Döyüş hazırlığı məşğələlərinə hazırlıq - HƏRBİ EKSPERT (ANALİZ) - IV YAZI

2019/12/15698-1576066147.jpg
Oxunub: 2233     10:03     12 Dekabr 2019    
(IV yazı. III yazını BURADAN oxuya bilərsiniz)

Bütün növ məşğələlərə hazırlıq prosesi aşağıdakı əsas mərhələlərdən ibarətdir:

- rəhbərin hazırlığı;
- məşğələnin keçirilməsi üçün sənədlərin hazırlanması;
- öyrənənlərin hazırlığı;
- məşğələnin keçirilmə ərazisinin (yerinin) hazırlanması və onun maddi-texniki təminatı.

Rəhbərin məşğələyə hazırlığına aiddir:

- ilkin məlumatların (öyrənənlərin tərkibi, mövzu, tədris məqsədləri və sualları (məzmunu), məşğələnin keçirilmə şərtləri, müddəti, keçirilmə yeri, maddi vəsaitlərin, təminedici bölmələrin) aydınlaşdırılması və müəyyən edilməsi;
- məşğələyə nəzəri hazırlıq;
- sənədlərin hazırlanmasi;
- məşğələnin keçirilmə ərazisinin (yerinin) öyrənilməsi;
- həmin ərazinin (yerin) maddi-texniki təminatının planlaşdırılması;
- öyrənənlərin məşğələ barədə məlumatlandırılması və onlara tapşırıqların verilməsi;
- məşğələ rəhbərinin köməkçilərinin təyin edilməsi və onların təlimatlandırılması.

Rəhbər plan, plan-konspekt, yaxud konspekt (məşğələnin məzmununun tam, geniş əksi) işləyib hazırlayır.
Məşğələ rəhbərinin hazırlıq səviyyəsindən, öyrənilən mövzunun çətinlik dərəcəsindən və istifadəsindən asılı olaraq rəhbər özü sənədin formasını seçir. Bundan başqa, rəhbər sxem, cədvəl, çıxarışlar və s. hazırlaya bilər.

Məşğələnin keçirilmə planı dəftərdə, xəritə üzərində və ya ayrıca vərəqdə yazılı və ya sxem formasında, yaxud hər ikisinin vəhdəti şəklində hazırlana bilər.

Planda aşağıdakı ilkin məlumatlar əks olunur:

- taktiki niyyət (lazım olduqda), yaxud məşğələnin gedişatı – ümumi və hər bir tədris sualının işlənilməsi üçün (lazım olduqda);
- məşğələ rəhbəri tərəfindən keçirilən tədbirlər və onların vaxtı;
- maddi-texniki təminat;
- məşğələ zamanı (lazım olduqda) düşmənin təyini və təqlidi;
- xəbərdarlıq siqnalları, idarəetmə və qarşılıqlı əlaqə və s.

Plan-konspektə (konspektə) ilkin məlumatlar, məşğələnin ümumi gedişatının və hər bir tədris sualının işlənilməsinin izahı daxildir. Məşğələnin gedişi, bir qayda olaraq üç hissəyə bölünür:

- giriş;
- əsas;
- yekun.

Giriş hissədə əks olunur:

- bölmə komandirinin (növbətçinin) məruzəsi;
- öyrənənlərin tərkibi, təchizatı və maddi təminatının yoxlanması;
- öyrənənlərin məşğələyə hazırlıqlarına nəzarət;
- təhlükəsizlik tələbləri (lazım olduqda);
məşğələnin mövzusu, onun aktuallığı, tədris və tərbiyəvi məqsədləri, tədris sualları;
- tədris suallarının işlənilmə qaydaları.

Əsas hissəyə daxildir:

- tədris suallarının adları və onlara tələb olunan vaxt;
- hər bir tədris sualının işlənilməsi zamanı rəhbərin fəaliyyəti;
- suallar üzrə öyrənənlərdən gözlənilən fəaliyyətlər.

Yekun hissəyə daxildir:

- məşğələnin nəticələrinin yekunlaşdırılması (məqsədlərə nail olma dərəcəsi, öyrənənlərin qiymətləndirilməsi, onların məşğələyə hazırlığının keyfiyyət nəticələri, yaranan sualların cavablandırılması);
- növbəti məşğələyə hazırlıq üçün tapşırığın veriməsi;
- maddi-texniki və digər təminatın mövcudluğunun yoxlanılması.

