Ordumuzun zirehli atəş gücünün əsasını təşkil edən T- 90 tankları - HƏRBİ EKSPERT (ARAŞDIRMA)

2019/12/9999-1575268088.jpg
Oxunub: 3039     10:11     02 Dekabr 2019    
Hazırda bir sıra səbəblərdən zirehli vasitələr parkının inkişaf etdirilməsinin əsas yolu kimi mövcud döyüş vasitələrinin modernləşdirilməsi metodu seçilib, tamamilə yeni tanklar isə olduqca nadir hallarda yaradılır.

T- 90 tankından bəhs edilməsi Azərbaycan oxucusu üçün də maraqlı olacaq, çünki bu tankların T-90S versiyası Silahlı Qüvvələrimizin tank hissə və bölmələrinin silahlanmasında əsas döyüş tankı kimi istismar edilir.

Təyinatı

Yaxın Şərqdə T-72 tanklarının NATO tankları, aviasiyası və TƏİRK qarşısında qismən həssaslıq göstərməsi, mühafizə sistemi daha effektiv olan əsas döyüş tankının yaradılmasını tələb edirdi. 1992-ci ildə silahlanmaya qəbul edilən T-90 tankları yeni tank olmadı, T-72 tanklarının dərin modernləşməsi hesab edildi. Onlar indiyədək Rusiyanın “Uralvaqonzavod” şirkəti tərəfindən istehsal edilir. T-90 döyüş tankıтın baş konstruktoru Vladimir İvanoviç Potkinin ölümündən sonra Rusiya Federasiyası hökumətinin qərarı ilə T-90 tankına “Vladimir” adı verildi. Bu tankların Rusiya Ordusu üçün təchizatı 2011-ci ildən dayandırılıb. İstehsal sayı 1200 ədədi keçən T-90 ailəsi 3-cü nəsil tanklara aid edilir. Onlar düşmənin güclü müqaviməti şəraitində aktiv hücum və ya müdafiə döyüşü üçün nəzərdə tutulur.

T-90 tankının vəzifələrinə aşağıdakılar daxildir:

- motoatıcı bölmələrin dəstəklənməsi, birbaşa döyüş bölgəsində düşmənin atəş nöqtələrinin basdırılması və məhv edilməsi;
- düşmənin müdafiə sisteminin yarılması, artilleriya vasitələrinin məhv edilməsi;
- düşmən tanklarına və digər zirehli texnikalarına qarşı mübarizə aparılması;
- düşmən müdafiəsinin dərinliyində nəqliyyat karvanlarını, döyüş sursat anbarlarını və texnikalarını məhv etmək məqsədilə basqınların keçirilməsi;
- kəşfiyyatın aparılması.

T-90 tankının modifikasiyaları

Əsasən T-72 tanklarının bazasında yaradılan T-90 zirehli vasitələri kifayət qədər geniş çeşiddə istehsal olunub və hazırda bir çox ordularda istismar edilməkdədir. Bu tankların:

T-90S - ixrac versiyasıdır, qüllə tökmədir;
T-90SK - T-90S tankının komandir versiyasıdır;
T-90K - T-90 baza modelinin komandir versiyasıdır, maşında əlavə rabitə və naviqasiya avadanlığı quraşdırılıb;
T-90AK - T-90A-nın komandir versiyasıdır;
T-90CA - T-90A-nın Əlcəzair üçün hazırlanan ixrac versiyasıdır;
T-90SKA - T-90CA-nın Əlcəzair üçün hazırlanan komandir versiyasıdır;
T-90AM - T-90A-nın son modifikasiyası.

Bu maşınlarda “Kalina”atəşi idarəetmə sistemi, yeni avtomatik yükləmə mexanizmi, “Relikt” dinamik mühafizə dəsti və V-92S2F (1130 a.g) mühərriki quraşdırılır.

T-90 tanklarının bazasından mühəndis texnikası, odsaçan, körpü və təxliyyə maşınlarının hazırlanmasında istifadə olunur.

Quruluşu

T-90 Rusiyada istehsal edilən 3-cü nəsilə aid klassik quruluşa malik tankdır. Funksional olaraq, üç hissəyə bölünür: sürücü mexanikin yerləşdiyi idarəetmə bölməsi ön hissədə, fırlanan qülləyə malik döyüş bölməsi mərkəzi hissədə, mühərrik-transmissiya hissəsi isə arxa hissədədir. Silahlar, döyüş sursatının əsas hissəsi döyüş bölməsindədir. Komandir bu bölmənin sağında, tuşlayıcı isə solunda oturur.

