“Düşünən və təhlil edən adam çox yaxşı başa düşüb ki, mənim istefa mətnimdə nə yazılıb” – Vanetsyan

2019/11/456-(-1574420504.jpg
Oxunub: 563     15:03     22 Noyabr 2019    
“Düşünən və təhlil edən adam çox yaxşı başa düşüb ki, mənim istefa mətnimdə nə yazılıb, mətndə korrupsiyaya qarşı mübarizəyə dayanmaq çağırışıma görə məni ittiham etmək isə sadəcə gülməlidir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyan istefa mətninə toxunarkən bildirib.

O qeyd edib ki, Ermənistandakı korrupsiyaya qarşı çox ciddi, daimi və dayanmaz mübarizə aparmaq lazımdır.

“Mən ölkəmiz üçün bəla olan və ölkənin təməlini sarsıdan bir hadisəyə “dayan” deyə bilmərəm. Korrupsiyaya qarşı mübarizənin alternativi yoxdur, korrupsiyaya qarşı çox ciddi, daimi və dayanmaz mübarizə aparmaq lazımdır. Mən və rəhbərlik etdiyim struktur mənim MTX direktoru olduğum bir il yarım müddət ərzində bunu sübut etmişik”, - deyə Vanetsyan bildirib.

Paşinyanın hansı məsələdə dayanmalı olduğu barədə verilən suala cavabında Vanetsyan bildirib ki, bu məsələni cavabsız qoyacaq.

“Yaxın gələcəkdə hər şey haqqında danışacam, ölkədə yaranmış atmosfer və vəziyyət haqqında öz baxışlarımı ətraflı təqdim edəcəm”, - deyə o qeyd edib.

Hökumət iclası zamanı Nikol Paşinyanın MTX direktoru və polis rəisinə verdiyi göstərişlərə onun necə reaksiya verməsi ilə bağlı Vanetsyan bildirib ki, bu barədə əvvəlcədən şübhələri olub.

“Əlbəttə, şübhə etmək üçün bir çox fürsətlərim olub, lakin hazırkı anda bu barədə danışmaq istəmirəm, mən yalnız öz çaşqınlıqlarımdan danışa bilərəm və bunlardan çıxış edərək mənim istefa mətnim tərtib edilib”, - deyə Vanetsyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Vanetsyan   MTX  

“Düşünən və təhlil edən adam çox yaxşı başa düşüb ki, mənim istefa mətnimdə nə yazılıb” – Vanetsyan

2019/11/456-(-1574420504.jpg
Oxunub: 564     15:03     22 Noyabr 2019    