Erməni alim: “Bir Ermənistan vətəndaşı kimi, mən yeni hakimiyyətin xarici və daxili siyasətindən son dərəcə narahatam”

2019/11/43228-1574073615.jpg
Oxunub: 515     17:47     22 Noyabr 2019    
“İndi apardığınız bu siyasət Qarabağı və Ermənistanı məhvə aparır. Bir Ermənistan vətəndaşı kimi, mən yeni hakimiyyətin xarici və daxili siyasətindən son dərəcə narahatam”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Milan Erməni Apostol Kilsəsində icma nümayəndələri ilə görüş zamanı özünü alim kimi təqdim etmiş qadın Ermənistan Baş naziri Nikol Paşinyana müraciət edərək onu istefa verməyə çağırıb və qeyd edib ki, bu, onun Ermənistan üçün edə biləcəyi ən böyük şeydir.

O qeyd edib ki, Qarabağ məsələsində heç bir strategiya mövcud deyil.

“Mən hesab edirəm ki, bu siyasət Ermənistan və Qarabağ üçün ən ciddi təhdiddir. Bu, məhv yoludur”, - deyə o bildirib.

Paşinyan Sarkisyan və Köçəryanın da strategiyasının olmadığını vurğulayıb.

“Deyirlər Qarabağ məsələsində bizim strategiyamız yoxdur. Bəs Serj Sarkisyan və Robert Köçəryanın strategiyası hansı idi? Meğrini vermək strategiya idi? Onlar danışıqlar aparırdılar ki, Azərbaycanın 7 rayonunu sülh qarşılığında geri qaytarsınlar. İndi onlar ittiham edirlər ki, biz torpaq qaytarırıq”, - deyə Paşinyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Ermənistan   Böhran  

Erməni alim: “Bir Ermənistan vətəndaşı kimi, mən yeni hakimiyyətin xarici və daxili siyasətindən son dərəcə narahatam”

2019/11/43228-1574073615.jpg
Oxunub: 516     17:47     22 Noyabr 2019    