T-90 korpusu T-72BM korpusu ilə oxşardır. Sürücü mexanik korpusun ön və mərkəz hissəsində oturur, onun tanka giriş qapağı korpusun üst tərəfində yerləşir. Kreslosu da korpusun döşəməsinə deyil, damına bərkidilir ki, bu da tankın altında mina partlayışı baş verdikdə sürücü mexanikin sağ qalma şansını artırır. Yol vəziyyətini izləmək üçün geniş prizma sahəsinə malik TNPO-168 müşahidə cihazından istifadə edilir.

Gecə tankın idarəedilməsi üçün onun əvəzinə TVN-5 aktiv-passiv tipli gecəgörmə cihazı quraşdırıla bilər. Bu cihaz, sələfindən iki paralel kanal əvəzinə passiv-aktiv rejimdə mikrokanal amplifikasiyasına malik elektro-optik çeviricinin periskopa daxil edilməsi ilə fərqlənir. Bunun sayəsində passiv rejimdə görmə sahəsini 180 m-ə qədər artırmaq mümkün olub.

Bundan əlavə, TVN-5 binokulyar böyüdücü ilə təchiz olunur, bu ərazi görünüşünü asanlaşdırır və işıqlandırma dəyişərkən sürücünün göz yorğunluğunu azaldır. Digər iki heyət üzvü isə qüllədə yerləşir.

Tankın tökmə qülləsi, 35° -yə qədər əyilən zirehlərlə təchiz edilir. Konstruksiya olaraq bu T-72BM qülləsi ilə eynidır, lakin yeni tankda 1A45T atəşi idarəetmə kompleksi quraşdırılır. Qüllənin ön hissəsi və damı dinamik qorunma elementləri ilə örtülür.

Maşın ekipajının radiasiya əleyhinə qorunmasını artırmaq üçün gövdə və qüllənin iş yerləri ilə təmasda olan hissələr litium, bor və qurğuşun əlavə olunan hidrogen tərkibli polimer astarla örtülür.

Tankın atəşi idarəetmə sistemi avtomatlaşdırılıb. Elektron atəşi idarəetmə sistemi hərəkət edən hədəflərə dəqiq zərbə endirmək üçün ballistik hədəf və məsafə göstəricilərini avtomatik təyin edir. Tank komandiri həm zenit-pulemyot qurğusundan, həm də tankın əsas silahından atəşi izləmək üçün elektron nişangaha malikdir.

T-90 istənilən hava şəraitində və sutkanın istənilən vaxtında hədəfi dəqiq vurmağa imkan verən digər elektron sistemlərlə təchiz olunub. PNK-4S müşahidə sistemi ilə gecə vaxtı tank ölçüsündə olan hədəflərə 1100 m məsafədə atəş açmağa imkan verir.

Silah kompleksi

T-90 tankının bütün silahları qüllədə yerləşir. Maşının silah kompleksinə aşağıdakılar daxildir:

- əsas, əlavə və köməkçi silahlar;
- döyüş sursatları;
- avtomatik yükləmə sistemi;
- atəşi idarəetmə kompleksi;
- əlavə müşahidə və tuşlama cihazları;
- idarə olunan silahlar kompleksi.

Əsas silahı

T-90-nın əsas silahı, artan atəş dəqiqliyinə malik 125 millimetrlik avtomatik doldurulan və hamarlüləli 2A46M-4 topudur. Avtomatik yükləmə ilə texniki atəş tezliyi dəqiqədə 8 atəşə bərabərdir.

Top 4 tip mərmidən atəş aça bilir, bura “asılı vəziyyətdə” dayanan helikopterə atəş açmağa imkanı verən mərmi də daxildir. T-90 tankları, eyni zamanda tank əleyhinə idarəolunan raketlərlə də atəş açmaq qabiliyyətindədir. 2A46M topu tank əleyhinə idarəolunan raketlərindən başqa zirehdələn, beton istehkamları dağıdan və qəlpəli fuqas mərmilərdən də atəş aça bilir.

Tank 25 km/saat sürətlə hərəkət edərkən 54 saniyə müddətində 2500 m məsafədəki 7 müxtəlif zirehli hədəfləri vura bilir. Əlavə silahlanmasına 12.7 mm “Kord” və 7.62 mm PKMT pulemyotları daxildir.

