İran HHQ təlimlərin sonuncu mərhələsinə başlayıb

2019/11/ddddd-1574410412.jpg
Oxunub: 757     12:08     22 Noyabr 2019    
İran Hərbi Hava Qüvvələri “Vilayət səmaları müdafiəçiləri-98” adlı hərbi hava manevrinin “Ya Məhəmməd Rəsulullah!” adlı sonuncu mərhələsi noyabrın 22-də başlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hərbi təlimlər İranın Simnan əyalətində keçirilir.

Bildirilir ki, təlimin keçirildiyi ərazi təqribən 416 min kvadrat kilometrdir.

Məlumata görə, təlimlərin məqsədi silahlı qüvvələrin həqiqi döyüşə yaxın şəraitdə havadan müdafiə üzrə döyüş hazırlığı və gücünün artırılmasıdır.

Hərbi təlimlər ABŞ-ın Körfəzə 6 aydan sonra yenidən təyyarədaşıyan gəmi göndərməsi ilə eyni vaxtda başlayıb.

Qeyd edək ki, cari ilin iyun ayında İran Hörmüz boğazında ABŞ-a məxsus “RQ-4 Global Hawk” tipli pilotsuz uçuş aparatını vurduğunu iddia edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   Hava-təlimi  

İran HHQ təlimlərin sonuncu mərhələsinə başlayıb

2019/11/ddddd-1574410412.jpg
Oxunub: 758     12:08     22 Noyabr 2019    