Erməni əsgər leytenantın silahını doldurub əsgər yoldaşını öldürdü – DETALLAR

2019/11/zinvo-1574317949.jpg
Oxunub: 1420     17:14     21 Noyabr 2019    
Ermənistanın Sünik apellyasiya məhkəməsi Qaren Hovhanisyanın işi üzrə apellyasiya şikayətinə baxılmasını başa çatdırıb.

1997-ci il təvəllüdlü Hovhanisyana qarşı Cinayət Məcəlləsinin 373-cü maddəsinin 3-cü hissəsi üzrə ittiham irəli sürülüb. O, kiçik çavuş rütbəsində manqa komandiri kimi müddətli xidmət hərbi qulluqçusu olaraq, döyüş növbətçiliyinə təyin edilib. Müvafiq əmrlə Hovhanisyan post başçısı təyin edilib.

2017-ci ilin 16 yanvar tarixində saat 23:30 radələrində Hovhanisyan leytenant Poğosyanla birlikdə su və dırmıq gətirmək məqsədi ilə qonşu posta gediblər. Öz postlarına qayıtdıqdan sonra leytenant Poğosyan avtomatını postun ayıq növbəsi olan Vladimirə verməklə silahın boşaldılmasını yoxlayaraq, yerinə qoymasına tapşırıq verib, özü isə ayaqyoluna gedib. Orada olan post başçısı Hovhanisyan ayıq növbəsini həyata keçirən Vladimirin xidmətdən yayınmaması məqsədi ilə leytenantın silahını götürüb postun qazmasına gedərək, orada avtomatı şəxsən boşaldıb.

İttihama görə, həmin anda qazmada bəzi hərbi qulluqçular yatmış halda olub. Rabitəçi əsgər Qurgen isə telefonun yanında dayanmış vəziyyətdə olub. Qazmaya daxil olaraq Hovhanisyan silahın boşaldılması prosesinə başlayıb, bu zaman silahla davranış qaydalarını pozaraq, mərmi ilə dolu xəzinəni avtomatdan ayırmadan avtomatın qoruyucusunu açıb bununla da silahı boşaltmaq əvəzinə yenidən silahı doldurub.

Yoxlama atəşi məqsədi ilə tətiyi çəkdikdə isə açılan atəş rabitəçi Qurgenin baş nahiyəsinə dəlib keçən odlu silah yarası xəsarətini yetirib. Həddindən artıq ağır vəziyyətdə olan rabitəçi hospitala təxliyyə edilib. 24 yanvar 2017-ci ildə təxliyyə edildiyi mərkəzi hospitalda 1 mart 2017-ci ildə huşu özünə gəlmədən ölüb. İrəli sürülən ittiham üzrə Hovhanisyan ibtidai istintaq və məhkəmə istintaqı zamanı özünü günahkar hesab etsə də, məhkəmədə ifadə verməkdən imtina edib.

İbtidai istintaq zamanı hadisəni törədən Hovhanisyan atəş nəticəsində ölən rabitəçi Qurgen ilə aralarında heç bir mübahisə olmadığını bildirib. O qeyd edib ki, silahın boşaldılması üçün xüsusi ayrılmış yer uzaq olduğuna görə ora getməyib. Qazmada silahı boşaldarkən əsgərlə silahın arasındakı məsafəyə diqqət yetirmədiyini, atəş açılmayacağına əmin olduğunu bildirib. Lakin unutqanlıq səbəbindən güllə darağının silahdan ayrılmadığını qeyd edib. Atəş açıldıqdan sonra təqsirləndirilən şəxs silahı yerə atdığını qeyd edib.

O bildirib ki, əsgər Qurgeni öldürmək və ya onun sağlamlığına xəsarət yetirmək niyyəti olmayıb. Silahla davranış qaydalarını pozaraq, əsgər Qurgenə odlu xəsarət yetirdiyini etiraf edib.