Bu topdan atəş açmaq üçün idarəolunan raket ilə bərabər zirehli kalibraltı, qəlpəli fuqas və zirehdələn kumulyativ mərmilərdən istifadə olunur. Silahın yüksək dəqiqlik xüsusiyyətləri lülənin əyrilik, fərqli divar və sərtlik göstəricilərinin geri təpmə əyləclərinin simmetrik yerləşdirilməsinin optimal uyğunlaşdırılması, həmçinin lülədə termal örtüyün tətbiqi ilə əldə edilir.

Silahın həm əsas, həm də termal nişangahlar ilə uyğunlaşmasına nəzarət edən mövcud cihaz, bu əməliyyatı yerinə yetirmək üçün həm ekipajın tankdan çıxmasını tələb etmir, həm bu əməliyyatın müddətini 1 dəqiqəyə qədər azaldır, həm də uyğunlaşdırmanın dəqiqliyini artırır. Topun konstruksiyası səhra şəraitində belə, topun özünü qüllədən çıxarmadan, 125 mm-lik lülənin qısa bir zamanda dəyişdirilməsini təmin edir.

Əlavə silahları

Əlavə silah olaraq T-90 tankında çütləşdirilən 7.62 mm-lik PKT və ya PKTM pulemyotundan istifadə edilir. Onun atəş tezliyi dəqiqədə 250 ədəddir, lentaya doldurulan mərmilərlə qidalanır. İkinci əlavə silah isə 12.7 mm-lik NSVT və ya 6P49 “Kord” pulemyotlarından biri ola bilər. Uzaqdan elektromexaniki idarəetməyə malik zenit pulemyot qurğusu (ZPQ) yüngül zirehli yerüstü hədəflər, düşmənin canlı qüvvəsi, aşağıdan uçan hava hədəfləri ilə mübarizə aparmaq, həmçinin dağlıq və şəhər döyüş şəraitində yuxarıdan edilən hücumlardan qorunmaq üçün hazırlanıb.

Köməkçi silahlar

5.45 mm-lik AKS-74 hücum tüfəngi (ekipaj üçün cəmi bir ədəd), 26 mm-lik siqnal tapançası, 10 ədəd F-1 və ya RQO əl qumbarası da tankın köməkçi silahlarına daxildir.

Sursatlar

T-90 tankının sursat dəsti 4 növdən olan 43 ədəd mərmidən ibarətdir. 7.62 mm pulemyot üçün 2000, 5.45 mm AKS-74 tüfəngi üçün 450, 12.7 mm pulemyot üçün 300, siqnal tapançası üçün isə 12 ədəd mərmidən ibarət sursat dəsti nəzərdə tutulur. F-1 və ya RQO əl qumbarasının sayı 10 ədədir, 902V optik-elektron bastırma sistemi isə 12 ədəd 3D17 qumbarasına malikdir. TŞU-1 “Shtora-1” sistemi olmayan versiyada isə 3D17 qumbaralarını 3D6M qumbaraları əvəz edir.

Tank topunun fırlanan avtomatik yükləmə mexanizmində idarəolunan raketlər də daxil 22 ədəd sursat yerləşdirilir və onlar döyüş istifadəsinə daim hazırdır.

Qalan artilleriya sursatları (mərmi və onların barıt yükləri) maşın korpusunda və qüllədə xüsusi yığınlarda (ukladkada) yerləşdirilir. Konveyerdəki sursat və ya barıt yükünü istənilən nisbətdə yükləmək mümkündür. Silahın hər hansı bir növü avtomat yükləyicisinə yüklənmədən əllə də topa yüklənə bilər.

Qismən yanan gilizdən istifadə və avtomatik yükləmə mexanizminin dizaynında istifadə olunan paletlərin boşaldılması mexanizmi, silahdan atəş zamanı döyüş bölməsinin qaz çirkliliyini əhəmiyyətli dərəcədə azaldır.

