ABŞ Müdafiə Nazirliyi cümə axşamı Cənubi Koreyalı bir qəzetin Seulun Amerika hərbi qulluqçularının saxlanılması üçün xərclərə daha çox töhfə verməkdən imtina edəcəyi təqdirdə, 4000 ABŞ əsgərinin Koreya yarımadasından çıxarılması ilə bağlı məlumatı təkzib edib.
Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi bəyanat yayıb.
Pentaqon qəzetin yazdıqlarını dərhal təkzib etməsini də tələb edib.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Pentaqon
Cənubi-Koreya