Türkiyədə “Erməni-nasizm əməkdaşlığı” mövzusunda tədbir keçirilib

2019/11/285dd-1574407211.jpg
Oxunub: 505     11:13     22 Noyabr 2019    
“Qaregin Njde məsələsi daim gündəmdə saxlanılmalı və bu, müvəqqəti xarakter daşımamalıdır”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, bunu Mərkəzin sədri Fərid Şəfiyev Ankarada Avrasiya Araşdırmalar Mərkəzinin təşkil etdiyi “Erməni-nasizm əməkdaşlığı” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Ermənistanda “məxməri inqilab” adlandırılan hakimiyyət dəyişikliyindən sonra ermənilər özlərini liberal, islahatçı kimi qələmə verməyə çalışırlar: “Ermənistanda əslində irqçilik mühitinin hökm sürməsi faktı ictimaiyyətə çatdırılmalıdır. Ermənistanın daxili mühitini daha yaxşı öyrənmək üçün tədqiqatçılara ehtiyac var”.

Daha sonra çıxış edən Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı bildirib ki, ermənilərin tarix boyu qəhrəmanları olmadığı üçün Azərbaycan və Türkiyə əleyhinə terrorlar törətmiş şəxsləri özləri üçün qəhrəman elan ediblər.

O qeyd edib ki, bu baxımdan Ermənistan açıq şəkildə SSRİ-yə qarşı vuruşmuş Qaregin Njdeni qəhrəman elan edib: “Qaregin Njde "tsexakronizm" ideyasını irəli sürürdü. Bu isə dinin hakimiyyəti deməkdir. Bu ideologiyaya əsasən ermənilər ən ali millətdir və "tsexakronizm" ideyası faşizm ideologiyası ilə üst-üstə düşür. Hazırda Ermənistan rəsmi olaraq bu ideologiya ilə idarə olunur”.

Q. Çaxmaqlı bildirib ki, alman kəşfiyyatı üçün çalışan Qaregin Njdeyə xidməti qarşılığında Naxçıvan, Qarabağ və Şərqi Anadolu vəd edilib.

Tədbir müzakirələrlə başa çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Qarabağ-icması  

Türkiyədə “Erməni-nasizm əməkdaşlığı” mövzusunda tədbir keçirilib

2019/11/285dd-1574407211.jpg
Oxunub: 506     11:13     22 Noyabr 2019    