Suraxanıda qumbara tapılıb

2019/11/1574427017.jpg
Oxunub: 600     16:28     22 Noyabr 2019    
Bakıda qumbara tapılıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Ordu.az-a verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində sursat aşkar olunması barədə məlumat daxil olub.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub.

XRXX-nın mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Aşkar olunan sursata baxış zamanı müəyyən olunub ki, bunlar, döyüş tətbiqinə yararlı olan 1 ədəd əl qumbarası və 1 ədəd əl qumbarasının partladıcısıdır.

Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Sursatın tapıldığı əraziyə baxış zamanı digər şübhəli əşya aşkar edilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Bakı   Suraxanı   ANAMA  

Suraxanıda qumbara tapılıb

2019/11/1574427017.jpg
Oxunub: 601     16:28     22 Noyabr 2019    