NATO Baş katibi: “Türkiyə NATO üçün çox vacibdir”

2019/11/thumb-1574411226.jpg
Oxunub: 636     12:43     22 Noyabr 2019    
“Bütün müttəfiqlər bu əməliyyatı tənqid etdilər, amma heç kim Türkiyənin NATO-dakı yerini şübhə altına almayıb”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

O, cümə axşamı Fransanın “Le Figaro” qəzetinə verdiyi müsahibədə Türkiyənin ittifaq üçün əhəmiyyətini vurğulayıb.

“Türkiyə NATO-nun Suriya və İraqla sərhəddəki yeganə ölkəsidir. 3,6 milyon miqrantı qəbul edir. Türkiyə NATO üçün çox vacibdir. Bunu başa düşmək üçün xəritəyə baxmalı və Türkiyədəki geostrateji vəziyyəti araşdırmalıyıq”, - deyə Stoltenberq qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NATO   Türkiyə  

NATO Baş katibi: “Türkiyə NATO üçün çox vacibdir”

2019/11/thumb-1574411226.jpg
Oxunub: 637     12:43     22 Noyabr 2019    