Təfsilat dərəcəsi rəhbərin təcrübə və metodiki bacarığından asılıdır.

Əgər məşğələnin keçirilməsi üçün köməkçilər təyin edilirsə, onun fəaliyyəti də planda (plan-konspektdə) əks etdirilir.

Məşğələnin keçirilmə planı (plan-konspekti, konspekti), bilavasitə rəis tərəfindən qabaqcadan təsdiq olunur:

- hissə komandiri tərəfindən – bir həftə;
- tabor (divizion) komandiri tərəfindən – 3-4 gün;
- bölük (batareya) komandiri tərəfindən – 2-3 gün əvvəl.

Böyük komandir (rəis) təqdim edilmiş planla (plan-konspektlə, konspektlə) tanış olaraq və rəhbərlə söhbət apararaq onun hazırlıq səviyyəsini müəyyən edir, ehtiyac olduqda isə ona metodiki tövsiyyələr verir.

Məşğələnin planından (plan-konspektindən, konspektindən) başqa digər sənədlər də tərtib oluna bilər:

- fərdi planlar,
- tapşırıqlar,
- lazımi məlumatlar,
- sxemlər,
- çıxarışlar və s.

Fərdi planın hazırlanma qaydası plan barədə qeyd edildiyi kimidir.

Öyrənənlərin məşğələyə hazırlığı zamanı rəhbər öz işini aşağıda göstərilən qaydada təşkil edir:

- keçiriləcək məşğələ barədə şəxsi heyəti məlumatlandırır;
- öyrənənlərin müstəqil hazırlığını məşğələ ərəfəsində təşkil edir;
- nizamnamələrin, təlimatların, digər rəhbəredici sənədlərin, tutduqları vəzifəyə uyğun vəzifə borclarını, yerinə yetiriləcək normativləri, təhlükəsizlik qaydalarının öyrənilməsini şəxsi heyət qarşısında məqsəd qoyur.
- öyrənənlərin məşğələyə hazırlığına nəzarət edir.

Məşğələnin keçirilmə ərazisinin (yerinin) və maddi-texniki təminatın hazırlanması zamanı rəhbər müəyyənləşdirir:

- düşmən, qonşular və atəş təqlidinin (lazım olduqda) təyin olunması üçün tələb olunanları;
- məşğələnin keçirilmə ərazisinin (yerinin) hazırlanması məqsədilə görüləcək işləri;
- hazırlanacaq maddi vəsaitləri, onların miqdarı və hansı müddətə hazırlanacağını.

Təlimnaməyə görə məşğələnin keçirilmə ərazisinin (yerinin) hazırlanması məşğələ rəhbəri, bəzi hallarda isə digər vəzifəli şəxslər tərəfindən yerinə yetirilir. Bu işə bölmələrin şəxsi heyəti cəlb olunur.

Məşğələnin keçirilmə yerini seçərkən rəhbər bu və ya digər tədris sualının harada daha rahat öyrədilməsini və bu zaman hansı maddi bazadan istifadə olunmasını düşünməli və təyin etməlidir.

Texnika, silah, cihaz, rabitə vasitələri və digər maddi vəsaitlərin hazırlanması məşğələyə cəlb olunan bölmə komandirləri tərəfindən təşkil edilir.

Nəticə:

1. Məşğələyə hazırlıq necə təşkil olnarsa, məşğələnin məqsədlərinə də o qədər nail olunar. Buna görə də döyüş hazırlığı planlaşdırılarkən kəmiyyətə deyil, keyfiyyətə diqqət edilməlidir, bölmələlər məşğələ və digər tədbirlərlə çox “yüklənməməlidir”.

2. Məşğələ rəhbərlərinin, yəni komandir heyətinin və mütəxəssislərin peşəkar hazırlığı, qoşunlarda deyil, tədris müəsisələrində və təlim mərkəzlərində təşkil olunmalıdır.

