Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər - FOTOLAR

2019/11/c3fb9-6297347904.jpg
Oxunub: 754     16:00     21 Noyabr 2019    
Bir qrup hərbi qulluqçu Mingəçevir şəhər Mərkəzi xəstəxanasının Uşaq nevroloji sanatoriyasında və Şəki Qarışıq Tipli uşaq evində olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, uşaq nevroloji sanatoriyasını ziyarət çərçivəsində hərbi qulluqçular xüsusi qayğıya ehtiyacı olan, eləcə də valideyn himayəsindən məhrum olan uşaqların problemləri ilə maraqlanıb, onlara sovqatlar təqdim ediblər.

Şəhid Aqşin Abdullayevin valideynlərinin iştirakı ilə Şəki Qarışıq Tipli uşaq evində keçirilən görüşdə isə A.Abdullayevlə eyni gündə doğulmuş uşaqlara ad günü münasibətilə diplom və hədiyyələr təqdim edilib.

Tədbirlər əyləncəli proqramla başa çatıb.

Bu kimi ziyarətlərin gələcəkdə də, xüsusilə əlil uşaqların ad günləri münasibəti ilə təşkil ediləcəyi planlaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MN   Tədbir  

Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər - FOTOLAR

2019/11/c3fb9-6297347904.jpg
Oxunub: 755     16:00     21 Noyabr 2019    