Hovhanisyanın sözlərinə görə, silahın qazmada boşaldılması haqqında özü təşəbbüs göstərib və leytenant Poğosyan bundan xəbərdar olmayıb. Məhkəmə silahla davranış qaydalarını diqqətsizlikdən pozmasına görə Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə Hovhanisyanı günahkar hesab edib. Onu 5 il 6 ay azadlıqdan məhrum etmə haqqında qərar verib. Cəzanın çəkilməsinin başlanma tarixi 17 yanvar 2017-ci il tarixdən hesablanmaqdadır.

Bu qərara qarşı təqsirləndirilən şəxsin vəkili Vazgen İşxanyan zərərçəkənin varisi S.Harutyun zərərçəkənin varisinin nümayəndəsi vəkil Liparid Simoyan apellyasiya şikayəti verib.

Təqsirləndirilən şəxsin vəkili İşxanyan tələb edib ki, cəza yüngülləşdirilməklə hökm dəyişdirilsin. Cəzanı şərti olmasa da, sınaq müddətinin təyin edilməsini istəyib. Həmçinin o, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı amnistiya aktının tələblərinin tətbiq edilməsini xahiş edib.

Vəkilin fikrincə, zərərçəkənin varisinin təqdim etdiyi və məhkəmə tərəfindən açıqlanmayan 900 min dram mülki iddianın tələb edilməsi əsassızdır.

Zərərçəkənin varisi və onun nümayəndəsi cinayət işinə yenidən baxılmasını, bir neçə şahidin məhkəməyə gətirilməsi və dindirilməsini, hökmün ləğv edilməsini, cinayət işini həmin alt məhkəməyə geri qaytarılmasını, lakin yeni tərkibdə başqa istintaq təyin olunmasını, göndərilmədiyi halda cəzanın sərtləşdirilməsi ilə hökmün dəyişdirilməsini və insan hüquqlarının bəyannaməsi ilə nəzərdə tutulan həyat hüququnun pozulduğu müddəasının mütləq qeyd edilməsini tələb edib.

Apellyasiya məhkəməsi şikayətlərin baxılmasına kassasiya qaydasında baxmağa başlayıb və apellyasiya proseduruna uyğun davam edib.

İttihamçı prokuror çıxış edərək, Sünik məhkəməsinin qərarının əsaslı olduğunu iddia edib. O bildirib ki, həm zərərçəkənin vəkili həm də varislərinin şikayəti əsassızdır və rədd edilməlidir. İlkin istansiya məhkəməsinin qərarının dəyişilməz olaraq qalmasını tələb edib.

Müttəhim Hovhannisyan yalnız “belə bir qətl törətmək niyyətində olmadığını” deməklə kifayətlənib.

Məhkəmə amnistiya aktının tətbiq edilməsinin mümkünsüz hesab edərək, bunun üçün polis orqanının təqsirkar şəxsin barəsində mühakimə edilməsinə dair arayış verməli olduğunu bildirib.

Arayış daxil olduqdan sonra Hovhanisyanın keçmişdə mühakimə olunmadığı, ona qarşı heç vaxt amnistiya aktı tətbiq edilmədiyi məlum olduqdan sonra məhkəmə heyəti son qərar verib.

Müdafiə tərəfinin apellyasiya şikayəti rədd edilib.

Zərərçəkənin hüquqi varisinin və zərərəçəkənin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilib.

Ümumi yurisdiksiya məhkəməsinin cəza hissəsi ilə bağlı hökmünün sərtləşdirilməsi baxımından dəyişdirilib.

Hovhanisyan Cinayət Məcəlləsinin 373-cü maddəsinin 3-cü hissəsi üzrə günahkar hesab edilərək, 6 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsinə dair hökm verilib. Belə bir cəzanın tətbiq edilməsi zamanı erməni əsgərin amnistiya aktı və cəzadan azad edilməsi mümkün deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Cinayət  

Erməni əsgər leytenantın silahını doldurub əsgər yoldaşını öldürdü – DETALLAR

2019/11/zinvo-1574317949.jpg
Oxunub: 1421     17:14     21 Noyabr 2019    