T-90 tankı kombinəedilən zireh qorunmasına malik müasir tanklara qarşı 125 mm-lik ZVBM13, uran nüvəli ZBM32 “Vant” zirehdələn kalibraltı, ZBBM42 “Manqo” zirehdələn kalibraltı mərmilərdən, ZBBMM19 və volfram ərintisindən nüvəyə malik ZBМ42М “Qurğuşun” zirehdələn mərmilərindən istifadə edir;

Zirehli hədəflərə, sığınacaqlara, sahə istehkamlarına, kərpic və dəmir-beton müdafiə qurğularında yerləşən şəxsi heyətə atəş açmaq üçün 125 mm diametrli ZVBK16, ZBK18M kumulyativ, ZVBK25 və ZBK29M kumulyativ mərmilərdən istifadə edir;

125 mm-lik ZVOF36 və ZOF26 qəlpəli fuqas mərmisi tank topundan yüngül zirehli hədəflərə, canlı qüvvəyə, atəş vasitələrinə və ərazi mühəndis qurğularına atəş açmaq üçün nəzərdə tutulur;

125 mm ZUBK14 (“Refleks” kompleksinin 9M119 idarəolunan raketi) və ZUBK20 (“Reflex-M" kompleksinin 9M119M idarəolunan raketi) zirehli və digər hədəfləri, habelə aşağıdan uçan düşmən helikopterlərini məhv etmək üçün tank topundan atəş açmaq üçün nəzərdə tutulur.

Göstərilən mərmi növlərinə əlavə olaraq, T-90 döyüş sursatının tərkibinə uzaqdan və ya kontaktla aktivləşən elektron partlayıcıya malik çoxqəlpəli (şrapnel) mərmi də daxildir. Bu mərmilər açıq ərazidə yerləşən düşmənin canlı qüvvəsinə, eləcə də döyüş helikopterlərinə qarşı mübarizənin effektivliyini artıra bilir. Adi qəlpəli fuqas mərmilər ilə müqayisədə onun davamlı məhvetmə zonasının radiusu əhəmiyyətli dərəcədə artırılıb.

Partlayıcının detonasiyası yükləmə zamanı avtomatik olaraq lazer məsafəölçəni ilə təyin edilən məsafəyə uyğun olaraq aktivləşdirilir. Partlayıcı kontakt rejiminə quraşdırıldıqda isə mərmi adi qəlpəli fuqas mərmi kimi hərəkət edir.

7.62 mm cütləşdirilən PKT (PKTM) pulemyotdan atəş açmaqi üçün 7.62x54R mərmilərinin yüngül polad (LPS), trasser (T-46), zirehdələn yandırıcı (B-32) və artan nüfuzetməyə malik versiyalarından istifadə olunur. Tankın döyüş bölməsində yerləşən 8 ədəd xəzinə qutunun hər birinə 250 mərmi tutumu olan lentalar doldurulur.

12.7 mm NSVT və ya KORD pulemyotlarından atəş açmaq üçün BZT zirehdələn-yandırıcı trasser, B-32 zirehdələn-yandırıcı və MDZ ani yanan güllələrə malik 12.7x108 mm-lik mərmilərdən istifadə olunur. Onlar 2 ədəd xəzinə qutusunun hər birinə 2 dolu lenta olmaqla yerləşdirilir. Kütləsi təxminən 25 kq olan qutulardan biri zenit ZPQ-də, digəri isə qüllənin sağ tərəfində yerləşdirilir.

5.45x39 avtomat mərmiləri isə hər biri 30 ədəd mərmi tutan xəzinələrə doldurulur və tankın döyüş hissəsindəki xəzinə çantalarında yerləşdirilir.

F-1 və ya RQO əl qumbaraları maşının döyüş bölməsindəki çantalarda saxlanılır.
26 mm-lik siqnal tapançaları üçün raketlər də öz çantalarında döyüş bölməsində yerləşir.

Aerozol pərdələrini yaratmaq üçün nəzərdə tutulan 3D17 qumbaraları isə qüllənin sağ və sol tərəflərində mövcud olan, hər tərəfdə 6 ədəd olmaqla, 902V atıcı qurğusuna yüklənir.

Atıcı qurğu qumbara ilə yükləndikdən sonra xüsusi rezin qapaqlar ilə bağlanır, atəş edildikdə isə çıxarılmır. Ehtiyat qapaqlar ZD17 qumbara ilə eyni bağlamada yerləşir.

Avtomatik yükləmə mexanizmi

Sursatların topa avtomatik yüklənməsi T-72 tanklarında quraşdırılana bənzəyən elektromexaniki avtomatik yükləmə mexanizmi (AYM) tərəfindən təmin edilir. AYM top sursatlarını yerləşdirmək, onları avtomatik rejimdə yükləmək, onların sayı və növü haqqında məlumatları yadda saxlamaq, atəşdən sonra boş gilizləri tutaraq onu tankdan kənara çıxarmaq üçün nəzərdə tutulur. Yükləmə bucağında olan elektromexaniki AYM fırlanan konveyerinin həcmi 22 mərmi üçün hesablanıb.

