Vanetsyan özü haqqında hakimiyyət nümayəndələri tərəfindən yayılan şayiələrə aydınlıq gətirib

2019/11/456-(-1574420605.jpg
Oxunub: 630     15:21     22 Noyabr 2019    
“Bir daha aydın şəkildə demək istəyirəm, mən və mənim ailə üzvlərim Zəngəzur Mis-Molibden Kombinatı ilə heç bir əlaqəmiz yoxdur, mənim ailə üzvlərim bu kominatın sahiblərindən biri deyil”.

Ordu.az erməni KİV-lərinə istinadə xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyan deyib.

Onun sözlərinə görə, Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən uzaqlaşdıqdan sonra onu ləkələməyə çalışıblar və deyiblər ki, onun əmisi oğlu səhmdarların sırasındadır.

İstefadan sonra Ermənistan Dövlət Nəzarət Xidməti tərəfindən Milli Təhlükəsizlik Xidmətində yoxlamaların həyata keçirilməsi və hansı pozuntuların aşkar edilməsi ilə bağlı verilən suala cavab verərkən Vanetsyan qeyd edib ki, ünvan sahibi o, deyil, həmin strukturlara müraciət etmək lazımdır.

“Bu qədər müddət ərzində bu məsələ ilə bağlı heç kim məni narahat etməyib, hesab edirəm ki, hər hansı ciddi pozuntu aşkar edilməyib”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Vanetsyan   MTX  

Vanetsyan özü haqqında hakimiyyət nümayəndələri tərəfindən yayılan şayiələrə aydınlıq gətirib

2019/11/456-(-1574420605.jpg
Oxunub: 631     15:21     22 Noyabr 2019    