Erməni çağırışçı bıçaqla hərbi komissarlıq əməkdaşının sifətinə zərbə endirib – ƏTRAFLI

2019/11/17437-1574406064.jpg
Oxunub: 506     13:14     22 Noyabr 2019    
Ötən gün axşam saat 14:10 radələrində Ermənistanın Kotayk vilayət hərbi komissarlığında 26 yaşlı çağırışçı mülki əməkdaşla mübahisə etdikdən sonra bıçaqla onun sifətinə zərbə endirib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, polis orqanları baş verən hadisənin təsdiqləyiblər.

Qeyd olunur ki, baş vermiş hadisənin araşdırılması ilə hərbi polis məşğul olur. Əldə edilən məlumata görə, hadisəni törədən gənc hazırda kamerada saxlanılır. Eyni zamanda bildirilir ki, o psixatriya xəstəxanasında qeydiyyatda olub.

Zərərçəkən mülki əməkdaş xəstəxanaya təxliyyə edilib. Mətbuat katibi Şuşan Danielyanın sözlərinə görə, zərərçəkən gənc sifət nahiyyəsində xəsarət alıb. Onun vəziyyəti kafi qiymətləndirilib.

Daha öncə, Ermənistan polisinin ictimaiyyətlə əlaqələr və informasiya idarəsinin rəisi Edqar Zanoyan bildirib ki, hadisəni törədən gənc çağırışçı hadisə yerindən qaçıb. Onun kimliyinin məlum olduğu və polisə təslim olduğu qeyd edilib.

Qeyd edilir ki, məsələni aydınlaşdırmaq üçün hərbi polislə əlaqə yaratmaq cəhdləri nəticəsiz qalıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Erməni-çağırışçı   Bıçaqlanma  

Erməni çağırışçı bıçaqla hərbi komissarlıq əməkdaşının sifətinə zərbə endirib – ƏTRAFLI

2019/11/17437-1574406064.jpg
Oxunub: 507     13:14     22 Noyabr 2019    