Sursatın topa yüklənməsi ayrıca həyata keçirilir. Əvvəlcə mərmi, sonra isə barıt yükü lüləyə göndərilir. T-90 tankında quraşdırılan "Dubl" rejimi sayəsində tank komandiri öz yerindən avtomatik rejimdə yükləmə prosesini idarə edə bilir.

Atəşi idarəetmə kompleksi

T-90 tankı artilleriya və idarəolunan mərmilərlə uzaq məsafələrdə hədəflərə atəş açmaq üçün əvvəlkilərdən fərqlənən avtomatlaşdırılmış atəşi idarəetmə kompleksi (AİK) ilə təchiz olunur.

Bu tanklarda 1A45T "İrtış" AİK quraşdırılıb, bu tuşlayıcının yerindən və ya hərəkətdə, gündüz və ya gecə bütün silah sitemlərinin mövcud sursatlarının hamısından effektiv atəş açmasını təmin edir.

AİK dayanacaqda və hərəkətdə olarkən gecə-gündüz komandirə:

- tuşlayıcıya hədəf göstərməyə;
- hədəflərin axtarışına, aşkarlanmasına və tanınmasına;
- istənilən istismar şəraitində topdan, cütləşdirilən pulemyotdan və ya ZPQ-dən təkrarlanan idarəetmə rejimində yerüstü hədəflərə atəş açmağa imkan verir.

T-90 tankının 1A45T kompleksinə aşağıdakılar daxildir:

- 1A42 avtomatik atəşi idarəetmə sistemi (AİS);
- TO1-KO1 və ya TO1-PO2T gecə nişangah kompleksi;
- PNK-4C komandirin nişangah müşahidə kompleksi;
- arxa görüntü televiziya sistemi.

1A42 avtomatik atəşi idarəetmə sistemi, hədəfə qədər olan məsafəni, mərmi növünü, hədəfin nisbi hərəkətini, tankın sürətini və yana əyilməsini, meteoroloji amilləri nəzərə alaraq tuşlayıcı tərəfindən gündüz və gecə bütün növ silah və sursatlardan təsirli şəkildə atəş açmaq üçün nəzərdə tutulur.

AİS gecə-gündüz komandirə:

- döyüş bölgəsindəki hədəflərin axtarışına, aşkarlanmasına və tanınmasına;
- tuşlayıcıya hədəf göstərməyə;
- istənilən istismar şəraitində topdan, cütləşdirilən pulemyotdan və ya ZPQ-dən təkrarlanan idarəetmə rejimində yerüstü hədəflərə atəş açmağa;
- tank silahından və cütləşdirilən pulemyotdan artilleriya sursatı ilə gecə-gündüz yerdən və hərəkətdən ikiqat idarəetmə rejimində atəş açmağa imkan verir.

T-90 tankının 1A42 atəşi idarəetmə sisteminin daha əvvəlki tanklar və onların modifikasiyalarından fərqi, pulemyotdan atəş açarkən avtomatik olaraq hədəfalma və yan önləmə bucaqlarının hesablanmasını həyata keçirməsindən ibarətdir.

1A42 AİS-in tərkibinə aşağıdakılar daxildir:

- 1A43 İVDPK gündüz məlumat-hesablama nişahgah kompleksi;
- 2E42-4 "Jasmin" silah sabitləşdiricisi;
- RÇN-Z/Z tezlik və gərginlik tənzimləyicisinə malik PT-800 cərəyan çeviricisi.
- 1A43 İVDPK gündüz məlumat- hesablama nişahgah kompleksinə daxildir:
- 1Q46 PDPN nişangah-məsafəölçən tuşlama cihazı;
- 1V528-1 rəqəmsal tank ballistik kompüteri;
- 1V216 keçid bloku;
- atəş şəraiti üçün avtomatik sensorlar dəsti (silah oxu, külək, sürət sensorları və s.).

İVDPK atəş zamanı avtomatik olaraq düzəlişləri: hədəfə qədər məsafəni, nişanalma və yan önləmə bucaqlarının dəyişməsini, yan külək sürətini, silah oxunun yana əyilmə bucağını, barıtın və havanın temperaturunu, barometrik atmosfer təzyiqini, lülə aşınmasını və mərmi tipini nəzərə almağa imkan verir.

