Sarkisyan və Paşinyan hakimiyyət dəyişikliyindən sonra da əlaqə saxlayır?

2019/11/bc048-1574335804.jpg
Oxunub: 517     12:36     22 Noyabr 2019    
Erməni mətbuatında Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanla Paşinyan arasındakı əməkdaşlıq barədə çoxlu məlumatlar yayılıb.

Ordu.az xəbər verir ki, bu yaxınlarda Ermənsitanın Vətəndaş Müqaviləsi partiyasının həmtəsisçisi, Şirak Dövlət Universitetinin müəllimi Artur Hambardzumyan özünün “Facebook” səhifəsində maraqlı açıqlamalar verib.

O, Paşinyanın sadiq adamlarından biri Simidyan Hakob haqqında məlumat verib.

“Simidyan Hakob, baş nazirə ən sadiq insanlardan biridir.

Hakimiyyətin ələ keçirilməsindən sonra, baş nazirin ən sadiq adamı, Kond hökumət evləri Dövlət qeyri-kommersiya təşkilatının direktoru təyin edilib. 17 oktyabr 2018-ci ildə Baş nazirin qərarı ilə Ərazi İdarəetmə Nazirinin müavini təyin edilib. 31 oktyabr 2018-ci il tarixində Serj Sarkisyan Konddakı hökumət evini tərk edərək, evin açarlarını təhvil verib”, - deyə Hambardzumyan qeyd edib.

Erməni jurnalistlər məsələyə aydınlıq gətirmək üçün Hambardzumyan ilə əlaqə saxlayıb.

Hambardzumyan bildirib ki, Sarkisyanla Paşinyan arasında əlaqənin olması birmənalıdır.

“2017-ci ildə Sarkisyanın istəyi ilə Paşinyan Kentron dairəsinə namizədliyi irəli sürülüb və seçilib. Sarkisyan Arman Sahakyanın şirkəti vasitəsi ilə Paşinyanın qəzetinin 3000 nüsxəsini satın alaraq ona illərlə qazancı təmin edib”, - deyə Hambardzumyan bildirib.

O, həmçinin öz yazısında Paşinyanla Sarkisyanın əlaqəsindən danışdığına dair ehtimalı da təsdiq edib.

“Paşinyanın hakimiyyət dəyişikliyindən sonra ən etibarlı adamı adı çəkilən Dövlət qeyri-kommersiya təşkilatına rəhbər təyin edir, çünki onlar qapı-qapıya Sarkisyanla birlikdə yaşayırdılar və heç kim orada nə baş verdiyini görməməliydi”, - deyə Hambardzumyan qeyd edib.

Qeyd edək ki, Hambardzumyan 2017-ci ildə Paşinyanla əlaqələrini kəsib və Vətəndaş Müqaviləsi partiyasını tərk edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Sarkisyan  

Sarkisyan və Paşinyan hakimiyyət dəyişikliyindən sonra da əlaqə saxlayır?

2019/11/bc048-1574335804.jpg
Oxunub: 518     12:36     22 Noyabr 2019    