“Artıq ABŞ tərəfi türklərin S-400-ləri ilə razılaşıb və bunu həzm edib” – EKSPERTLƏR

2019/11/00-72-1574336231.jpg
Oxunub: 1039     16:23     21 Noyabr 2019    
“Ermənistanın qonşusu olan Türkiyənin xarici siyasətində və təhlükəsizilik sahəsində maraqlı inkişaf proseslərinin baş verməsi davam edir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni ekspert Aram Sarkisyan qeyd edib.

Onun sözlərinə görə, Türkiyədə baş nazirlikdən prezidentliyədək yüksələn Ərdoğanın rəhbərliyi altında son illərdə, xüsusilə Suriyada vətəndaş müharibəsinin baş qaldırmasından sonra və Suriya münaqişəsi ilə yanaşı bölgədə müstəqil rol oynayan qüvvəyə çevrilməsi, NATO və Qərb tərəfdaşlarından asılılığını minimuma endirmək üçün ardıcıl addımlar atmaqda davam edir.

“Bu məqsədlə əks tarazlıq olaraq yalnız islam dünyası ilə mövcud əlaqələrini deyil, hətta şimalın nüfuzlu ölkəsi Rusiya Federasiyası ilə münasibətlərini getdikcə dərinləşdirir. Ərdoğan daxili səlahiyyətlərini artırdıqdan sonra ölkəsinin təhlükəsizliyi naminə yeni ciddi addımlar atmağa başlayıb”, - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, Ərdoğan NATO-dan asılı olmayan ölkəsinin Hava Hücumundan müdafiə sisteminə malik olmasına can atır. Bu məqsədlə 2017-ci ildən RF ilə rus istehsalı S-400 “Triumf” ZRK-nın tədarükü ilə bağlı sövdələşmə imzalayıb.Bu sistemin ilk partiyası artıq cari ilin iyul ayında Türkiyə tərəfinə tədarük edilib.

Rus-türk anlaşması NATO-nun iki müttəfiq ölkəsi olan Ankara və Vaşinqton arasında ciddi gərginliyə səbəb olub. ABŞ dəfələrlə bəyan edib ki, rus-türk anlaşması baş tutduğu təqdirdə Türkiyə 5-ci nəsil F-35 layihəsindən kənar qala və bu qırıcıları əldə etmə imkanından mərhum ola bilər. Bundan əlavə Türkiyəyə qarşı sanksiyalar tətbiq edilə biləcəyi ilə təhdid edilib.

Türkiyə tərəfi isə vaxtilə ABŞ-dan “Patriot” ZRK sistemini əldə etməyə səy göstərdiklərini, lakin Obama administrasiyası bundan imtina etdiyini əsas gətirirlər. Buna görə də ruslarla bənzər sövdələşmə imzalandığını qeyd edirlər.

Rus istehsalı S-400 və Amerika istehsalı Patriot məsələsi Ərdoğan və Tramp arasında 13 noyabr tarixində Vaşinqtonda baş tutan görüşdə müzakirə edilib. Hər iki tərəfin açıqlamalarından belə nəticəyə gəlmək olar ki, tərəflər arasında yekun razılaşma əldə edilməyib. Trampla görüşdən sonra Ərdoğan bəyan edib ki, Türkiyə “Patriot” ZRK-ları əldə etməyə hazırdır. Ancaq rus istehsalı S-400-lərdən imtina etməyə hazırlaşmır.

Rusiyanın “İnterfaks” agentliyi bəyan edir ki, Türkiyə Rusiyadan 4 divizion S-400 ZRK-ları əldə edib. Tərəflər arasındakı sövdələşmənin dəyəri 2.5 mlrd dollar həcmində qiymətləndirilir. Ərdoğan bildirib ki, S-400-lər tam olaraq 2020-ci ilin aprelində tətbiq ediləcəkdir.

“Görüşdən sonra verilən bəyanatları nəzərdən keçirdikdə tərəflər arasında müsbət bir dinamika olduğunu müşahidə etmək olar. Ancaq istənilən halda Ərdoğanın S-400 məsələsi həll edilib, deyə son bəyanatını rəhbər tuturuq. Yəni Trampla keçirilən görüş hər hansı şəkildə S-400 məsələsinə təsir etmir. Başqa sozlə imtina emtə məsələsi gündəmdə deyil. Artıq ABŞ tərəfi türklərin S-400-ləri ilə razılaşıb bunu həzm ediblər. Tamamilə həzm ediblər, deyilməsi yaxşı hal olmasa da, artıq bunu nəzərdə tuturlar desək daha yaxşı olar. ABŞ bu səbəbdən Türkiyə ilə münasibətləri tam kəsmək istəmir”, - deyə erməni türkşünas Andranik İspiryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Türkiyə   ABŞ   S-400  

“Artıq ABŞ tərəfi türklərin S-400-ləri ilə razılaşıb və bunu həzm edib” – EKSPERTLƏR

2019/11/00-72-1574336231.jpg
Oxunub: 1040     16:23     21 Noyabr 2019    