Lazer məsafəölçənindən və sensorlardan, həmçinin ön paneldə yerləşən potensiometrlərdən alınan bütün lazımi məlumatlar 1V528-1 rəqəmsal tank ballistik kompüterinə avtomatik olaraq daxil edilir.

1Q46 PDPN iki müstəvidə müşahidə zonasını müstəqil sabitləşdirən və davamlı olaraq tənzimlənən, 2.7-dən 12 dəfəyə qədər böyütmə imkanına malik tuşlayıcının periskopik gündüz məsafəölçən nişangahıdır.

Məsafəölçən-nişangah topun nizamlanmasını tankı tərk etmədən cəmi 1 dəqiqəyə yerinə yetirməyə imkan verir.

Ayrıca, “Nəzarət” rejimində, məsafəölçənin fəaliyyətini, mərkəzi hədəf nişanı ilə məsafəölçən şüasının uyğunluğunu və onun nizamlanmasını yoxlamaq mümkündür.

1B528-1 tank ballistik kompüteri hədəf nişanalma və yan önləmə bucaqlarını avtomatik olaraq hesablayır, hədəfə qədər məsafəni ölçür, həqiqi atəş şərtlərini nəzərə alır və müəyyən mərmi növü üçün elektrik siqnallarını formalaşdırır.

Sərt bir proqramla işləyən və rəqəmsal elektron texnologiyanın elementlərinə əsaslanan kiçik ölçülü elektron hesablama cihazı olan 1B528-1 tank ballistik kompüteri mərkəzi prosessor, operativ yaddaş, daimi yaddaş, xüsusiyyət və məlumat qeydiyyat qurğusu, əsas və ehtiyat sayğaclar, açar, analoq yaddaş bloku, analoq-rəqəmsal və rəqəmsal-analoq çeviriciləri kimi elementlərdən ibarətdir.

1V528-1 kompüterində atəş şəraitinin normadan yayınması halında, düzəlişlərin parametrlərinə avtomatik nəzarət və onun nəticələrinin qeydə alınması təmin olunur. Bunun üçün onun idarəetmə panelində dörd ədəd işıq diodlu sensor və "Nəzarət" düyməsi yerləşdirilib. Düymə nəzarət proqramını başlatmaq üçün, işıq diodlu sensor isə müvafiq parametrlərin yayınması barədə məlumat üçün nəzərdə tutulub.

1B216 bloku yeni sursat modifikasiyasının ballistik xüsusiyyətlərindəki dəyişiklikləri nəzərə alaraq hədəf bucaqlarının hesablanması zamanı tank ballistik kompüterinin yaratdığı gərginlikləri düzəltmək üçün nəzərdə tutulur. Bu blok zirehli, kumulyativ və qəlpəli mərmilər üçün üç mərmi dəyişdirmə açarına malikdir.

Beləliklə 1A42 AİS həm müasir, həm də köhnə nümunələrdən olan çox sayda mərmilərdən istifadə edərkən düzəlişləri nəzərə almağa imkan verir.

2E42-4 “Jasmin” silah sabitləşdiricisi tankın hərəkətdə və ya dayanacaqda olmasından asılı olmayaraq, hər iki müstəvidə topun və pulemyot silahının tuşlanmasını sabitləşdirmək üçün hazırlanıb.

PT-800 çeviricisi tankın silah idarəetmə kompleksinin sistem və cihazlarını qidalandırmaq üçün 400 Hz tezlikdə 36 V dəyişən üç fazalı gərginlik yaratmaq üçün nəzərdə tutulur. O daimi cərəyanı dəyişən cərəyana çevirən elektrik maşını da adlandırıla bilər. Çıxış gərginliyi və tezliyinin sabitləşməsi, tezlik və voltaj tənzimləyicilərinin bloku tərəfindən təmin edilir.

TO1-KO1 gecə nişangah kompleksi döyüş sahəsini izləmək, hədəfləri aşkar etmək və müəyyənləşdirmək, topdan 1500 m-ə qədər olan bütün növ mərmilərdən, 800 m-ə qədər isə pulemyotdan hədəflərə gecə atəş açmaq üçün hazırlanıb.

