Ermənistan MN-də istefa və yenidən təyinatların izi ilə

2019/11/defau-1574336079.jpg
Oxunub: 533     16:33     21 Noyabr 2019    
Xəbər verdiyimiz kimi, Ermənistan Müdafiə Nazirliyində vəzifədən azad etmə və yenidən təyinatlar dövrü başlayıb.

Ancaq maraqlısı odur ki, azad olunanlar təsadüfi insanlar deyildilər, hətta hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşənlər də var idi.

Xüsusilə, baş müfəttiş müavini Vaçaqan Nersisyana ittiham da irəli sürülüb.

Paşinyanın qərarlarına əsasən, hərbi müfəttiş Movses Hakobyan, birinci müavini Kamo Koçunts və müavin Vaçaqan Nersisyan vəzifələrindən azad edilib.

Hakobyan azad edilməsinin struktur dəyişiklikləri ilə əlaqədar olduğunu, baş hərbi müfəttişin Müdafiə Nazirliyinin tabeliyinə verildiyini bildirib.

Keçmiş Baş müfəttiş müavini Kamo Koçunts da işdən çıxarılmasının fərqli bir vəzifəyə təyin olunması ilə əlaqədar olduğunu, yəni başqa bir vəzifəyə aparıldığını və bunun nə olacağını qeyd etmədən, təyinat olunca məlum olacağını qeyd edib.

Artıq ötən gün Ermənistan MN-in müvafiq əmrləri ilə azad edilən şəxslər vəzifələrə təyinat alıblar. Belə ki, general-polkovnik Movses Hrantoviç Hakobyan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi, general-mayor Kamo Qriqoriyeviç Koçunts Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidməti rəisinin müavini, polkovnik Vaçaqan Nersisyan isə Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin baş müfəttişi təyin edilib.

Bunların arasında olan Hakobyanın müavini polkovnik Vaçaqan Nersisyan hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşənlərdən olub. Məlum olub ki, polkovnik Nersisyan hüquq mühafizə orqanlarının ittiham irəli sürdüyü iki nəfərdən biridir.

Beləliklə ibtidai istintaq orqanı “N” saylı hərbi hissənin maliyyə xidməti rəisi olarkən, mütəmadi şəkildə rəsmi sənədlərdə saxtakarlıq etməklə dələdüzluq yolu ilə külli miqdarda 9 milyon 740 min 630 dram maddi vəsaiti mənimsədiyinə görə Nersisyana qarşı ittiham irəli sürülüb.

Nersisyana qarşı isə hərbi hissə komandiri olaraq, şəxsi maraqları baxımından vəzifə səlahiyyətləri həddini aşaraq, hərbi birləşmə komandirinin 01.05.2013-cu il tarixli 1402 saylı əmrini əsas götürərək, hərbi hissənin maliyyə xidmətinin rəisi olan mayor Petrosyana 905 min 203 dram ziyan vurmasına görə ittiham irəli sürülüb. Bundan başqa xidmətə qarşı səhlənkar münasibət bəsləməsi nəticəsində dövlətə 9 milyon 740 min 630.8 min dram ziyan vurulduğu da qeyd olunur.

Məlumata görə, Nersisyana qarşı, hətta yaşayış yerini tərk etməməyə dair iltizam da alınaraq, xidmətə səhlənkar münasibətinə görə Cinayət Məcəlləsinin 376-cı maddəsinin 2-ci hissəsi üzrə ittiham da irəli sürülüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Özbaşınalıq  

Ermənistan MN-də istefa və yenidən təyinatların izi ilə

2019/11/defau-1574336079.jpg
Oxunub: 534     16:33     21 Noyabr 2019    