Paraqvayda hərbi helikopter qəzaya uğrayıb - VİDEO

2019/11/BYDWP-1574417900.jpg
Oxunub: 469     14:14     22 Noyabr 2019    
Paraqvay Hərbi Hava Qüvvələrinə məxsus olan və SENAD Narkotiklərlə Mübarizə İdarəsi ilə işləyən helikopter ölkənin şərqindəki Pedro Xuan Kabalyero şəhərində qəzaya uğrayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, helikopter anbar binasına düşüb.

Qəzadan dərhal sonra həm helikopter, həm də anbar yanıb. Yerli yanğınsöndürənlər qonşu Braziliyadakı həmkarlarından yardım istəyiblər.

Helikopterdə tapşırığı yerinə yetirdikdən sonra bazaya qayıdan 10 nəfər olub. Yerli KİV-in yazdığına görə, qəzaya uğrayan helikopterin komandiri ölkə HHQ-nin ilk qadın pilotu Lilian Moskeyra olub.

Qeyd olunur ki, göyərtədə olanlardan heç biri ciddi xəsarət almayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paraqvay   Helikopter   Qəza  

Paraqvayda hərbi helikopter qəzaya uğrayıb - VİDEO

2019/11/BYDWP-1574417900.jpg
Oxunub: 470     14:14     22 Noyabr 2019    