TO1-PO2T “Agava-2” termal görüntü kompleksi istilik görüntüləmə kamerasından (TK) istifadə edərək ərazinin monitorinqini və silah nəzarətini, 1A45T ilə birgə şaquli və üfüqi müstəvilərdə görünüş sahəsinin sabitləşməsini təmin edir. Bu isə:

- dəqiq zərbə ehtimalı yüksək olan ilk və sonrakı atəşları tez hazırlamağa;
- müxtəlif hava faktorları şəraitində, gündüz və gecə, yerindən və ya hərəkətdən istənilən şəraitində topdan 3000 metrədək məsafəyə effektiv atəş açmağa;
- tuşlayıcının bütün funksiyalarının komandir tərəfindən “Dubl” rejimində təkrarlanmasına;
- termal və gündüz görmə cihazları ilə işlədikdə dəqiq şaquli və üfüqi düzəlişlər etməyə;
- silah lüləsinin kəsiyindəki indeksə əsasən hədəf xəttinin sürətlə nizamlanmasına;
- AİS-in televizor monitorlarında iş rejimlərinin göstərilməsinə imkan verir.

TO1-PO2T “Agava-2" termal görüntü kompleksi normal şəraitdə 6400 m məsafədə hədəfi aşkar etməyə, 4600 m-də onu təsnifatlandırmağa, 2500 m-də isə onu tanımağa imkan verir.

TO1-PO2T kompleksinə daxildir:

- TPV termal nişangahı;
- komandir və tuşlayıcı üçün iki televizor monitoru;
- idarəetmə bloku.

2004-cü ildən sonra istehsal edilən T-90A seriyası Belarusun “Pelenq” şirkətinin “Essa” termal kamerası ilə təchiz edilir. “Essa” isə 1Q46 PDPN nişangah-məsafəölçən tuşlama cihazının hər iki yaxınlaşdırma rejimi ilə sinxronizasiya edilən Fransa istehsalı termal matrisa ilə təchiz edilir. Yeni termal qurğunun meydana gəlməsi ilə tuşlayıcının gündüz və gecə kanalının imkanları bərabərləşdi. Hazırda gecə şəraitində ballistik kompüterin bütün variantlarda dəqiq məsafə ölçməsi mümkündür.

PNK-4C komandirinin görmə və müşahidə kompleksi aşağıdakıları təmin edir:

- nəqliyyat vasitəsi komandirinin ərazi müşahidəsini;
- axtarış və hədəf aşkarlanmasını;
- atəş təyinatı və tənzimlənməsini;
- gecə-gündüz, yerindən və ya hərəkətdə top və pulemyotdan “Dubl” rejimində təsirli bir atəş açmağı;
- ZPQ-dən hava və yer hədəflərinə atəş həyata keçirməyi.

PNK-4S kompleksinə daxildir:

- şaquli müşahidə stabilizatoruna, elektrik blokuna və girostabilizatora malik TKN-4S “Agat-S”cihazı;
top mövqeyi sensoru;
- ZPQ-nin 1ET29 idarəetmə sistemi.

TKN-4S komandir cihazı tək və çoxsaylı (gündüz və gecə) optik böyütmə rejiminə malikdir.

Gecə TKN-4S vasitəsilə təkrarlanan idarəetmə rejimində OTŞU-1-7 KOEP "Ştora-1" işıqlandırıcıları aktiv istifadə olunur.

TKN-4S “Agat-S” passiv rejimdə 0.7 km-ə qədər, aktiv rejimdə isə 0.8 km-ə qədər məsafələrdə hədəfləri aşkar və müəyyən etməyə imkan verir.

ZPQ-nin idarəetmə sistemi 1ET29 tank komandirinin yerindən avtomatik və yarıavtomatik rejimdə zenit pulemyotunun idarə edilməsini təmin edir.

Ən son T-90 tankları arxa görünüşlü televizor sistemi ilə təchiz olunmağa başladı. Belə bir sistem ilk dəfə idi ki, Rusiya tanklarında quraşdırılırdı.

Bu sistem tanka yüngül tank əleyhinə silahların atəşinin qarşısını almaq, həmçinin ekipaja tankdan kənara çıxmadan geriyə hərəkəti təmin etmək və tankın arxa yarımkürəsində müşahidə aparmaq üçün nəzərdə tutulur.

1A45T “İrtiş” atəşi idarəetmə kompleksi avtomatik yükləmə mexanizmi ilə birlikdə T-90 tankının ekipajını dəqiqədə 8 dəfəyə qədər atəş tempi ilə təmin edir.

