Ermənistan MN-in müqaviləli hərbi qulluqçusu ölüb

2019/01/c27a3-1547444212.jpg
Oxunub: 710     14:20     22 Noyabr 2019    
Ermənistan İstintaq Komitəsinin Sünik vilayət istintaq idarəsinin Sisian istintaq şöbəsinin baş müstəntiqi Tovmasyanın qərarı ilə Ermənistan Cinayət Məcəlləsinin 242-ci maddəsinin 3-cü hissənin xüsusiyyətləri ilə açılmış cinayət işi çərçivəsində noyabrın 20-də Sünik vilayətində baş vermiş faciəvi qəza nəticəsində hadisə yerində ölənlərin, yaralananların, habelə sürücünün kimliyi müəyyən edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, "VAZ 2109" markalı avtomobili Sünik vilayətinin Brnakot kənd sakini, 45 yaşlı Q.Aram idarə edib, nəticədə o və həmkəndlisi, sərnişin, 45 yaşlı M.Nver hadisə yerinə ölüb.

Sonuncunun həyat yoldaşı, eyni kənd sakini, 41 yaşlı Q. Karine, onun qızları, 16 yaşlı M.Sona, 17 yaşlı M.Nvard və oğlu, 6 yaşlı M.Vladik müxtəlif bədən xəsarətləri alaraq Sisian tibb mərkəzinə yerləşdiriliblər.

Məlumata görə, sürücü Q.Aram Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edirmiş, yaralı uşaqları isə Brnakot kənd orta məktəbinin müxtəlif siniflərində oxuyur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Qəza   Ölüm  

Ermənistan MN-in müqaviləli hərbi qulluqçusu ölüb

2019/01/c27a3-1547444212.jpg
Oxunub: 711     14:20     22 Noyabr 2019    