3. Təlimnamənin tələbinə görə məşğələ rəhbəri plan, plan-konspekt, yaxud konspekt işləyib hazırlayır. Rəhbərin hazırlıq səviyyəsindən, öyrənilən mövzunun çətinlik dərəcəsindən və istifadəsindən asılı olaraq rəhbər özü sənədin formasını seçir. Amma realda, adətən məşğələlərə hazırlanan sənədlərin forması rəhbərlik tərəfindən təyin olunur. Hazırlanan sənədlərin məşğələ rəhbəri üçün olması unudulur. Məşğələ rəhbərlərinin hər bir məşğələyə öz əli ilə konspekt yazması tələbi ləğv edilməlidir. Çünki bu tələb məşğələ rəhbərinin bütün vaxtının konspektə həsr olunmasına və ya bu işin əsgərlər tərəfindən yerinə yetirilməsinə səbəb olur. Konspektin ilkin məlumatlar və yekun hissələri hər məşğələ üçün tərtib olunmalı, əsas hissəsi və əlavələri isə keçən məşğələdə istifadə olunanlar, eləcə də kitab, jurnal və digər tədris vəsaitlərdən istifadə etməklə hazırlanmalıdır.

4. Məşğələnin sənədləri hazırlanarkən, giriş hissədə əlavə olaraq keçmiş mövzuların qısa xülasəsi, yadda saxlanılması tövsiyə olunan əsas məlumatlar, keçmiş mövzuların hazırkı mövzu ilə əlaqəsi və qısa sorğunun planlaşdırılması məqsədəuyğundur.

5. Məşğələnin keçirilmə sənədlərinin təsdiq olunması əksər hallarda sənədlərin yalnız imzalanmasından ibarət olur. Məşğələyə hazırlıq prosesinin bu elementi məşğələ rəhbərlərinin metodiki hazırlıq saatına çevrilməlidir. Məşğələnin necə keçiriləcəyinin yoxlanması, müzakirəsi və böyük rəisin göstərişləri məşğələnin daha keyfiyyətli keçirilməsi üçün faydalı olar.

6. Məşğələnin keçirilmə ərazisinin (yerinin) hazırlanması məşğələ rəhbəri, bəzi hallarda isə digər vəzifəli şəxslər tərəfindən yerinə yetirilir. Bu işə bölmələrin şəxsi heyəti cəlb olunur. Bu da şəxsi heyətin məşğələ cədvəlində və günün nizam qaydalarında nəzərdə tutulmayan fəaliyyətlərə cəlb olunması, planlaşdırılmış tədbirlərin isə “kağız üzərində” keçirilməsi deməkdir. Hər bir hərbi hissədə Təlim mərkəzi və onun, əsasən peşəkar mülki şəxslərdən ibarət heyəti olmalıdır. Məşğələ yerlərinin hazırlığı bölmə komandirinin sifarişinə əsasən həmin heyət tərəfindən həyata keçirilməlidir ki, bölmələrin şəxsi heyəti təsərrüfat işlərinə cəlb olunmasın, döyüş hazırlığı və gündəlik xidmətlə məşğul olsun.

7. Məşğələdən əvvəl rəhbərin öz köməkçiləri və çavuş heyəti ilə məşğələnin keçirilmə ərazisində (yerində) qısaldılmış plan üzrə məşq keçirməsi də panlaşdırılmalıdır ki, bu da hazırlıq prosesində çox faydalıdır. Bu məşqin məzmunu və müddəti, köməkçilərin və çavuşların hazırlıq səviyyəsindən, məşğələnin həmin bölmədə neçənci dəfə keçirilməsindən və s. amillərdən asılıdır.

Mənbələr:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Döyüş hazırlığının metodikasi təlimnaməsi”
http://milita.jofo.me/465342.html
https://studopedia.ru/12_142640_sistema-boevoy-podgotovki-formi-i-metodi-obucheniya.html
http://militaryarticle.ru/vestnik-akademii-voennykh-nauk/2005-vavn/10551-osnovnye-formy-i-soderzhanie-metodiki-boevoj
https://med-books.info/psihologiya-pedagogika-voennaya/organizatsiya-provedenie-zanyatiya-boevoy.html
https://med-books.info/psihologiya-pedagogika-voennaya/organizatsiya-poryadok-planirovaniya-boevoy.html
https://www.vipv.ru/sluzhebnaia-podgotovka/podgotovka-i-provedenie-zaniatii-po-predmetam-boevoi-podgotovki
http://www.compancommand.com/index/boevaja_podgotovka/0-24

Hərbi ekspert Səməndər Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   Döyüş-hazırlığı  

Döyüş hazırlığı məşğələlərinə hazırlıq - HƏRBİ EKSPERT (ANALİZ) - IV YAZI

2019/12/15698-1576066147.jpg
Oxunub: 2234     10:03     12 Dekabr 2019    