Əlavə müşahidə və tuşlama cihazları

T-90 tankının əlavə hədəf və müşahidə avadanlıqlarına aşağıdakılar aiddir:

- PZU-7 nişangahı;
- ekipaj üzvləri üçün prizmatik müşahidə cihazları;
- qapalı atəş mövqeləri və yarı birbaşa atəş cihazları.

PZU-7 nişangahı zenit pulemyotunu 100-dən 300 m/s qədər sürətlə hərəkət edən hava və 1600 m-ə qədər məsafədə yerləşən yerüstü hədəflərə tuşlamaq üçün nəzərdə tutulur.

9K119 "Refleks" idarə olunan silah kompleksi

T-90 tankından effektiv atəş məsafəsini 5000 m-ə qədər artırmaq üçün onun silahlanma kompleksinə 9K119 “Refleks” idarə olunan silah kompleksi inteqrasiya edilib.

Kompleks yerindən və hərəkətdə təsirli atəş açmağa imkan verir. Tank özü 30 km/saat sürətlə hərəkətdə sabit hədəflərə, dayanacaqda 70 km/saata qədər sürətlə hərəkət edən hədəflərə, habelə uzunmüddətli atəş nöqtələrinə, səngərdəki tanka, aşağıdan uçan aşağı sürətli hava hədəflərinə atəş açmağa imkan verir.

Kompleksin idarəetmə sistemi - optik kvant generatorunun şüasına əsaslanan yarıavtomatik və maneələrə davamlıdır, 30 km/s sürətlə hədəfi məhetmə ehtimalı maksimuma yaxındır. Kompleksin səfər vəziyyətindən döyüş vəziyyətinə və ya əksinə keçirilməsi müddəti 3 dəqiqədən çox deyil.

“Refleks”, gecə termal tank kompleksindən istifadə etməklə, həmçinin məsafəölçənin və ya ballistik kompüterin yarasız qəza rejimində atəş aça bilir.

İdarəolunan silah kompleksində fəaliyyətin vahid monitorinqi və məlumat blokunun idarəetmə kanalının uzlaşdırılması təmin edilir. 9K119 kompleksinin texniki xidməti sınaq cihazlarının yerləşdiyi S01M02 nəzarət yoxlama maşınından istifadə edərək həyata keçirilir.

Kompleksə daxildir:

- ballistik hesablayıcıya və lazer şüa idarəetmə kanalına malik tuşlayıcının nişangah kompleksi;
- avtomatlaşdırma bloku;
- gərginlik çeviricisi;
- ZUBK14 və ya ZUBK20 idarə olunan raketlər.

9K119 idarə olunan silah kompleksinin ZUBK20 raketi 9M119M idarə olunan sursatdan və 9X949 raket atıcı qurğusundan ibarətdir.

9X949 raket atıcı qurğusu, raketi lülənin kanalında saxlamaq, atəş zamanı ilkin sürəti vermək, topun geri təpməsini təmin etmək və çaxmağı açmaq, habelə tankın idarəetmə qurğusundan çaxmağa siqnal ötürmək üçün hazırlanıb.

9M119M raketi idarəetmə bölməsindən, marş mühərrikindən, döyüş başlığından, quyruq bölməsindən və paletdən ibarətdir. İdarəetmə bölməsi qəbuledicidən gələn elektrik siqnallarını sükanın mexaniki hərəkətinə çevirmək üçün nəzərdə tutulur. Raket lülədən çıxdıqdan sonra sükanlar avtomatik açılır.

Marş mühərriki raketin hədəfə uçuş vaxtını əvvəlcədən təyin etmək üçündür. Mühərrik bərk yanacaqla işləyir, alovlanma topun lüləsindən çıxdıqdan sonra baş verir.

Kumulyativ döyüş başlığı, əsas zirehi və dinamik mühafizəni yarmaq üçün hazırlanan aparıcı yükdən ibarətdir. İdarəolunan raket atəşi 100 m-dən 5000 m-dək məsafədə sabit və hərəkətli hədəflərə qarşı aparılır.

(Ardı var...)
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   T-90S  

Ordumuzun zirehli atəş gücünün əsasını təşkil edən T- 90 tankları - HƏRBİ EKSPERT (ARAŞDIRMA)

2019/12/9999-1575268088.jpg
Oxunub: 3040     10:11     02 Dekabr 2019    