tank əleyhinə D-44 topu - HƏRBİ EKSPERT (ARAŞDIRMA)

2019/12/13829-9462499728.jpg
Oxunub: 3213     11:37     09 Yanvar 2020    